Month: February 2024

  • Rusiyada tələbə şagirdi güllələdi

    Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib.

    Məlumata görə, insident İşim çayının sahilində baş verib. Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib. Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb.

    Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır. Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səhlənkarlıq ucbatından baş verdiyini ehtimal edirlər.

    Tələbə barəsində cinayət işi açılıb. Onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib. Xəsarət alan şagird isə xəstəxanadadır.

    Mənbə: tsargrad.tv

  • Yaponiya şahzadəsi sirli xəstəliyə tutuldu

    Yaponiya şahzadəsi Kiko müəmmalı xəstəlik səbəbindən müvəqqəti olaraq məzuniyyətə çıxmaq məcburiyyətində qalıb.

    Məlumata görə, Kiko Keniya Prezidenti Uilyam Ruto və həyat yoldaşı ilə görüşdə iştirakdan imtina edib. Onun əvəzinə xarici siyasətçini imperator Naruhitonun 22 yaşlı qızı şahzadə Ayko qarşılayacaq.

    Həmçinin, qarşıdan gələn tədbirlərdə xəstələnmiş şahzadəni əri, vəliəhd şahzadə Akisinonun əvəzləyəcəyi gözlənilir.

    Mənbə: mk.ru

  • В бакинском поселке 38-летний мужчина стал жертвой угарного газа – ФОТО

    В Хазарском районе Баку произошел случай отравления с летальным исходом.

    Как передает Report, происшествия зафиксировано в поселке Бина.

    Согласно информации, 38-летний местный житель Агиль Рагимов скончался от отравления угарным газом.

    Сообщается, что 9 февраля его тело было доставлено в Лерикский район и предано земле на кладбище села Монидигях.

  • Binədə 38 yaşlı kişi dəm qazından boğulub – FOTO

    Binə qəsəbəsində bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, qəsəbədə yaşayan, 38 yaşlı Aqil Fail olğu Rəhimov dəm qazından boğularaq, dünyasını dəyişib.

    Onun nəşi bu gün Lerikə gətirilərək Monidigah kənd qəbiristanlığında torpağa tapşırılıb. Bir övlad atası idi.

  • Uşağın valideynlərdən biri ilə ölkədən getməsi qanunvericiliklə necə tənzimlənir?

    Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

    Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərarda deyilir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsini həll edən məhkəmə qərarı” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq uşağın hansı valideynin yanında saxlanılmasına dair qətnaməni ehtiva etmir.

    Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin VI hissəsi, 28-ci maddəsinin III hissəsi və 129-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə uşağın valideynlərdən biri ilə saxlanılmasına dair məhkəmə qərarının mövcud olduğu halda, onun həmin valideyn ilə ölkədən getməsi üçün digər valideynin razılığının tələb olunmamasına dair müddəanın əlavə edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

    Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi ilə bağlı məsələlərin məhkəmə tərəfindən həlli üçün qısaldılmış prosessual müddətlərin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

  • Sabirabad sakinlərinin yol dərdi: “Meyiti traktorla apardılar” – VİDEO

    Sabirabad rayonunun Qaratəpə kəndinin yolları bərbad vəziyyətdədir.

    Sakinlərin sözlərinə görə, yolların yararsızlığı qış aylarında onları daha da çətin vəziyyətdə qoyur, şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər.

    “Qonşumun nənəsi rəhmətə getmişdi. Onun meyitini buradan traktorla aparmalı oldular”, – şikayətçi narazılıq bildirib.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • BMT-dən HƏYƏCAN TƏBİLİ: “Sudanda onminlərlə uşaq aclıqdan ölə bilər”

    Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. On minlərlə azyaşlı aclıqdan ölə bilər.

    Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatında bildirilir.

    “Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir. UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı ilə əhatə edə bilməyəcək. Belə olduqda on minlərlə azyaşlının ölüm ehtimalı var”, – Elder əlavə edib.

    Qeyd edək ki, Sudan əhalisinin yarısının (təxminən 25 milyon nəfər) humanitar yardıma və müdafiəyə ehtiyacı var. BMT-nin məlumatına görə, 1,5 milyondan çox insan ölkədən Mərkəzi Afrika Respublikası, Çad, Misir, Efiopiya və Cənubi Sudana qaçıb. Belə ki, Sudandakı vəziyyət 2023-cü ilin aprelində ölkənin Suveren Şurasının sədri, ordu komandiri Əbdülfəttah əl-Burhan ilə çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib və vətəndaş müharibəsinə bənzər vəziyyətə gətirib çıxarıb.

    Mənbə: TASS

  • Vatsapda bu da mümkün olacaq

    Vatsapın dəstək xidməti ilə əlaqə saxladığı zaman süni intellekt (AI) ilə ünsiyyət qurmaq imkanı olacaq.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

    Mütəxəssislər bildiriblər ki, iOS cihazlarında vatsapın yeni yeniləməsi süni intellektlə qarşılıqlı əlaqəyə imkan verəcək.

    “Dəstək qrupunun bəzi cavabları istifadəçilərə operativ kömək göstərmək üçün neyron şəbəkəsi tərəfindən yaradılacaq”, – materialda deyilir.

    Qeyd olunub ki, AI-nin xidmətə tətbiqinə baxmayaraq, neyron şəbəkənin cavabı onların problemini həll etməsə, istifadəçilər yenə də kömək üçün real operatora müraciət edə biləcəklər.

    Yeni funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində əlçatan olacaq.

  • Садыр Жапаров поздравил президента Ильхама Алиева

    Президент Кыргызской Республики Садыр Жапаров направил поздравительное письмо президенту Азербайджана Ильхаму Алиеву.

    Об этом сообщает Report со ссылкой на пресс-службу президента.

  • Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu.

    Hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi bizim ölkəmizdə yüksək qiymətləndirirlər.

    Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

    Sizə möhkəm cansağlığı, qardaş Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

    Hörmətlə və ən xoş diləklərlə”.