Month: February 2024

  • Yumurtanın üzərindəki kodların SİRRİ: “Bu rəqəmlə başlayırsa, ən keyfiyyətsizidir” – FOTO

    Mağazalardan aldığımız yumurtaların bəzilərinin üzərində müxtəlif kodlar görürük. Bu 4 fərqli istehsal kodları əslində toyuğun cinsi və yumurtanın keyfiyyəti ilə izah edilir. Yəni, aldığımız yumurtanın keyfiyyətli olub olmadığını bu rəqəmlərlə öyrənmək mümkündür.
     
    Bəs onları necə ayırd etmək olar?
     
    Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yumurta üzərindəki bu kodlar rəqəm və hərflərdən ibarətdir.
     
    “Bizi maraqlandıran hissə kodun ilk rəqəmidir. Bu rəqəmlər 0, 1, 2 və 3 şəklində dəyişir. Yumurtanın üzərindəki kod 0 rəqəmi ilə başlayırsa, bu yumurta orqanik toyuq yumurtasıdır. Toyuğun yetişdirilməsində istifadə olunan yem orqanikdir. Məhz bu baxımdan marketlərdə bu yumurtalar baha satılır”.
     
    Mütəxəssis bildirib ki, yumurtanın üzərindəki kod 1 rəqəmi ilə başlayırsa, bu, fermalarda yetişən toyuqların yumurtası hesab edilir.
     
    “Keyfiyyət baxımından da yüksək qiymətləndirilir. Kod 2 rəqəmi ilə başlayırsa, bu, hində böyüyən toyuğun yumurtasıdır. Əsasən, bazarlarda bu kodlu yumurtalarla rastlaşmaq mümkündür. Bu yumurtalar o qədər də keyfiyyətli hesab edilmir. Əgər kod 3 rəqəmi ilə başlayırsa, bu broyler toyuğun yumurtasıdır. Bu yumurtalar ən ucuz və keyfiyyətsiz yumurta növü hesab edilir”.

  • Nigeriyada silahlı şəxslər 35 qadını qaçırıblar

    Nigeriyanın şimal-qərbində silahlı şəxslər tərəfindən azı 35 qadın qaçırılıb.
     
    Hadisə Katsina əyalətində qeydə alınıb.
     
    Məlumata görə, qadınlar toydan qayıdarkən qaçırılıblar.
     
    Qeyd edilib ki, polis axtarış əməliyyatları keçirir.

  • Bəstəkar Cavanşir Quliyev xəstəxanaya yerləşdirildi – vəziyyəti ağırdır

    Tanınmış bəstəkar Cavanşir Quliyev xəstəxanaya yerləşdirilib.

    Bu barədə rejissor Ramiz Mirzəyev sosial şəbəkədə məlumat verib.

    “İstanbuldan xoş olmayan xəbər gəldi. Həyat yoldaşı Ülkər xanım bildirdi ki, İstanbulda işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib” – deyə qeyd edib.

  • Kolleclərdə yeni ixtisas tədris olunacaq

    Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq. Yeni ixtisas optometriya adlanır. Bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcək.

    Median.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
    K.Əsədov bildirib ki, ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var:

    “Düşünürəm ki, ali təhsil müəssisəsində də bu ixtisas olmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində mamalıq işi, tibbi profilaktika, tibb bacısı (qardaşı) işi, ortopedik stomatologiya, müalicə masajı, laboratoriya diaqnostikası, əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib”.

  • Azərbaycan XİN Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib.

    Bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib.

    “Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. “Bir millət, iki dövlət” kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq”, – paylaşımda bildirilir.

  • Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub

    Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş edilir.

  • Ukrayna əsilli model “Miss Japan 2024” titulundan imtina etdi

    “Miss Japan 2024” gözəllik müsabiqəsinin qalibi olmuş Ukrayna əsilli Karolina Şiino tituldan imtina edib.

    Bu barədə “Kyodo News” tədbirin təşkilatçılarına istinadən yazır.

    Agentliyin məlumatına görə, q.ız bu qərarı şəxsi həyatı ilə bağlı mediada yer alan təfərrüatlara görə verib. Xüsusilə, Şiinonun evli bir kişi ilə münasibətindən söhbət gedir

    “Miss Japan 2024” gözəllik müsabiqəsinin qalibi olan Yaponiya vətəndaşlığı almış Ukrayna əsilli model titulundan imtina edib”, deyə nəşr yazır.

