Month: February 2024

  • Ağstafada 27 yaşlı qadın dəm qazından zəhərlənib

    Ağstafada zəhərlənmə faktı qeydə alnıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa şəhərinin 33-cü məhəllə adlanan yaşayış massivində qeydə alınıb. 1997-ci il təvəllüdlü Sevinc Şəhriyarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

    Qadına tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 27 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

  • Keniya Prezidenti İlham Əliyevi seçkilərdə qələbəsi münasibətilə təbrik edib

    Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, Keniya Prezidenti bununla bağlı X sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    Paylaşımda deyilir: “Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ürək dolusu təbriklərimi çatdırıram. Sizin inamlı qələbəniz uzun illər ərzində Azərbaycan xalqının məharətinizə və liderliyinizə inamını bir daha təsdiqlədi. 2004-cü ildən bəri diplomatik münasibətlərimizin əsası qoyulduqdan sonra uzun illər ərzində Keniya və Azərbaycan arasında güclü, davamlı, səmimi və dostluq münasibətlərindən məmnunluğumu bildirirəm. Biz diplomatik münasibətlərimizin 20-ci ilini qeyd edərkən razılaşdırılmış prioritetlər çərçivəsində ikitərəfli əlaqələrimizi daha da gücləndirmək və onları qarşılıqlı maraq doğuran yeni sahələrə də genişləndirmək üçün mükəmməl fürsətimiz olduğunu məmnunluqla bildirirəm.

    Fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə biz ticarət, investisiyalar, enerji, iqlim dəyişikliyi və turizm kimi müxtəlif sahələrdə əmərəli tərəfdaşlıq imkanlarını tədqiq edəcəyik.

    Zati-aliləri, mənim və Keniya xalqının ən yüksək ehtiramını qəbul edin”.

  • İsrailin kredit reytinqi tarixdə ilk dəfə aşağı salındı ​​

    Beynəlxalq reytinq agentliyi “Moody’s” HƏMAS terror qruplaşmasına qarşı müharibə fonunda İsrail tarixində ilk dəfə olaraq ölkənin kredit reytinqini aşağı salıb.

    Median.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin press-relizində deyilir.

    “Moody’s” İsrail hökumətinin xarici və yerli valyutada emitent reytinqini A1-dən A2-yə endirib”, deyə agentlik bildirib.

    Qeyd olunur ki, “Moody’s” İsrailin reytinqinin A2 səviyyəsinə endirilməsinin əsas səbəbini belə izah edib: “HƏMAS-la hazırkı hərbi münaqişə və onun nəticələri İsrail üçün siyasi riskləri əhəmiyyətli dərəcədə artırır, həmçinin onun icra və qanunvericilik institutlarını və yaxın gələcəkdə fiskal gücünü zəiflədir”,

    Həmçinin bildirilib ki, Qəzzada döyüşlərin intensivliyi azala və ya dayana bilsə də, hazırda hərbi əməliyyatların qəti şəkildə dayandırılması ilə bağlı heç bir razılaşma yoxdur və İsrailin təhlükəsizliyini tam bərpa edəcək və nəticədə gücləndirəcək uzunmüddətli plan haqqında razılaşma yoxdur.

  • DİQQƏT! Yatarkən bu paltarları geyinməyin

    Həkim Debora Lkak yatarkən hansı paltarın geyinməməli olduğunu açıqlayıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, həkimin fikrincə, bəzi geyimlər zəif qan dövranı və hətta infeksiya riskini artırır.

