Month: March 2024

  • Azərbaycanda professor müdafiə zamanı vəfat etdi

    Professor Bəhram Əliyev qəfil dünyasını dəyişib.

    Bu barədə sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov məlumat yayıb.

    O bildirib ki, hadisə martın 15-də adıçəkilən institutda müdafiə zamanı baş verib.

    Qeyd edək ki, mərhum professor 1952-ci ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. 2016-cı ildən indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışırdı. Bəhram Əliyev 2018-ci ilin oktyabr ayından həmin kafedranın professoru olub. Eyni zamanda, 2006-cı ildən indiyədək AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda əvəzçiliklə baş elmi işçi vəzifəsində çalışıb.

  • Джозеф Байден поздравил Ильхама Алиева

    Президент Соединенных Штатов Америки (США) Джозеф Байден направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо по случаю праздника Новруз.

    Об этом сообщает President.az.

    “Уважаемый господин Президент.

    От имени народа Соединенных Штатов Америки передаю наилучшие пожелания Вам и народу Азербайджана, желаю мирного, благополучного и радостного праздника Новруз.

    В то время, когда мы отмечаем период обновления и размышлений, Соединенные Штаты Америки еще раз подтверждают свою неизменную приверженность партнерству между нашими странами и достижению прочного и достойного мира между Азербайджаном и Арменией, который будет способствовать безопасности в регионе для будущих поколений. В течение этого года желаю работать вместе с Вами для продвижения региональных связей и расширения экономического развития.

    С праздником Новруз!” – говорится в послании.

  • Cozef Bayden İlham Əliyevi təbrik edib

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident, Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm.

    Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün sizinlə birgə çalışmağı arzu edirəm.

    Novruz bayramınız mübarək!”

  • Полиция провела серию операций в Гаджигабульском районе: есть задержанные – ФОТО

    В ходе проведенных сотрудниками Гаджигабульского районного отдела полиции (РОП) оперативных мероприятий на территории района был задержан житель города Баку Натиг Бахшиев.

    Об этом сообщили в ширванской региональной группе пресс-службы МВД.

    При личном досмотре у него были обнаружены героин, опиум и марихуана общим весом 1 кг.

    В ходе других оперативных мероприятий были задержаны жители села Навахы Мушфиг Гезалов и Мухаммед Алиев. У обоих были обнаружены героин, метамфетамин и марихуана, которые они приобрели с целью дальнейшей продажи.

    За последний месяц сотрудниками Гаджигабульского РОП был задержан 21 подозреваемый в совершении указанных преступных действий, у них изъято около 3 кг различных видов наркотических средств.

    Помимо этого, во время мероприятий, проводимых по выявлению и привлечению к ответственности лиц, незаконно хранящих огнестрельное оружие и боеприпасы, был задержан местный житель Шамсаддин Гасымов. У него были обнаружены и изъяты одна ручная граната Ф-1 и пять патронов.

    В связи с указанными фактами продолжается расследование.

  • Hacıqabulda polisdən silsilə əməliyyatlar: Saxlanılanlar var – FOTO

    Hacıqabulda polis silsilə əməliyyatlar keçirib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini Baxşıyev Natiq rayon ərazisində saxlanılıb.

    Onun üzərinə baxış zamanı çəkisi 1 kiloqram olan heroin, tiryək və marixuana aşkar edilib.

    N.Baxşıyev sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri pul müqabilində qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

    Digər əməliyyat tədbirləri zamanı Navahı kənd sakinləri Gözəlov Müşfiq və Əliyev Məhəmməd də saxlanılıblar. Hər iki şəxsdən satış məqsədilə əldə etdikləri heroin, metamfetamin və marixuana aşkarlanıb.

    Şöbə əməkdaşları tərəfindən son bir ay ərzində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən 21 nəfər saxlanılıb, onlardan 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülüb.

    Bundan başqa, RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq silah-sursat saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində keçirilən tədbirlər zamanı rayon sakini Şəmsəddin Qasımov da saxlanılıb. Sonuncudan bir ədəd “F-1” əl qumbarası və beş ədəd patron aşkarlanaraq götürülüb.

    Qeyd edilən faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

  • Xankəndi şəhərində xeyli silah-sursat tapılıb

    Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Сменился руководитель Baku Crystal Hall

    Эльчин Мамедов назначен генеральным директором ООО Baku Crystal Hall при Министерстве молодежи и спорта.

