Month: February 2024

  • DYP avtomobil qəzaları ilə bağlı sürücülərə müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Müşahidələr göstərir ki, son zamanlar bir çox yol-nəqliyyat hadisələri məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. Adətən maddi ziyanla nəticələnən kiçik toqquşmalar ilk baxışdan əhəmiyyətli görünmür.

    Lakin, bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir.

    Yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.

    Başqa sözlə, sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən asılı olaraq özü təyin etməlidir.

    Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir.

    Şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. Çünki, qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər.

    Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik.

    Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırır və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırır”.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Мартовские фьючерсы на марку WTI подешевели на 0,59% – до 78,72 доллара за баррель, а апрельские на Brent – на 0,79%, до 82,81 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin mart füçersləri 0,59% ucuzlaşaraq bir barelinin qiyməti 78,72 ABŞ dolları olub.

    “Brent” markalı neftin aprel füçersləri 0,79% ucuzlaşaraq bir barelinin qiyməti 82,81 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • На азербайджано-российской границе завершилась операция “Граница – щит”

    На азербайджано-российской границе завершилась операция “Граница – щит”.

    Как сообщает АПА, в соответствии с взаимным соглашением, достигнутым между министрами внутренних дел Азербайджана и России, на территории приграничных районов обеих стран 18 февраля завершилась спецоперация “Граница – щит”.

    В ходе недельных оперативно-разыскных мероприятий полицейские посты были уставлены в Балакенском, Загатальском, Гахском, Шекинском, Огузском, Габалинском, Губинском, Гусарском и Хачмазском районах, расположенных на границе с Россией.

    Основной целью недельных операций было выполнение принятых решений по вопросам пограничного сотрудничества, разоблачение и нейтрализация членов транснациональных организованных преступных группировок и террористических организаций, изъятие оружия, взрывчатых веществ, устройств и наркотических средств, а также предотвращение каналов поступления финансовых и материальных ресурсов, направленных на осуществление иных противоправных деяний.

  • Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşdı

    Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb.

    APA-nın məlumatına görə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilən “Sərhəd-sipər” əməliyyatı fevralın 18-i axşam saatlarında sona çatıb.

    Bir həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın Rusiya ilə həmsərhədində yerləşən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub.

    Əməliyyatların keçirilməsinin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.

    İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.

  • Rüşvət alan sabiq vəzifəli şəxs azadlığa buraxıldı

    Şirvan Apellyasiya Məhkəməsində Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin sabiq müdiri Yaşar Kərimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilməyib. Məhkumun Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilməsinə dair hissədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. Yaşar Kərimovun təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cinayət təqibinə xitam verilib və hökmdən xaric edilib. Yaşar Kərimov həbsdə saxlanıldığı bir il səkkiz ay 12 gün müddəti azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üç il dörd ay iyirmi dörd gün müəyyən edilməklə ona təyin edilmiş beş il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb və onun üzərində qəti olaraq bir il yeddi ay altı gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Yaşar Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və dərhal həbsdə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən azad edilib.

    İttiham aktına əsasən, Səhiyyə Nazirliyinin Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin keçmiş müdiri Kərimov Yaşar Məlik oğlu əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Sahib Vafiq oğlu Məmmədovdan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi alıb.

    İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 311.1-ci (Rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə Y.Kərimovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Y.Kərimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi protesti təmin edib. Ali Məhkəmədə şikayətə baxılan zaman bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb. Ali Məhkəmənin digər qərarı ilə aşağı instansiya məhkəməsinin qərarı qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    Qeyd edək ki, Y.Kərimov prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

  • МИД Азербайджана ответил Николу Пашиняну

    Несмотря на то, что встреча между лидерами Азербайджанской Республики (АР) и Республики Армения (РА) по инициативе канцлера Германии прошла в конструктивной и плодотворной обстановке, несмотря на призывы к нормализации азербайджано-армянских отношений, делимитации границ и заключению мирного договора, заявления премьер-министра РА Никола Пашиняна, вводящие в заблуждение международное сообщество, вызывают сожаление.

    Об этом заявил руководитель пресс-службы Министерства иностранных дел (МИД) АР Айхан Гаджизаде, комментируя высказывания Н.Пашиняна на встрече с армянской общиной в Мюнхене (Германия).

    “Пашинян заявил следующее: “Поскольку международное сообщество не поддержало усилия Армении по обретению независимости Карабаха с реализацией права на самоопределение, мы вели этот конфликт не только против Азербайджана, но и против международного сообщества. Однако это было неразумно”.

