Month: February 2024

  • Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür

    Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur.

    1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.

    Muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə bağlanılan Moskva müqaviləsi ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında imzalanan Qars müqaviləsi ilə rəsmiləşdirilib.

    1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verilib.

    Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Naxçıvanda 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla ümumilikdə 219 yaşayış məntəqəsi yerləşir. Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.

    Naxçıvanın davamlı inkişafında ümummilli lider Heydər Əliyevin böyük xidməti var. Ulu öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərib və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırıb.

    2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.

    Dövlət başçısı İlham Əliyev prezidentliyi müddətində 15 dəfə muxtar respublikaya səfər edib. Bu müddətdə dövlət başçısı qədim diyarın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar imzalayıb, Dövlət proqramlarını təsdiq edib.

    Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.

  • На Каспии произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3,9.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Согласно информации, подземные толчки были зафиксированы в 05:49 по местному времени в 145 км к востоку от станции Гала.

    Очаг землетрясения залегал на глубине 62 км.

  • Xəzərdə zəlzələ olub

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 05:49-da Qala stansiyasından 145 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

    Zəlzələnin maqnitudası 3,9, yeraltı təkanların dərinliyi 62 km olub.

  • В Азербайджане явка на президентских выборах составила 76,43%, Ильхам Алиев лидирует с 92,12% голосов – ФОТО

    Продолжается процесс составления протокола окружной избирательной комиссии по голосованию на внеочередных президентских выборах и представления 1-го экземпляра протокола вместе с приложенными к нему документами в Центральную избирательную комиссию (ЦИК) Азербайджана.

    Как сообщает АПА со ссылкой на информационный центр ЦИК, после поступивших протоколов были зафиксированы изменения в явке избирателей на выборах и голосах, набранных кандидатами на пост президента.

    Судя по 1-му экземпляру протокола и приложенных к нему документов, полученному от избирательных округов, явка избирателей составляет 76,43%.

    Голоса, набранные кандидатами, распределились следующим образом:

    – Ильхам Алиев – 92,12% (4 577 693 голоса);

    – Захид Орудж – 2,17% (107 877 голосов);

    – Фазиль Мустафа – 1,98% (98 623 голоса);

    – Гудрат Гасангулиев – 1,72% (85 607 голосов);

    – Рази Нуруллаев – 0,8% (39 797 голосов);

    – Эльшад Мусаев – 0,66% (32 956 голосов);

    – Фуад Алиев – 0,53% (26 561 голос).

    Отметим, что согласно данным на 8 февраля, полученным с 93,32% избирательных участков на президентских выборах, явка избирателей составила 76,73%.

    По предварительным результатам, голоса, набранные кандидатами, выглядят следующим образом:

    – Ильхам Алиев – 92,05%;

    – Захид Орудж – 2,19%;

    – Фазиль Мустафа – 2%;

    – Гудрат Гасангулиев – 1,76%;

    – Рази Нуруллаев – 0,8%;

    – Эльшад Мусаев – 0,67%;

    – Фуад Алиев – 0,53%.

  • Prezident seçkisində seçici fəallığı dəyişib, lider namizəd İlham Əliyev 92,12 faiz səs toplayıb – FOTO

    Növbədənkənar prezident seçkisində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.

    APA-nın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, daxil olan protokollardan sonra artıq seçkidə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.

    Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:

    – İlham Əliyev – 92,12 faiz (4 577 693 səs);

    – Zahid Oruc – 2,17 faiz (107 877 səs);

    – Fazil Mustafa – 1,98 faiz (98 623 səs);

    – Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs);

    – Razi Nurullayev – 0,80 faiz (39 797 səs);

    – Elşad Musayev – 0,66 faiz (32 956 səs);

    – Fuad Əliyev – 0,53 faiz (26 561 səs).

    Qeyd edək ki, fevralın 8-də məntəqələrin 93,35 faizindən daxil olan nəticələrə əsasən, seçici fəallığı 76,73 faiz olub. İlkin nəticələrə əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

    – İlham Əliyev – 92,05 faiz;

    – Zahid Oruc – 2,19 faiz;

    – Fazil Mustafa – 2 faiz;

    – Qüdrət Həsənquliyev – 1,76 faiz;

    – Razi Nurullayev – 0,8 faiz;

    – Elşad Musayev – 0,67 faiz;

    – Fuad Əliyev – 0,53 faiz.

    Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkinin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.

  • В Баку автомобиль сбил 42-летнего мужчину

    В Насиминском районе Баку произошло ДТП с наездом на пешехода.

    Как сообщает Trend, автомобиль сбил переходившего дорогу Интигама Джейиева (1982 г.р.).

    Пострадавший был госпитализирован. Во время обследования врачи диагностировали у него закрытую черепно-мозговую травму.

    По данному факту ведется расследование.

  • Bakıda 42 yaşlı kişini avtomobil vurub

    Bakının Nəsimi rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Trend” xəbər verir ki, 1982-ci il təvəllüdlü İntiqam Məmmədhadi oğlu Cəyiyev yolu keçərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • В Мингячевире 53-летняя женщина отравилась угарным газом

    В городе Мингячевир произошел случай отравления с летальным исходом.

    Местная жительница Кямаля Гусейнова (1971 г.р.) отравилась угарным газом в своей квартире.

    Женщина была госпитализирована, однако, несмотря на усилия врачей, спасти ее жизнь не удалось.

    По данному факту проводится расследование.

  • Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb

    Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi olub.

    1971-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Kəmalə Hüseynova yaşadığı mənzildə dəm qazından zəhərlənib.

    Xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qovrulmuş və qovrulmamış tumlar: Hansı daha faydalıdır? – ARAŞDIRMA

    Günəbaxan tumu demək olar ki, hər kəs tərəfindən sevilən məhsuldur. Bəziləri onlara qarşı daha diqqətli olmaq lazım olduğunu söyləyir, digərləri isə əksinə, onların daha çox faydasından danışır və mütləq hər gün bir ovuc tum çırtlamaq lazım olduğunu iddia edirlər.

    Rusiyalı qastroenteroloq Yekaterina Kaşux bu məsələyə aydınlıq gətirib.

    Onun sözlərinə görə, günəbaxan toxumlarında kalorilərin çoxu yağlardan gəlir – 100 qram məhsula təxminən 56 qram.

    “Çox görünür, amma əslində tum o qədər də zərərli deyil. Onların tərkibində qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edən, ürək və qan damarlarının sağlamlığına faydalı təsir göstərən yağlar var. Bununla belə, miqdara riayət etmək vacibdir. Əgər pəhriz ümumiyyətlə balanslaşdırılmışdırsa, kifayət qədər miqdarda tərəvəz və meyvələr, həmçinin yağsız protein mənbələri və yavaş karbohidratları ehtiva edirsə, o zaman təhlükəsiz tum miqdarı təxminən 30 qramdır ki, bu da təxminən iki-üç yemək qaşığıdır”, – deyə həkim qeyd edib.

    Mütəxəssis standart tum paketində gündəlik kalori qəbulunun yarısı olduğunu deyərək, bunu bir dəfəyə istehlak etməməyə çağırıb.

    “Bundan əlavə, başqa risklər də var. Tumların özləri o qədər də zərərli deyil. 100 qram çiy günəbaxan çırtlamaq kifayət qədər doyurucudur. Ancaq duzlu günəbaxan tumlarından danışanda vəziyyət dəyişir, ondan ayrılmaq həqiqətən çətindir. 30 qram qovrulmuş duzlu tumun tərkibində təxminən 160 mkq natrium var. Bu duzun gündəlik dəyərinin 8%-ni təşkil edir ki, bu da kifayət qədər çoxdur. Duzun uzun müddət istehlakı hipertoniya və digər ürək-damar xəstəliklərinə səbəb ola bilər. Yetkinlər üçün duz qəbulunu gündə beş qrama qədər məhdudlaşdırmaq tövsiyə olunur”, – deyə həkim xəbərdarlıq edib.

    O, sağlamlığa zərər vermədən tum istehlakı üçün duzsuz olanları seçmək və digər bitkilərin toxumları ilə əvəz etməyin daha yaxşı olduğunu deyib.

    “Günəbaxan tumlarına çoxlu sağlam alternativlər var – balqabaq, kətan, küncüt, çia toxumları. Onları ovuc-ovuc yemək lazım deyil – müxtəlif yeməklərə, məsələn, salatlara, taxıllara, smuzilərə, yoqurtlara bir çimdik kifayətdir”, – deyə Yekaterina Kaşux sözlərini bitirib.

    Mənbə: Pravda.ru