Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi barədə reportaj yayımlanıb.
Reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi olaraq vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq.
Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb.
Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş binada hələ də yaşayış var.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5 ünvanında yerləşən binadan gedir.
Həmin binanın sakinləri tikilinin qəzalı vəziyyətdə olmasından narahatdırlar.
Sakinlər deyirlər ki, artıq binadakı çatlar da yamaq götürmür.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Hətta binanın qəzalı olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq akt da tərtib olunub. Lakin işin icrası hələ də ləngiyir.
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətindən bildirildi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aktına əsasən, sözügedən yaşayış evinin texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu müəyyən edilib. Bu nəzərə alınaraq, FHN-nin müvafiq rəyi əsasında yaşayış binasının köçürülməsi məqsədilə qanunamüvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər olunub. Hazırda nəticələrini gözləyirlər.
Finlandiya Rusiya ilə sərhədin bağlanmasını uzatmaq istəyir.
Finlandiya hakimiyyəti qərarı fevralın 8-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra rəsmən elan edəcək.
“Sərhədin bağlanmasının uzadılması qərarı Rusiya ilə (keçid məntəqələrində) vəziyyətin dəyişməməsi ilə əsaslandırılacaq”, – nəşr bildirib.
Qeyd olunur ki, hakimiyyət orqanlarının qərarına ölkədə sığınacaq almaq istəyən miqrantların faktiki sayı təsir etmir. Məntəqələrin bağlanması nəticəsində onlar Rusiya ərazisində qalırlar.