    В то же время, комментируя свою точку зрения, премьер-министр Армении сказал, что Азербайджан нарушил первые восемь пунктов Трехстороннего заявления.

    Что касается мнения премьер-министра Армении о том, что “право Карабаха на самоопределение не поддерживается международным сообществом”, то, по-видимому, премьер-министр говорит не о том, что его претензии к территориям Азербайджана беспочвенны, а о том, что неразумно продолжать их только потому, что они не поддерживаются международным сообществом. Это косвенно доказывает, что армянская сторона продолжает предъявлять свои претензии. В связи с этим необходимо устранить претензии на территориальную целостность и суверенитет нашей страны в законодательных актах и Конституции Армении.

    Мнение премьер-министра Армении также показывает, что давление международного сообщества на Армению с целью удержать ее от позиции, противоречащей международному праву, имеет важное значение.

    Что касается утверждения армянской стороны о якобы нарушении Азербайджаном Трехстороннего заявления, то всем хорошо известно, что оно не имеет никаких оснований, и что Армения, вопреки своим обязательствам, не вывела свои вооруженные силы с территории Азербайджана, а также не выполнила свое обязательство по разблокировке линий связи.

    Армянская сторона должна понимать, что путь к обеспечению мира и стабильности в регионе лежит через установление отношений с соседними странами на основе утверждения и уважения территориальной целостности и суверенитета, а также прямые конструктивные переговоры с Азербайджаном для установления мира”, – говорится в заявлении Айхана Гаджизаде.

  • Azərbaycan XİN Nikol Paşinyana cavab verib

    “Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün konstruktiv və faydalı mühitdə keçməsinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi istiqamətində çağırışlara baxmayaraq, Ermənistan baş naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirən iddiaları təəssüf doğurur”.

    Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə N.Paşinyanın Münhendə erməni icması ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

    Ermənistan baş nazirinin “Qarabağın öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq ictimaiyyət arasında dəstəklənməməsi” fikrinə gəldikdə, XİN rəsmisi bildirib ki, göründüyü kimi N.Paşinyan Azərbaycanın ərazilərinə qarşı iddialarının əsassız olduğunu deyil, yalnız beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmədiyi üçün davam etdirilməsinin ağılsız hərəkət olduğunu bildirir:

    “Bu isə, bir daha Ermənistan tərəfinin iddiasının hələ də davam etdiyini dolayı yolla sübut edir. Bu baxımdan, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında ərazi bütövlüyümüz və suverenliyimizə qarşı iddiaların aradan qaldırılması zəruridir.

    Ermənistan baş nazirinin fikirləri həm də göstərir ki, Ermənistanı beynəlxalq hüquqa zidd mövqedən çəkindirmək üçün beynəlxalq birliyin təzyiqi vacib əhəmiyyət kəsb edir.

    Ermənistan tərəfinin guya Azərbaycanın Üçtərəfli Bəyanatı pozduğu iddiasına gəldikdə, bunun heç bir əsasının olmadığı, məhz Ermənistanın öhdəliklərinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı, kommunikasiya xətlərinin açılması öhdəliyini yerinə yetirmədiyi hər kəsə yaxşı məlumdur.

    Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülh və sabitliyin təminatının yolu ərazi bütövlüyünün və suverenliyin təsdiq olunması və hörmət edilməsi əsasında qonşu ölkələrlə münasibətlərin qurulmasından və sülhün bərqərar olunması üçün Azərbaycanla birbaşa konstruktiv danışıqlardan keçir”.

  • Найдены пропавшие в Гяндже мужчина и его сын

    Найдены пропавшие 12 февраля в Гяндже Нариман Алиев (1971 г.р.) и его сын Реван Ализаде (2008 г.р.).

    Как сообщает Report, их местонахождение было установлено в результате разыскных мероприятий, проведенных сотрудниками Главного управления полиции города Гянджа.

    Мужчина и его сын были обнаружены в Баку.

  • Gəncədə itkin düşən ata və oğlu tapıldılar

    Gəncə şəhərində fevralın 12-də itkin düşən 1971-ci il təvəllüdlü Nəriman Süleyman oğlu Əliyev və oğlu, 2008-ci il təvəllüdlü Rəvan Nəriman oğlu Əlizadə tapılıblar.

    “Report”un Qərb bürosunun məlumatına görə, onların yeri Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində müəyyənləşib.

    N.Əliyev və R.Əlizadə Bakı şəhərində tapılıblar.