Month: February 2024

  • Azərbaycanda dövlət qurumunun idarə statusu ləğv edildi

    Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin hüquqi adı və forması dəyişdirilib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar verilib.

    Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin hüquqi adı və forması dəyişdirilərək “Şahbuz Tikinti” MMC-yə çevrilib.

  • В Баку бык создал опасную ситуацию на дороге – ВИДЕО

    В Баку на автомобильную трассу выбежал крупный рогатый скот.

    Соответствующие кадры распространились в социальных сетях.

    Бегущий по проспекту Гейдара Алиева бык создал опасную ситуацию для участников дорожного движения.

  • Bakıda iribuynuzlu heyvan sürücülərə təhlükəli anlar yaşatdı – VİDEO

    Bakıda iribuynuzlu heyvan avtomobil yoluna qaçıb.

    Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, paytaxtın Heydər Əliyev prospekti boyunca yolun hərəkət hissəsində qaçan iribuynuzlu heyvan sürücülərə təhlükəli anlar yaşadıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Əhməd Əhmədov təcridxana rejimini pozur: Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur

    Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

    Gununsesi.info-nun xəbərinə görə, təcridxanada təkadamlıq kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.

    Bu isə Əhmədovun saxlanıldığı ikinci korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir.

    Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.

    Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.

    Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

  • Очередное ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с безобразным поведением школьниц – ВИДЕО

    Государственный комитет по проблемам семьи, женщин и детей взял под контроль вопрос с кадрами неэтичного поведения школьниц.

    Об этом сообщает Median.Az со ссылкой на сотрудника структуры Теймура Марданоглу.

    Он отметил, что в правоохранительных органах в связи с этим ведется работа.

    “В настоящее время проводится расследование, назначена экспертиза. По результатам следствия будут приняты соответствующие меры”, – сказал представитель комитета.

    Отметим, что в связи с инцидентом Управление образования города Баку также заявило, что взяло под контроль вопрос по поводу неадекватного поведения вне школы ученицы XI класса общеобразовательной средней школы №156 (по соответствующим причинам имя не разглашается) в отношении девочки, окончившей IX класс школы в 2023 году.

    Напомним, что на видео девочка-подросток пишет на лбу “жертвы” нецензурное слово, разбивает на ее голове яйцо, а другая отрезает ей ножницами волосы.

    По нашим данным, одна из участниц расправы над выпускницей в настоящее время учится в указанной школе.

  • Məktəblilərin biabırçı görüntüləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA – VİDEO

    “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.

    Bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.

    O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:

    “Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

    Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələnin nəzarətə götürüldüyünü qeyd edib.

    Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir.

    Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.
    //oxu.az

  • DOST-un 5,4 milyonluq tender verdiyi şirkət kimindir?

    Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) “B2B Group” MMC ilə maliyyə dəyəri 5 389 546,16 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.

    Qaynarinfo xəbər verir ki, şirkət Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə tenderin qalibi seçilib.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “B2B Group” MMC 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

    Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb.

    “B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir.

    Elçin Əliyev də “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib.

    Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.

    Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tender elanlarına diqqət etdikdə məlum olur ki, “B2B Group” MMC satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət adətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində olan qurumların tenderlərdə qalib seçilir.

    Yeri gəlmişkən DOST Agentliyi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
    Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovdur. O. 2018-ci ildən bu vəzifəni daşıyır.

  • İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfəri fevralın 19-da başa çatıb.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

  • Bakıdakı bu binaların təmirinə başlanılır

    Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binalar təmir olunacaq.

    Bu barədə İqtisadiyyat.az “Bakı Şəhər Əsaslı Tikinti və Təmir”dən məlumat əldə edib.

    Artıq təmir işləri üzrə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

    Belə ki, həmin binalarda qəzalı eyvanlar bərpa olunacaq, dam örtüklərində, çardaqlarında, girişlərində və fasadlarında təmir işləri aparılacaq.

  • Azərbaycanda maska rejimi tətbiq ediləcək? (AÇIQLAMA)

    Qış aylarında respirator infeskiyaların sayı artır. Bu infeksiyalara qrip, COVID-19, eyni zamand, qızılca virusunu göstərmək olar.

    Bu barədə Trend-in suallarını cavablayarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.

    O qeyd edib ki, Azərbaycanda maska rejimin tətbiqi gözlənilmir.

    “Maskadan istifadə hər bir şəxsin öz məsuliyyəti daxilində olan bir haldır. İstənilən şəxs virusdan qorunmaq üçün maskadan istifadə edə bilər. Eyni zamanda, gigiyena qaydalarına əməl edilməsi, ara məsafə gözlənilməsi xəstəliyə yoluxma riskini azaldan hallardır.

    Maska istifadəsi də məcburi deyil. Sadəcə, ehtiyat tədbir kimi istifadə edilə bilər. Zaman-zaman insanlara maskadan istifadənin zərurətini daimi olaraq xatırladırıq. Düşünmürəm ki, maska rejimi tətbiq edilsə, xəstəlikdən tam qoruna bilərik.

    Qrip, qızılca, COVID-19-dan qorunmağın yeganə vasitəsi peyvənd olunmaqdır. Sadəcə, bu yolla viruslardan qoruna bilərik. Digər gigiyenik qaydalar, ara məsafə saxlanılması, maskdan istifadə isə yalnızca yoluxma riskini azalda bilər”, – deyə o bildirib.

    Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.