Month: February 2024

  • Bakıda gözəllik salonundan bahalı lazer aparatı oğurlayan şəxslər TUTULDULAR – VİDEO

    Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə paytaxt sakini olan bir nəfər şikayət edərək ona məxsus Zabrat qəsəbəsində yerləşən gözəllik salonundan 17000 manat dəyərində lazer aparatının oğurlanması barədə məlumat verib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıblar. Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər. Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.

    Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

  • Rusiyada saxlanılan Kamil Zeynallının məhkəməsinin vaxtı BİLİNDİ

    Rusiyada saxlanılan idmançı Kamil Zeynallının ittiham olunduğu maddələr məlum olub.

    “Unikal”ın əldə etdiyi məlumata görə, o, Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunur.

    Kamil Zeynallının məhkəməsi sabah keçiriləcək.

    Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

  • В Ханкенди обнаружены оружие и боеприпасы

    20 февраля на территории города Ханкенди обнаружено 27 единиц оружия.

    Информацию распространило Министерство внутренних дел Азербайджана.

    Минувшим днем сотрудники полиции обнаружили в Ханкенди 17 автоматов различных марок, 5 пистолетов, 5 ружей, 73 гранаты, 72 запала, 68 магазинов для патронов, 4 821 патрон различного калибра и другие боеприпасы.

  • Xankəndidə silah-sursat tapılıb

    Xankəndidə silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Xankəndi şəhəri ərazisində 17 ədəd müxtəlif markalı avtomat silahı, beş tapança, beş tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4 821 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb.

  • Psixiatriya Xəstəxanasında pasiyent öldürülüb? – RƏSMİ

    Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V.-nin yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub.

    Baş Prokurorluqdan verilən xəbərə görə, həmin faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır:

    “Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

    Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.

    Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə şillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur”.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Апрельские фьючерсы на марку WTI подорожали на 0,27% – до 77,25 доллара за баррель, а на Brent – на 0,29%, до 82,58 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,27% bahalaşaraq, bir barelinin qiyməti 77,25 ABŞ dolları olub.

    “Brent” markalı neftin aprel füçersləri 0,29% bahalaşaraq, bir barelinin qiyməti 82,58 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldılar – VİDEO

    Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıblar.

    Həmin şəxslərin üzərilərinə, eləcə də Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə bir kiloqramdan artıq (1 165 qram) narkotik vasitə olan marixuana, eləcə də bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd həmin silaha məxsus patron darağı və altı ədəd güllə aşkar olunaraq götürülüb.

    Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

  • Суд вынес приговор мужчине, убившему свою супругу

    В Лянкяранском суде по тяжким преступлениям завершено судебное следствие по уголовному делу в отношении Гараша Ибрагимова, обвиняемого в убийстве своей супруги в Сальянском районе.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Эсмиры Мамедовой зачитан приговор, согласно которому подсудимый получил 16 лет лишения свободы.

    Отметим, что в районной прокуратуре завершено предварительное следствие по уголовному делу по факту убийства местной жительницы Гюнель Гулиевой (1998 г.р.) 16 августа 2023 года.

    В ходе следствия были выявлены обоснованные подозрения в том, что Гараш Ибрагимов (1993 г.р.) в ходе ссоры убил свою жену Г.Гулиеву на глазах у ее сестры, нанеся супруге ранения охотничьим ножом.

    Гарашу Ибрагимову предъявлено обвинение по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 228.4 (незаконные приобретение, сбыт или ношение газового оружия, холодного оружия, в том числе холодного метательного оружия, за исключением тех местностей, где ношение холодного оружия является принадлежностью национального костюма или связано с охотничьим промыслом) Уголовного кодекса Азербайджанской Республики.

  • Arvadını öldürən kişiyə hökm oxundu

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Qaraş İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2023-cü ilin avqustun 16-da Salyan rayon sakini 1998-ci il təvəllüdlü Günel Quliyevanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

    İstintaqla 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel Quliyevanı sonuncunun bacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.