Month: February 2024

  • İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

    Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyəddin Kassanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Sizi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisində parlaq qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu böyük zəfər təkcə bir seçkinin nəticəsi deyil. Bu, eyni zamanda ölkənizin demokratiyanın inkişafında mühüm uğurlarını və xalqınızın Sizə etimadını aşkar surətdə nümayiş etdirdi. Seçkinin nəticəsi həm də Azərbaycan xalqının Sizin liderliyiniz ətrafında sıx birləşdiyini və parlaq gələcək üçün inamla irəlilədiyini göstərdi. Bu qələbə Azərbaycanın milli birliyini gücləndirməklə yanaşı, ölkənizin beynəlxalq aləmdəki rolunu daha da artıracaqdır.

    Möhtərəm cənab Prezident, Siz hər zaman ölkənizin sabitliyi və inkişafı naminə çalışaraq öz qətiyyətinizlə fərqlənmisiniz. Seçkidəki mühüm qələbəniz münasibətilə Sizi Dünya Axıska Türkləri Birliyi və Azərbaycanda yaşayan yüz min axıska türkü adından ən səmimi hisslərimlə təbrik edir, prezidentliyinizin yeni dövründə Sizə böyük nailiyyətlər, Azərbaycana rifah dolu gələcək arzulayıram”.

    Bundan başqa, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul da Prezident İlham Əliyevi təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Bütün qaqauz xalqı adından və şəxsən öz adımdan Sizə ehtiramımı bildirirəm və ölkənizin müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilən prezident seçkisində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    Azərbaycan xalqı tərəfindən Sizə göstərilən bu etimad yüksək peşəkarlığınızın və şəxsi keyfiyyətlərinizin, eləcə də ölkə əhalisi arasında qeyd-şərtsiz nüfuzunuzun təsdiqidir.

    Uzun illər ərzində Siz özünüzü Azərbaycan xalqının mədəniyyətini və tarixini, milli maraqlarını qoruyub saxlayaraq, sosial-iqtisadi inkişafı təmin edərək ölkəni mütərəqqi inkişaf yolu ilə irəliyə aparan alicənab və müdrik lider kimi göstərmisiniz. Sizin səyləriniz nəticəsində bu gün Azərbaycan ən inkişaf etmiş ölkələrdən biridir və onun beynəlxalq miqyasda nüfuzu ildən-ilə artır.

    Qardaş xalqlarımız arasında münasibətləri yüksək qiymətləndiririk və Qaqauziya Muxtariyyətinə diqqətinizə görə Sizə minnətdarıq. İnanırıq ki, gələcək əməkdaşlığımız müxtəlif birgə layihələrdə öz əksini tapacaq.

    Çox hörmətli cənab Prezident, Sizə dərin hörmətimi bildirirəm, möhkəm cansağlığı, tükənməz enerji və yeni uğurlar arzu edirəm. Biz Sizi Qaqauz torpağında görməyə həmişə şad olacağıq.

    Sizə və bütün Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

    * * * * *

    TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Azərbaycan Respublikasında 2024-cü il fevralın 7-də yüksək səviyyədə keçirilmiş prezident seçkisində inamlı qələbəniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türk dövlətləri mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

    Seçkidə Azərbaycan xalqının Sizin namizədliyinizi hərtərəfli dəstəkləməsi ölkənin ərazi bütövlüyünü tam bərpa etmiş və tarixi ədaləti bərqərar etmiş Ali Baş Komandanına və müdrik liderinə sonsuz inamının əyani təzahürüdür.

    Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasındakı məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə inanıram.

    Əminəm ki, beynəlxalq TÜRKSOY təşkilatının üzv ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və türk dünyasının ayrılmaz parçası olan Azərbaycanın zəngin mədəniyyətinin dünyada tanıdılması istiqamətində apardığı fəaliyyətlər bundan sonra daha geniş vüsət alacaqdır.

    TURKSOY-a diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi bu mühüm qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.

    Bundan başqa, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini və ədliyyə naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ana Birçal da Prezident İlham Əliyevi təbrik edib.

    Təbrik məktubunda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Mən Rumıniyanın Baş nazirinin strateji tərəfdaşlıqlar və xüsusi əlaqələr üzrə müavini vəzifəsində çalışarkən ölkələrimiz arasında güclü strateji tərəfdaşlığın şahidi olmuşam. Sizin liderliyiniz bu münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayıb və əminəm ki, əlaqələrimiz yeni dövrdə də inkişaf etməkdə davam edəcəkdir.