    На данном посту он сменил Мурада Рагимова.

    Отметим, что постановлением Кабинета министров от 7 ноября 2023 года Baku Crystal Hall был передан в подчинение Министерства молодежи и спорта.

    Baku Crystal Hall был зарегистрирован в 2012 году. Его уставный капитал составляет 100 манатов.

  • “Bakı Kristal Zalı”nın rəhbəri dəyişib

    Elçin Məmmədov Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-nin baş direktoru təyin edilib.

    O bu vəzifədə Murad Rəhimovu əvəz edib.

    Qeyd edək ki, Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

    “Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır.

  • Van Ven: “Azərbaycan Çinin etibarlı tərəfdaşıdır”

    Azərbaycan Çinin etibarlı iqtisadi tərəfdaşıdır”.

    “Report” xəbər verir ki, bunu Çinin Jenmin Universitetinin Çunyan Maliyyə Araşdırmaları İnstitutunun icraçı dekanı Van Ven XI Qlobal Bakı Forumunun panel müzakirəsində deyib.

    Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlıq nümunəvidir: “Biz Azərbaycanı etibarlı tərəfdaş hesab edirik və əməkdaşlığımızın genişləndirilməsinə ümid edirik”.

  • Baş nazir azad edilən ərazilərdəki əsas prioritetlərdən danışdı

    “Azad olunmuş ərazilərin bərpası, müdafiə və milli təhlükəsizlik əsas prioritetlərdir”.

    Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, ötən il deputatlar tərəfindən qaldırılmış məsələlərin bir hissəsi həllini tapıb, bir hissəsinin həllinə başlanılıb və işlər davam edir: “Yerdə qalan işlər də mərhələlərlə görüləcək. Məsələn, qəzalı binalar Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi arayışı ilə üç kateqoriyaya bölünüb və ən çətin vəziyyətdə olanlar birinci mərhələdə həll olunur. Sumqayıtda və Mingəçevirdəki ən çox qəzalı vəziyyətdə olan yataqxanaların sakinləri artıq köçürülüb. Yeni yataqxanaların tikilməsi də planda var”.

    Baş nazir deyib ki, bütövlükdə ölkə üzrə 660 məktəbin təmirinə ehtiyac var: “Onlar da Elm və Təhsil, həmçinin Fövqəladə Hallar nazirlikləri ilə müzakirə olunaraq mərhələlərlə həll olunacaq. Eyni mərhələli yanaşma bütün infrastruktur məsələlərinə-qazlaşdırma, elektrik təminatı, yol və s. də aiddir. Mən söz vermirəm ki, deputatların qaldırdıqları bütün məsələlərin hamısı bir ildə həll olunacaq. Ancaq bütün burada qaldırılan məsələlər hökumətin gündəlik fəaliyyətinin predmetidir və mərhələlərlə ən zəruri işlər önə çəkilməklə görülür.

    “Quru sərhədlərin bağlanması ilə ÜDM-in səviyyəsini əlaqələndirməyə gəldikdə isə faktlar göstərir ki, onlar arasında birbaşa əlaqə yoxdur. Məsələn, quru sərhədlər 2020-ci ilin 1ci rübündə bağlanıb. Amma, 2021-ci ildə ÜDM-in artımı 5.6%, 2022-ci ildə isə 4.6 % olub. Azərbaycanda 2023-cü ildə ÜDM-in artımının 1.1% olması ilə bağlı deyə bilərəm ki, BVF-nin qiymətləndirməsinə görə 2023-cü ildə avrozonada ÜDM-in artımı 0.5-0.6%-dir. 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə artım tempi 1.6% olub. Dünya Bankının proqnozuna görə Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir. BMT isə 2.6-2.8% proqnozlaşdırır. Dünya üzrə isə 2024-25-ci illərdə orta artım proqnozu 2.6%-dir. Avrozona üzrə isə bu göstərici 1.2%-dir. Göründüyü kimi Azərbaycan dünya üzrə orta tempdən geri qalmır. Hazırda neft hasilatının enmə dövrünün sabitləşdirilməsi üzərində iş gedir”, – Ə.Əsədov qeyd edib.

    Baş nazir vurğulayıb ki, Azərbaycan azad olunmuş əraziləri öz gücünə bərpa edir.