    Onun sözlərinə görə, ayaqları qızdırmaq daha tez yuxuya getməyə kömək edir:

    “Bununla belə, yataqda corab geyinməyin bir sıra mənfi nəticələri var. Corablar, xüsusilə də çox sıx olduqda, qan dövranına mane ola bilər. Bundan əlavə müxtəlif infeksiyaların, o cümlədən göbələklərin əmələ gəlməsi riski daha çoxdur. Aparılan araşdırmalar göstərib ki, corablarda xalça qədər bakteriya ola bilər. Alt paltarda yatmaq da düzgün deyil. Dərinin “nəfəs alması” lazımdır və buna görə də gecələr alt paltarı olmadan yata bilərsiniz. Yatanda paltar seçərkən yadda saxlamalısınız ki, dar pijama qan dövranına mane ola, diskomfort yarada və yuxunu çətinləşdirə bilər. Bundan əlavə, isti pijama həddindən artıq istiləşməyə səbəb ola bilər ki, bu da öz növbəsində tərləməyə səbəb olacaq və yuxuya getməyi çətinləşdirəcək”.

  • Катар стал победителем домашнего Кубка Азии, забив три гола с пенальти в финале – ВИДЕО

    Состоялся финальный матч Кубка Азии, в котором встречались сборные Иордании и Катара. Команды играли на стадионе “Лусаил Айконик” в городе Лусаил, Катар. Хозяева турнира одержали победу со счетом 2:1.

    Как сообщает oxu.az, на 22-й минуте нападающий сборной Катара Акрам Афиф реализовал пенальти и вывел свою команду вперед. Иордания отыгралась на 67-й минуте благодаря голу форварда Язана Аль-Наймата. Однако спустя всего пять минут катарцы вновь получили право пробить 11-метровый удар, который уверенно реализовал Афиф. На 90+4-й минуте Акрам оформил хет-трик, также забив с пенальти.

    Напомним, сборная Катара завоевала этот трофей на турнире 2019 года, который проходил в Объединенных Арабских Эмиратах. Наибольшее количество побед в Кубке Азии в своем активе имеет сборная Японии. Футболисты из этой страны четыре раза становились обладателями трофея.

  • Asiya Kuboku: Finalda üç penalti oldu – VİDEO

    Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub.

    Median.Az xəbər verir ki, həlledici matçda İordaniya və Qətər yığmaları üz-üzə gəliblər. Gərgin keçən görüş qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Hesabı 22-ci dəqiqədə Qətər seçməsinin heyətində penaltidən Əkrəm Afif açıb. İordaniya yığması 67-ci dəqiqədə Yazan Əl-Naimat ilə tablodakı rəqəmləri bərabərləşdirsə də, 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.//oxu.az

  • Bakıda kirayədə yaşayan kişi özünü asıb

    Bakıda intihar hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

    Orada kirayədə yaşayan Şəmkir sakini Quliyev Eyvaz Ələddin oğlu özünü karnizdən asaraq intihar edib.

    Onun asılmış meyitini yaxınları aşkar edib.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Командир “Хезболла” погиб при ударе израильского дрона на юге Ливана

    Беспилотный летательный аппарат израильских ВВС нанес удар по автомобилю, принадлежащему шиитской милиции “Хезболла” в городе Джадра на юге Ливана.

    В результате атаки погибли трое бойцов шиитских вооруженных формирований. Среди них был полевой командир из пограничного района Айтрун Халиль Фарес.

    Источник: Al Hadath

  • İsrailin PUA zərbəsi nəticəsində “Hizbullah” komandiri öldürülüb

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Cadra şəhərində “Hizbullah”a məxsus milis avtomobilini vurub.

    Hücum nəticəsində üç şiə döyüşçüsü həlak olub. Onların arasında Aytrun Xəlil Fares sərhəd bölgəsindən olan səhra komandiri də olub.

    Mənbə: Al Hadath

  • В Баку 85-летняя женщина скончалась в результате несчастного случая

    В Баку произошел несчастный случай.

    Как сообщает lent.az, происшествие зарегистрировано в поселке Бакиханов Сабунчинского района.

    Согласно информации, 85-летняя Х.Адабейова упала с лестницы в своем доме.

    Пострадавшая была госпитализирована, несмотря на усилия врачей, спасти ее жизнь не удалось.