Month: March 2024

  • İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub – YENİLƏNİB (FOTO)

    Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlətimizin başçısına məlumat verib.

    Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensialı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.

    Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.

    Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.

    Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.

    Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

    Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər bundan sonra da davam etdiriləcək.

    Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq.

    * * * * *

    Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

    Bu barədə President.az xəbər verir.











  • В Азербайджане военнослужащим предоставлены новые квартиры

    В учебно-тренировочном центре азербайджанской армии военнослужащим, прошедшим безупречную службу в Вооруженных силах, состоялась церемония вручения ключей от новых квартир.

    Как сообщает Report, в мероприятии приняли участие начальник юридического управления Министерства обороны, председатель комиссии по предоставлению постоянного жилья полковник Эльчин Алиев, начальник пресс-службы полковник Анар Эйвазов и другие должностные лица.

    “Военнослужащим предоставляется постоянное жилье за счет государства. В прошлом году военнослужащим были предоставлены 473 квартиры. Они были распределены между ними путем жеребьевки. В этом году по поручению Президента Ильхама Алиева в преддверии праздника Новруз вручаются ключи от этих квартир. От имени руководства и личного состава азербайджанской армии выражаем благодарность главе государства. Мы всегда чувствуем его заботу”, – подчеркнул Э.Алиев.

  • Hərbçilərə yeni mənzillər verilib

    Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrdə qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillər təqdim edilib.

    “Report” xəbər verir ki, təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.

    “Hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində həmin mənzillərin açarları təqdim olunur. Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss edirik”, – polkovnik Elçin Əliyev deyib.

  • 23-летняя жительница Гаджигабульского района скончалась от острой дыхательной недостаточности

    В Гаджигабульском районе 23-летняя девушка умерла от острой дыхательной недостаточности.

    Как сообщает АПА, жительница села Атбулаг Ханымназ Ахмедова (2001 г.р.) скончалась по дороге в больницу.

    Тело девушки направлено на экспертизу.

    По данному факту в прокуратуре Гаджигабульского района ведется расследование.

  • Hacıqabulda gənc qız kəskin tənəffüs çatışmazlığından ölüb

    Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

    APA xəbər verir ki, rayonun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Xanımnaz Ceyhun qızı Əhmədova ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

    Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

    Faktla bağlı Hacıqabul Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Задержан житель Лянкярана, купивший наркотики через TikTok – ФОТО

    В Лянкяране задержан местный житель, который приобрел наркотик через TikTok.

    Об этом сообщили в региональной группе пресс-службы МВД.

    Сотрудники Лиманского отделения Лянкяранского райотдела полиции (РОП) задержали Магеррама Рустамли, подозреваемого в незаконном обороте наркотиков.

    При обыске в его автомобиле было обнаружено 6 кг марихуаны. Выяснилось, что М.Рустамли приобрел наркотик с целью сбыта у гражданина Ирана, с которым познакомился на платформе TikTok.

    Кроме того, в ходе операций, проведенных сотрудниками Лянкяранского РОП в прошлом месяце, по подозрению в незаконном обороте наркотических средств были задержаны 35 человек.

    По всем указанным фактам ведется расследование.


  • “TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb – FOTO

    “TikTok”da tanış olduğu şəxsdən narkotik vasitə alan Lənkəran sakini saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhərrəm Rüstəmli saxlanılıb.

    Onun avtomobilinə baxış zamanı altı kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki “TikTok” platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.

    Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 35 nəfər saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.


  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Апрельские фьючерсы на марку WTI подешевели на 0,27% – до 81,04 доллара за баррель, а майские на Brent – на 0,09%, до 85,34 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,27% ucuzlaşaraq bir barelinin qiyməti 81,04 ABŞ dolları olub.

    “Brent” markalı neftin may füçersləri isə 0,09% ucuzlaşaraq bir barelinin qiyməti 85,34 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Пожар в Гяндже: пострадал пожилой мужчина

    В Гяндже, в доме на улице Чарыгчылар, произошел пожар.

    На место происшествия немедленно прибыли подразделения Государственной службы пожарной охраны МЧС.

    Огонь удалось локализовать и потушить, не допустив его распространения на соседние здания.

    Во время возгорания хозяин дома, 79-летний Фазиль Кязымов, получил ожоги различной степени тяжести. Пострадавший был госпитализирован, его состояние оценивается как удовлетворительное.

    По данному факту ведется расследование.
    //oxu.az