    Seçkidəki qələbəniz Azərbaycan xalqının Sizin strategiya və liderliyinizə olan inam və etimadının göstəricisidir. Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişaf, beynəlxalq münasibətlər sahələrində mühüm nailiyyətlər əldə etmiş, vətəndaşların firavanlığı daha da yüksəlmiş, ölkənin ərazi bütövlüyü bərpa edilmiş və dünyada nüfuzu artmışdır. Bu nailiyyətlər Sizin ölkənizin tərəqqisinə sadiqliyinizi nümayiş etdirməklə yanaşı, Rumıniya ilə Azərbaycan arasında ortaq əməkdaşlıq ruhuna mühüm töhfə verir.

    Gələcəyə baxarkən mən Sizin liderliyinizlə ölkələrimiz arasındakı əməkdaşlıq imkanları barədə nikbin düşünürəm. Rumıniya-Azərbaycan strateji tərəfdaşlığı regionlarımızda sabitlik, tərəqqi və sülh üçün möhkəm zəmindir. Ortaq strateji layihələrimizi daha da inkişaf etdirmək üçün Sizinlə sıx işləməkdə davam etməyə ümidvaram.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    В Ханкенди обнаружены огнестрельное оружие и боеприпасы.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД) Азербайджана.

    Было отмечено, что в результате мероприятий, проведенных сотрудниками полиции, 8 февраля на территории города были обнаружены и изъяты 11 автоматов, 1 пулемет, 1 гранатомет, 9 винтовок разных марок, 5 гранат, 4 запала для гранат, 84 магазина и 10 712 патронов различных калибров.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Xankəndidə silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10 712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • “Avtobus sürücüləri sərnişinləri yolda qoyub qayıdırlar” – ŞİKAYƏT

    “171 nömrəli marşrut xəttinin sürücüləri saat 21:15-dən sonra avtobusu son dayanacağa qədər idarə etmirlər. Yarı yoldan qayıdırlar, nəticədə sərnişinlər yolda qalır, axşam olduğu üçün taksi tapmaq da çətinləşir”.

    Bu şikayətlə “Qafqazinfo”ya 171 saylı marşrut avtobuslarından istifadə edən bir qrup sərnişin müraciət edib.

    Onların iddialarına görə, hər gün axşam saatlarında sərnişinlər bu aqibəti yaşayırlar:

    “Zuğulba yolunda sürücülər sərnişinləri avtobusdan düşürür və qarşıdan dönüb təkrar şəhər istiqamətinə gedirlər. Avtobus sürücüləri bunu sərnişin sayının az olması ilə əlaqələndirirlər. Deyirlər ki, 10 nəfər sərnişin olsa, gedərlər, 1-2 nəfərə görə sonuncu dayanacağa qədər avtobus sürmək sərf etmir. Hər gün taksi ilə evə qayıtmaq məcburiyyətində qalırıq”.

    Bakıətrafı digər qəsəbə və kəndlərə gedən avtobuslarda da analoji hallar tez-tez müşahidə olunur. Belə hərəkətə yol verən sürücülər və daşıyıcılarla bağlı hansı tədbirlər görülür?

    Problemlə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan cavab olaraq bildirilib ki, həmin marşrut avtobuslarında sözügedən faktların olduğu aşkarlanıb və qanunamüvafiq tədbirlər görülüb:

    “Məsələ ilə bağlı əraziyə baxış keçirilib və 171 nömrəli müntəzəm avtobus marşrutu üzrə sərnişindaşıma xidməti göstərən bəzi sürücülərin təyin olunmuş hərəkət sxemindən yayınaraq son dayanacaq məntəqəsinə getmədiyi məlum olub.

    Faktla bağlı AYNA tərəfindən müvafiq intizam tənbeh tədbirləri görülüb. Belə ki, 171 nömrəli marşrutun istismarçısına xəbərdarlıq edilib və marşrutun fəaliyyətinə nəzarətin artırılması, başlanğıc və son dayanacaq məntəqələri arasında əlaqəliliyin təmin edilməsi tapşırılıb”.

    Qeyd edək ki, 171 saylı marşrut xətti üzrə avtobuslar metronun “Koroğlu” stansiyasından Bilgəh qəsəbəsi istiqamətində və geriyə hərəkət edir.

  • Azərbaycanda 14 yaşlı oğlan qızılcadan öldü

    Azərbaycanda daha bir nəfər qızılcadan vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini 2010-cu il təvəllüdlü Yusif Bəhruz oğlu İbayev qızdırma əlamətləri ilə xəstəxanaya aparılsa da, orada vəfat edib.

