Month: February 2024

  • Композитор Джаваншир Гулиев: Чувствую себя вполне нормально – ОБНОВЛЕНО

    Спасибо всем, кто беспокоился за меня, чувствую себя вполне нормально.

    Об этом teleqraf.com сказал заслуженный деятель искусств Джаваншир Гулиев, проходивший лечение в Турции.

    Ранее появились сообщения о смерти известного композитора.

    Напомним, 5 февраля он был госпитализирован в одну из больниц Стамбула, где в настоящее время проходит лечение.

    * * * * *

    В азербайджанском сегменте Сети была распространена информация о том, что заслуженный деятель искусств Азербайджана, композитор Джаваншир Гулиев скончался в одной из больниц Турции, где проходил лечение.

    Как сообщает АПА, данная информация не соответствует действительности, лечение Дж.Гулиева продолжается.

    Как сообщили в Фонде Гейдара Алиева, сегодня композитора планируется прооперировать.

    Напомним, фонд оказывает поддержку в лечении заслуженного деятеля искусств.

  • Ölüm xəbəri yayılan Cavanşir Quliyev DANIŞDI – YENİLƏNİB

    “Dualara görə hər kəsə təşəkkür edirəm, babatam”.

    Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyədə müalicə olunan və bir müddət öncə ölüm xəbəri yayılan Əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib.

    Xatırladaq ki, sənətkar fevral ayının 5-də İstanbulda yerləşən xəstəxanalardan birinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

    * * * * *

    Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb.

    APA xəbər verir ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir.

    Heydər Əliyev Fondundan bildirilib ki, bu gün Cavanşir Quliyevin üzərində planlaşdırılmış əməliyyat aparılması nəzərdə tutulur.

    Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.

  • В Азербайджане начался прием документов для совершения хаджа

    Начался прием документов для совершения хаджа из Азербайджана.

    Об этом сообщили в Управлении мусульман Кавказа (УМК).

    Было отмечено, что прием документов начался сегодня и в рабочие дни будет проводиться с 10:00 до 16:00 в административном здании УМК по адресу: улица Мирзы Фатали Ахундова, 7.

    Требуемые документы: общегражданский паспорт, копия удостоверения личности, 2 цветные фотографии 3,5×4,5 см на белом фоне (женщины в темном хиджабе) и справка о состоянии здоровья.

    Отметим, цена пакета хаджа на одного человека составляет 5 850 долларов (9 945 манатов). Поездка будет осуществляться воздушным транспортом.

  • Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb

    Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

    Bildirilib ki, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

    Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 sm ölçüdə iki ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

    Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları (9 945 manat) təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    В Ханкенди обнаружены оружие и боеприпасы.

    Об этом сообщили в Министерстве внутренних дел Азербайджана.

    В результате проведенных сотрудниками полиции мероприятий 11 февраля на территории города были обнаружены и изъяты 7 автоматов, 2 ружья, 11 гранат, 10 запалов для гранат, 25 магазинов для патронов, 2 487 патронов различных калибров и другие боеприпасы.

  • Xankəndidə silah-sursat aşkarlandı

    Xankəndi şəhərində silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində yeddi ədəd avtomat silahı, iki tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2 487 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • Zeynəb Xanlarovanın bacısı oğlu yenidən hakim qarşısında

    Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

    Pravda.az xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses fevralın 13-nə təyin edilib.

    Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub. Bu hökmdən həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmiş tərəf narazı qalıb və apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlayıb.

    Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

    Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-in başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1,12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

    İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

    Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

    29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

    D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.

  • Gədəbəydə qəza olub: Xəsarət alanlar var

    Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, hadisə rayonun Gər-Gər kəndində qeydə alınıb. Hərəkətdə olan “Mitsubishi” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

    Qəza zamanı Yaşar Əliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Depressiyadan əziyyət çəkirsiniz? – Kəndə getməyin vaxtıdır

    ABŞ-ın Pensilvaniya Universitetinin alimləri inkişaf etmiş ölkələrin şəhərlərinin sakinləri kənd sakinlərindən 1,37 dəfə çox depressiyadan əziyyət çəkdiyini müəyyən ediblər.

    Median.Az
    lent.az-a istinadən xəbər verir ki, belə ölkələrin siyahısına ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Fransa və Yaponiya daxildir.

    Araşdırmalara görə, kəndlərdə insanlar mütəxəssislərə daha az müraciət edirlər və buna görə də kənddə depressiya diaqnozu qoyulan insan demək olar ki, yoxdur.

    Şəhərdə insanlar daha çox sosial bərabərsizlik, iqtisadi etibarsızlıq, pis ətraf mühitlə rastlaşırlar.

    Qeyd etmək lazımdır ki, şəhər sakinləri daha çox tərkibində dadlandırıcılar olan zərərli məhsullara istehlak edirlər. Bu kimi qidalar və içkilər insanlarda piylənmə, hormonal balanssızlıq, yuxusuzluq, depressiya, retinal vazospazm və görmə pozğunluğu yaradır.

  • Zelenski Ukrayna Silahlı Qüvvələrində kadr təyinatları həyata keçirib

    Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanlarının müavinlərini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rəislərinin müavinlərini təyin edib.

    APA-nın məlumatına görə, o, bu barədə Telegram kanalında yayımlanan videomüraciətində bildirib.

    “Biz Müdafiə Qüvvələrində idarəetmə komandasını yenidən işə salmağa davam edirik” – Zelenski bildirib.