Month: February 2024

  • Ailəsinin beş üzvünü öldürməkdə təsdiqləndirilən Əhmədla bağlı daha bir İDDİA – VİDEO

    Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.

    Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.

    Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:

    “4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.

    Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.

    Daha ətraflı videoda:

  • Şəkidə altı avtomobil toqquşdu

    Şəkidə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb.

    İlkin məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı altı avtomobil toqquşub.

    Ölən və yaralananlar barədə məlumat yoxdur. Nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.

  • Goranboyda baş direktoru döydülər – VİDEO

    Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Rauf Yəhyayev bir neçə şəxs tərəfindən döyülüb.

    Həmin şəxslər baş direktordan ağır ağrıkəsici dərman istəyiblər.

    O da “yox” cavabı verdiyi üçün döyülüb.

    Rauf Yəhyayev oxu.az-a açıqlamasında bildirib ki, bir neçə şəxs xəstəxanaya gəlib, ağır ağrıkəsici dərman tələb ediblər:

    “Mənə əllərindəki ağrıkəsicini göstərib, daha artıq dozada olanını tələb etdilər. Bildirdim ki, onsuz da o dərmanlar ağrıkəsicidir. Onlar dedilər ki, o dərmanlar kömək etmir. Ondan ağırı narkotikdir, mən onlara narkotik verəcəkdim? Dedim ki, təcili yardım şöbəsinə getsinlər. Münaqişə başladı və bıçaqla hücum etdilər”.

    Qeyd edək ki, məsələ barədə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu” keçirilir – VİDEO

    Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda “Tankların və döyüş maşınlarının heyətlərinin hazırlanması kursu” keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Mexanik-sürücü və tuşlayıcı-operator ixtisasları üzrə gənc əsgərlərin cəlb edildiyi kursda şəxsi heyət tank və müxtəlif təyinatlı döyüş maşınlarının təbii və süni maneələri dəf edərək idarə olunması üzrə tapşırıqları icra ediblər.

    Hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən kursda bütün növ şərait yaradılıb.

  • Bakıda bu ünvanda binalar söküləcək – Sakinlərə 500 AZN kirayə pulu və mənzillər veriləcək

    Bakıda daha bir ərazidə binaların söküntüsünə başlanılacaq.

    Median.Az Baku.ws-ə istinadən bildirir ki, paytaxtın Nizami rayonu, “Qara Qarayev” metro stansiyasının ətrafındakı qəzalı vəziyyətdə olan ikimərtəbəli binalar da plana düşüb.

    Həyata keçiriləcək pilot layihə nəticəsində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan binalar söküldükdən sonra yerində hündürmərtəbəli binaların inşa olunacaq.

    Artıq tikinti işlərini aparan şirkət rəsmiləri sakinlərlə danışıqlara başlayıb. Uzun illər ikimərtəbəli binalarda yaşayan vətəndaşlara yeni tikiləcək binalardan mənzillər təklif olunur. Yeni inşa olunacaq binalardan mənzil almaq istəyən vətəndaşlar əvvəlki evlərindən 20 kvadratmetr əlavə mənzilə sahib olacaqlar.

    İnşaat işləri getdiyi müddətdə isə sakinlər kirayə pulları ilə təmin ediləcəklər. Evlərinin kavdratından asılı olaraq sakinlər 400-500 manat arasında kirayə pulu alacaqlar.

    Qeyd edək ki, tikinti işlərinə ikimərtəbəli binalarda yaşayan sakinlərin hər biri ilə razılaşma əldə olunduqdan sonra başlanılacaq. Digər rayonlarda bəzi vətəndaşların həddən artıq kompensasiya tələbi tikinti işlərinin yarıda qalması ilə nəticələnb. Buna görə, pilot layihənn icra edilməsi üçün 100 faiz sakinlərlə razılıq əldə olunması gərəkdir.

  • Bakıda kişi meyiti tapılıb

    Bakıda kişi meyiti tapılıb.

    APA xəbər verir ki, ötən gün Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən beşmərtəbəli binanın qarşısında naməlum kişi meyiti tapılıb.

    Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

    Faktla bağlı araşdırma aparılır.

  • В TƏBİB прокомментировали смерть ребенка от кори

    Жительница села Веравул Лянкяранского района Xадиджа Гурбанлы (2018 г.р.) в 23:35 поступила в приемное отделение Центральной районной больницы с диагнозом “острая дыхательная недостаточность, неуточненные судороги”.

    Об этом сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Было отмечено, что по причине тяжелого состояния девочка была помещена в реанимационное отделение. Однако, несмотря на усилия врачей, спасти ребенка не удалось. Смерть наступила в 23:55.

    Отметим, что у девочки была врожденная квадриплегия (полный паралич всех четырех конечностей – ред.) и спастическая тетраплегия (одна из форм церебрального паралича, при котором поражаются одновременно нижние и верхние конечности – ред.).

  • Qızılcadan öldüyü deyilən azyaşlı ilə bağlı RƏSMİ AÇIQLAMA

    05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35-də “Kəskin tənəffüs çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Saat 23:55-də ölüm faktı qeydə alınıb.

    Qeyd edək ki, xəstədə anadangəlmə kvadroplegiya, spastik tetraplegiya diaqnozları olub.

  • Azərbaycanda bir neçə bələdiyyə sədrinə cinayət işi açılıb – SİYAHI

    Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

    “Report”un məlumata görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.

    Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.

    Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49,7 hektar torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104 370 manat maddi ziyan vurması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

    Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bələdiyyə büdcəsinə 124 320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

    Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin aynıması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

    Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanıb.

    Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanıb.

    Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindən 45 000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0,10 ha torpaq sahəsinin satılması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, 308. 1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb.

  • Президент Ильхам Алиев посетил памятник великому лидеру Гейдару Алиеву в Анкаре – ФОТО

    19 февраля Президент Азербайджанской Республики Ильхам Алиев посетил памятник великому лидеру в Парке Гейдара Алиева в Анкаре (Турция).

    Об этом сообщает АЗЕРТАДЖ.