    Materialda vurğulanır ki, 26 yaşlı ukraynalının qələbəsi mənşəyinə görə əvvəldən mübahisəli sayılırdı. Ancaq bu hekayəyə onun ukraynalı kökləri deyil, həftəlik “Şukan Bunşun” tabloidindəki məqalə son qoyub. Onun sayəsində ictimaiyyət Siinonun “evli, nüfuzlu bir həkim” ilə münasibətindən xəbər tutub.

    Daha sonra gözəllik müsabiqəsinin təşkilatçıları öz internet səhifəsində bu vəziyyətlə bağlı üzrxahlıq edib. Həmçinin, Miss Yaponiya Assosiasiyası birinci yerin və əsas mükafatın bu ilin sonuna qədər boş qalacağını bildirib.

  • Bakıda 40 minlik “Rolex”i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş (VİDEO)

    Bakıda 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan şəxs məşhur oğru Hafiz Qocayev imiş.

    Hadisəni törədən 1971-ci il təvəllüdlü Qax rayon sakini Hafiz Qocayev ömrünün ən azı 21 ilini həbsxanada keçirib.

    O, aviasiya üzrə ali təhsil alıb. Subay olub.

    Hafiz Qocayev 1989-cu ildə “Vasmoy bazarı”nın qarşısında 3 nəfərin ölümü ilə nəticələnən qəzaya görə həbs olunub. 1999-cu ildə narkotik satdığına görə həbsə düşüb. 2005-ci ildən azadlığa çıxıb və kafe işlədib. 2014-ci ildə yenə oğurluq mal satdığına görə həbs olunub.

    Bir neçə il əvvəl ARB TV-nin “Rezonans” proqramında Hafiz Qocayevin həyat hekayəsi yayımlandıqdan sonra həbsdən azad edilib.

    Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.
    //qaynarinfo

  • “Güldürən qaz”dan istifadə edən futbolçu xəstəxanalıq oldu

    “Hippy crack” və ya “Güldürən qaz”ın (azot oksidi) istifadəsi Britaniyada qanunsuz olmasına baxmayaraq, elit futbolçular arasında geniş yayılmışdır.

    Qaynarinfo-nun məlumatına görə, artıq İngiltərədə bir çox futbolçular əyləncə üçün məhz bu qazdan istifadə edir. ” THE Sun”un yazdığına görə, Premyer Liqada tanınmış ulduzlarından biri “Gülüş qazı”na aludəçiliyinə görə reabilitasiyaya gedən ilk futbolçu olub. Ailəsinin klubundan kömək istəməsindən sonra futbolçu tibb mərkəzinə yerləşdirilib. Polis futbolçunun istifadə etdiyi araşdırarkən oturacağın altında onlarla azot oksidi qazı aşkarlayıb. Mənbənin “The Sun”a bildirdiyinə görə, futbolçuya karyerasını xilas etmək istəyirsə, ixtisaslaşmış mərkəzə müraciət etməli və kömək istəməli olduğu haqda xəbərdarlıq edilib. Adı açıqlanmayan həmin futbolçunun doğum günündə istifadə etmək üçün azot qazı qutularına 12.000 avro xərclədiyi söylənilib.

    “Hippy crack” və ya güldürən qaz kimi də tanınan azot oksidi əsasən şar doldurmaq üçün istifadə edilir. Azot oksidinin istehlakı adrenalinin sürətlə yüksəlməsini təmin edir, lakin infarkt, daimi beyin zədələnməsi və hətta ölüm riski daşıyır. “Güldürən qaz”ın uzun müddətli istifadəsi də depressiya, yaddaş itkisi, sidik qaçırma, halüsinasiyalar və sinir zədələnməsinə səbəb ola bilər. “Hippi crack” C sinifinə aid dərman hesab olunur və inhalyasiya yolu ilə saxlanılması Böyük Britaniyada cinayət sayılır.

  • Amerikalı reper 3 “Qremmi” mükafatı aldı, həbs edildi

    Amerikalı reper Killer Mayk (əsl adı Maykl Santyaqo Render) üç “Qremmi” mükafatına layiq görüldükdən dərhal sonra saxlanılıb.

    Bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

    Əvvəlcə mərasimin keçirildiyi “Crypto.com Arena” kompleksinin təhlükəsizlik işçisi Renderin saxlanmasının səbəbinin mükafatla heç bir əlaqəsi olmadığını deyib. Daha sonra Los-Anceles polisinin nümayəndəsi bildirib ki, reper əlbəyaxa davaya görə saxlanılıb.

    O, polisə dindirilmək üçün aparılıb. Nəşrin mənbəsi hadisəni xuliqanlıq adlandırıb və əlavə edib ki, sənətçi tezliklə azadlığa çıxa bilər.
    //qaynarinfo