Month: February 2024

  • Azad olunmuş ərazilərə mart ayı üçün avtobus biletləri satışa çıxarılacaq

    Fevralın 23-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə mart ayına olan biletlər satışa çıxarılacaq.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28 227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • Dövlət imtahanından azad olunan tələbələrin diplom alma qaydası AÇIQLANDI

    Yekun dövlət attestasiyasından (dövlət imtahanı) azad olunan tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, ali təhsilin bakalavriat səviyyəsində müvafiq ixtisas üzrə yekun dövlət attestasiyasının keçirilib-keçirilməməsi həmin ixtisasın təhsil proqramı ilə müəyyən olunur.

    “2020-ci ildə bakalavriat səviyyəsi üçün qəbul edilən yeni məzmunlu təhsil proqramlarının bir qismi (təxminən yarısı) təcrübə ilə başa çatır. 2023/2024-ci tədris ilində məzun olacaq bakalavrların təxminən 60-70 faizi yekun dövlət attestasiyasından azaddır. Həmin tələbələrin təhsil proqramları sonuncu semestrdə təcrübə ilə yekunlaşacaq”, – nazirlikdən bildirilib.

    Qurumdan həmçinin qeyd olunub ki, hər bir ixtisas üzrə daha dəqiq məlumat əldə etmək üçün tələbələr müvafiq ali təhsil müəssisəsinə müraciət edə bilərlər.

  • Назначен глава ИВ Садаракского района – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Наима Джахидзаде главой Исполнительной власти (ИВ) Садаракского района Нахчыванской Автономной Республики.

    Как сообщает President.az, в документе говорится:

    “Руководствуясь статьей 141 Конституции Азербайджанской Республики, постановляю:

    Назначить Наима Этибар оглу Джахидзаде главой Исполнительной власти Садаракского района Нахчыванской Автономной Республики”.

  • Prezident İlham Əliyev icra başçısı təyin etdi

    Prezident İlham Əliyev Naim Etibar oğlu Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

  • Əziz Orucovun həbs müddəti uzadılıb

    Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay uzadılıb.

    “Report” xəbər verir ki, qərar Bakı Şəhəri Səbail Rayon Məhkəməsində keçirilən iclasda elan olunub.

    Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ə.Orucova qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

    Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

  • Rusiyada saxlanılan Kamil Zeynallının azadlıqda ilk görüntüləri (VİDEO)

    Rusiyada saxlanılan azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının azadlığa buraxılma anının görüntüləri yayılıb.

    Median.Az xəbər verir ki, videonu “Report” paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Səfirlik əməkdaşları Kamil Zeynallının saxlanıldığı təcridxanaya baş çəkiblər

    Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları bir gün əvvəl Domodedovo hava limanında saxlanılan Kamil Zeynallının yerləşdirildiyi təcridxanaya baş çəkiblər.

    Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı sorğu MDB-yə üzv ölkələr arasında imzalanmış dövlətlərarası saziş çərçivəsində verilib:

    “Azərbaycan vətəndaşının saxlanılması xəbəri gələn kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə vəziyyəti yerindəcə aydınlaşdırmaq üçün konsul və vitse-konsul hava limanına göndərilib. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları onun saxlanıldığı təcridxanadadırlar”, – səfirlikdən bildiriblər.

    Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlikdən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüşüb və ona qanunvericilikdə nəzərdə tutulan hüquqlarını izah edib.

    Diplomatik nümayəndəlikdən bildirilib ki, hazırda Azərbaycan səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər görür və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərir.

  • Обвиняемый в убийстве семьи Ахмед Ахмедов помещен в психиатрическую больницу

    Ахмед Ахмедов (1999 г.р.), обвиняемый в жестоком убийстве пяти членов своей семьи в Баку, помещен в Республиканскую психиатрическую больницу.

    Как сообщает Qafqazinfo, подозреваемый был доставлен в специализированное закрытое медучреждение по решению суда в связи с назначенной следственным органом экспертизой с целью установить, является ли А.Ахмедов психически больным.

    Отмечается, что А.Ахмедов будет находиться в стационаре в течение 20 дней, а по истечении этого срока будет выдано экспертное заключение о наличии у него психических расстройств.

    Отметим, что ранее была распространена информация о том, что Ахмед Ахмедов, обвиняемый в жестоком убийстве родителей, брата, сестры и ее малолетнего ребенка на территории Хатаинского района Баку, психически болен и ранее проходил лечение в специализированном учреждении. Также Госслужба Азербайджана по мобилизации и призыву на военную службу провела все необходимые обследования А.Ахмедова в рамках подготовки к июльскому призыву 2020 года и направила обвиняемого в Республиканскую психиатрическую больницу №1 для прохождения дополнительного медобследования на основании направления. Тогда же у А.Ахмедова диагностировали шизофрению (шизотипическое расстройство личности). В результате молодой человек был признан непригодным к военной службе как в мирное, так и в военное время.

  • Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasına yerləşdirildi

    Bakıda ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Ə.Əhmədovun psixi xəstə olmasının müəyyənləşdirilməsi məqsədilə təyin edilmiş ekspertiza ilə əlaqədar o, məhkəmənin qərarı ilə ixtisaslaşmış qapalı tibb müəssisəsinə aparılıb.

    Ə.Əhmədovun 20 gün müddətində stasionar qaydada saxlanılacağı və bu müddətin sonunda onun psixi xəstəliyi ilə bağlı ekspertiza rəyinin veriləcəyi bildirilib.

    Qeyd edək ki, Xətai Rayonu ərazisində atasını, anasını, qardaşını, bacısını və onun körpə övladını amansızlıqla qətlə yetirməkdə ittiham edilən Əhməd Əhmədovun psixi xəstə olması barədə məlumatlar yayılıb və onun daha əvvəl də ixtisaslaşmış müəssisədə müalicə aldığı bildirilib. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında Ə.Əhmədovun 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilməsini açıqlayıb. Həmin vaxt Ə.Əhmədova şizofrenəbənzər pozuntu diaqnozu təyin edilib. Nəticədə Ə.Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib.

  • Gülay Zeynallı Kamil Zeynallının həbsindən DANIŞDI – VİDEO

    “Mən istəmirəm bizim qızımız atasız yaşasın”.

    Bu sözləri MTV-nin efirində yayımlanan verilişlərin birində dünən Rusiyada saxlanılan Kamil Zeynallının həyat yoldaşı, müğənni Gülay Zeynallı deyib.

    O, hadisəni gecə saatlarında elə Kamilin özündən öyrəndiyini deyib.

    “Gecə saat 3 idi, Kamil zəng etdi və hadisəni dedi. Sahilə artıq böyük qızdır, mən ona hər şeyi izah etmişəm. Gecədən yatmayıb. Mən dövlətimizdən, prezidentimizdən Kamilə kömək etmələrini xahiş edirəm”, – deyə müğənni qeyd edib.

    Qeyd edək ki, Kamil Zeynallı 2010-cu ildə müğənni Gülay Zeynallı ilə ailə həyatı qurub. Onların bu münasibətdən bir qızı var.

    Xatırladaq ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.