Month: February 2024

  • Xocavənddəki partlayışın TƏFƏRRÜATI – YENİLƏNİB

    Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunda baş verən sursat partlayışı hadisəsi ilə bağlı məlumat yayıb.

    ANAMA-nın Mətbuat Xidmətindən verilən məlumata görə, 2024-cü il 10 fevral tarixində Xocavənd rayonunun Çartaz kəndi ərazisində hərbi sursatın partlayışı hadisəsi baş verib.

    Arıçılıq təsərrüfatı ilə məşğul olan 1966-cı il təvvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının alışdırıcısına müdaxilə zamanı baş verən partlayış nəticəsində sağ əlindən xəsarət alıb.

    Zərərçəkən şəxsin sağ əlinin üç barmağı amputasiya olunub.

    * * * * *

    Xocavənddə hərbi təyinatlı partlayıcı partlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

    Bildirilib ki, fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.

    Bildirilib ki, 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bəzi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməyəcək – Siyahıda DƏYİŞİKLİK

    Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.

    APA-nın xəbərinə görə, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranların kran maşinistləri, qazın yığılması üzrə operatorlar qazpaylayıcı stansiyanın operatorları, texnoloji boru kəmərlərinin quraşdırıcıları siyahıya daxil edilib.

    Dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının ocaqçıları, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinistləri, dəmiryol xətləri hərəkətində parovozların və buxar kranlarının maşinist köməkçiləri, parovozların qazanlarının isti yuyulması ilə məşğul olan qazançılar, parovozların depo ocaqçıları, kükürdlü nefti və aşındırıcı maddələri töküb-axıtma məntəqələrində məşğul olan yük və baqajı qəbul edib və təhvil verənlər və parovozların qazan yuyucuları siyahıdan çıxarılıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tarif-ixtisas sorğu kitabçalarının altı ay müddətində bu Qərara uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınır.

    “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişiklikləri zəruri edir.

    Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir.

    Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub.

    Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

  • Prezident PUA-nı idarə etdi – VİDEO

    Fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

    Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib.

    “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirib.

    Həmin görüntüləri təqdim edirik:

  • Kürdəmirdə qətlə yetirilən qadının oğlu danışdı – VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Kürdəmirdə 2 nəfərin ölümü ilə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

    Hadisə ilə bağlı qətlə yetirilən Nəsibə Aliyevanın oğlu İctimai Televiziyaya danışıb.

    O, qətl hadisəsi ilə bağlı bəzi detalları açıqlayıb.

    Daha ətraflı videoda:

    Xatırladaq ki, Kürdəmir rayon prokurorluğunun yaydığı məlumata görə, rayonun Şıxımlı kənd sakini İlham Alıyev yaşadığı kəndin ərazisində anası N. Əliyevaya və həmkəndlisi F. Şükürovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə, tanışı V. Məmmədovaya isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilərək saxlanılıb.

  • Şabranda avtomobil maneyə çırpılıb, xəsarət alanlar var

    Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “VAZ-2107” markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Qapalı məkanlarda siqaret çəkənlər CƏZALANDIRILDILAR

    Balakəndə tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunublar.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, rayon ərazisində yerləşən obyektlərdə keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

    Yanvar-fevral ayları ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən ümumilikdə 114 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

  • Almaniya XİN rəhbərinin babası nasist zabiti imiş

    Almaniyanın xarici işlər naziri Annalena Berbokun babası Valdemar Berbok Vermaxt zabiti və nasist olub.

    İkinci Dünya Müharibəsi zamanı o, zenit silahlarını təmir edən bölmədə mühəndis işləyib.

    Sənədlərdə onun sadəcə bir zabit deyil, həm də “nasional sosializmin qızğın tərəfdarı” olduğu bildirilir. Valdemarın Hitlerin baxışlarını tam dəstəklədiyi vurğulanır. O, hətta 1944-cü ildə Hərbi Xidmət Xaçı ilə də təltif edilib.

    Öz növbəsində Almaniya Xarici İşlər Nazirliyi Annalena Berbokun babasının keçmişindən və onunla bağlı belə sənədlərin varlığından xəbərdar olmadığını bildirib.

    Mənbə: Octagon.media, TASS​

  • Ребенок, выпавший с седьмого этажа здания в Баку, страдал аутизмом – ОБНОВЛЕНО + ВИДЕО

    Пятилетний ребенок, погибший в результате падения с седьмого этажа многоэтажного жилого дома в Сабунчинском районе Баку, страдал аутизмом.

    Как передает xezerxeber.az, трагический случай был зафиксирован в поселке Рамана.

    По словам одной из местных жительниц, соседи незамедлительно сообщили родителям ребенка о произошедшем.

    По данному факту проводится расследование.

    Подробнее – в видео:

  • Bakıda binadan yıxılaraq vəfat edən beş yaşlı uşaq autizm sindromlu olub – YENİLƏNİB + VİDEO

    Bakının Sabunçu rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsindən yıxılaraq vəfat edən beş yaşlı uşağın autizm sindromlu olduğu məlum olub.

    Xezerxeber.az-ın məlumatına görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

    Açıqlama verən qonşulardan biri bildirib ki, uşağın valideynlərinə hadisə barədə xəbəri qonşular çatdırıblar.

    Faktla bağlı araşdırma aparılır.

    Ətraflı süjetdə:

  • Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayıldı: Qızından REAKSİYA

    Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayılıb.

    “Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə açıqlama yayıb.

    O bildirib ki, bunlar yalan məlumatlardır və əks olunan görüntülər montaj edilərək paylaşılıb.

    R. Səməndər atasının məzarından foto paylaşaraq, – “Budur ailəmin məzarı. Görün burada baxımsızlıqdan əsər-əlamət varmı?”, – deyə şərh yazıb:

    “Allah bunu düzəldib paylaşanların bəlasını versin. Bu qədər şərəfsizlik olmaz. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mənim yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qımıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə Allaha tapşırıram belələrini”.