    İlkin məlumata görə, 14 yaşlı yeniyetmə qızılcanın yaratdığı fəsadların ağırlaşması səbəbindən həyatını itirib.

    Xatırladaq ki, ötən gün Astara rayonunda da 2018-ci il təvəllüdlü Yusif Ağamir oğlu Əliyev qızılca nəticəsində vəfat edib.

    Son aylarda Azərbaycanda 10-dan çox azyaşlı və yeniyetmə qızılcadan vəfat edib.

  • Sabah Bakıda 17, rayonlarda 22 dərəcə isti olacaq

    Sabah hava əsasən yağmursuz keçəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

  • Генсек ОЭС поздравил президента Ильхама Алиева

    Генеральный секретарь Организации экономического сотрудничества (ОЭС) Хусрав Нозири направил поздравительное письмо президенту Азербайджанской Республики Ильхаму Алиеву в связи с победой на внеочередных президентских выборах.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу президента Азербайджана.

  • İƏT Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir:

    “Zati-aliləri.

    Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.

    Azərbaycan xalqı Zati-alinizin müdrik liderliyinə olan etimadı ilə parlaq və inkişaf etmiş gələcəyə doğru daha sürətlə irəliləyəcəkdir.

    Bu fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi əhəmiyyəti bir daha qeyd edir, təşkilatın birgə işlənib hazırlanmış iqtisadi gündəliyinin irəliyə aparılmasında ölkənizin daim artan rolunu və töhfəsini xüsusi vurğulayıram.

    İqtisadi Əməkdaşlıq Təşkilatının daha fəal olmasını və inteqrasiyasını təşviq etmək üçün məqsədlərimizin həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini və himayəsini səbirsizliklə gözləyirəm.

    Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Sərxoş ər arvadını yandırmaq istədi

    Tatarıstanda 65 yaşlı kişi arvadının üzərinə bensin tökərək, onu yandırmaq istəyib.

    Hadisə Buqulminski rayonunda baş verib.

    Belə ki, sərxoş kişi ilə 62 yaşlı arvadı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Qəzəblənən kişi üzərinə benzin tökərək arvadını yandırmağa cəhd edib.
    Ərinin əlindəki kibriti görən qadın pəncərədən atılaraq, qonşuya qaçıb. Qonşular isə polisə müraciət ediblər.

    Sərxoş ər barəsində “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. İstintaq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir.
    //Bakupost.az

  • Çörəyimizə gizli qatılan – Xərçəng yaradan 3 maddə

    Çörək və bulka nə qədər yumşaq, qabarıq, havalı və iştahlı görünürsə, bir o qədər zərərli ola bilər. Çünki un məmulatını bişəndə qabarıq və hündür saxlamaq üçün xüsusi maddə qatılır.

    “Medicina” xəbər verir ki, Rusiyada hər il çörək un məmulatlarının tərkibi monitorinq edilir.

    2023-cü ildə aparılan tədqiqatda 190 çörək nümunəsinin yalnız 5%-də təhlükəli semikarbazid və bromat olduğu müəyyən olunub.
    Biotexnoloq, terapevt Tatyana Solnçeva semikarbazid, bromat kaliy, bromat kalsiumun una qabarıqlıq, elastiklik və hündürlük vermək üçün qatıldığını bildirib:

    Məhz bu əlavələr Gömrük reqlamentində icazə verilən əlavələr siyahısına daxil edilməyib.

    “Ekspertizalar göstərib ki, istahsalçılar aşağı keyfiyyətli undan normal məhsul almaq üçün bromat kaliy və digərlərini əlavə edir. Bu zaman yüksək keyfiyyətli undan hazırlanan bulka ilə bu bulkalar arasında heç bir fərq olmur. Hər ikisi qabarıq, ağ, yüngül olacaq.

    Bromatlar çörəyin karkasını möhkəmlədir, ona yumşaqlıq, havalılıq verir. Belə məhsul həm ucuz başa gəlir, həm də çox satılır.

    Sübut edilib ki, semikarbazid və bromatlar insan sağlamlığı üçün təhlükəlidir.

    Qida əlavələri cədvəlində bromat kalit E024 a, bromat kalsium isə E924b kimi qeyd olunur. Hər iki maddə kanserogendir, mədə, süd vəz, qalxanvari vəz, prostat xərçənginə səbəb ola bilər”.