Month: March 2024

  • Президент Украины уволил посла в Молдове

    Президент Украины Владимир Зеленский уволил Марка Шевченко с должности посла страны в Молдове. Соответствующий указ опубликован на сайте главы украинского государства.

    Причины увольнения не приводятся. Указ о назначении нового посла в Молдове пока не опубликован.

    Шевченко занимал эту должность с 2019 года.

    Источник: ТАСС

  • Ukrayna prezidenti Moldovadakı səfirini işdən çıxarıb

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Moldovadakı səfiri Mark Şevçenkonu tutduğu vəzifədən azad edib.

    Müvafiq fərman Ukrayna dövlət başçısının saytında dərc olunub.

    “Mark Aleksandroviç Şevçenko Ukraynanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin”, – deyə sənəddə qeyd olunub.

    Səfirin işdən çıxarılma səbəbləri açıqlanmayıb. Moldovaya yeni səfirin təyin edilməsi ilə bağlı fərman hələ dərc olunmayıb.

    Xatırladaq ki, Şevçenko 2019-cu ildən bəri bu vəzifəni tuturdu.

    Mənbə: TASS

  • Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb

    Sumqayıtda zavodda ölüm hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma Zavodunda qeydə alınıb.

    Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin iş zamanı başına boru düşüb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Таджикистане 9 человек задержаны по подозрению в теракте в “Крокусе”

    В Таджикистане задержали 9 человек по подозрению в возможной связи с исполнителями теракта в “Крокус Сити Холле”.

    Об этом заявили в таджикских спецслужбах.

    “Девять человек задержаны в Таджикистане по подозрению в возможной связи с исполнителями теракта в “Крокусе”, – говорится в сообщении.

    Ранее сообщалось, что третий фигурант уголовного дела о теракте в “Крокус Сити Холле” Алишер Касимов подал апелляцию против своего ареста. Известно, что он сдавал квартиру исполнителям теракта.

    Источник: ura.news

  • “Сroсus” terroru ilə əlaqədar Tacikistanda doqquz nəfər saxlanılıb

    Tacikistanın xüsusi xidmət orqanları Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktını törətməkdə şübhəli bilinən şəxslərlə əlaqəsi olduğunu güman etdiyi doqquz nəfəri saxlayıb.

    Bu barədə “RİA Novosti” öz mənbəsinə istinadən məlumat yayıb.

    Bildirilir ki, şübhəlilər Düşənbə ətrafında yaşayıblar.

    Əlavə təfərrüat açıqlanmır.

    Xatırladaq ki, martın 22-də Krasnoqorskda yerləşən “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.

    Martın 24-dən 26-na kimi məhkəmə “Krokus” terror aktı işi üzrə səkkiz müttəhimi həbsə göndərib. Onların arasında terror aktını törədən dörd nəfər – Dalercon Mirzoyev, Saidakram Racabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzov var. Həmçinin, terrorçulara mənzil və avtomobil verən İsrail İslamov və onun iki oğlu istintaq təcridxanasındadırlar, yaraqlılara mənzil kirayə verən Əlişir Kasımov isə həbs edilib.

    Bundan əvvəl Moskva İctimai Monitorinq Komitəsi məhkəmə tərəfindən təqsirli bilindikdən sonra terrorçuları nə dərəcədə ağır həbs şəraiti gözlədiyini açıqlamışdı.

  • Tovuzda kişini cərəyan vuraraq öldürüb

    Tovuzda kişini cərəyan vuraraq öldürüb.

    Hadisə rayonunun Papaqçılar kəndində baş verib.

    Belə ki, 1984-cü il təvəllüdlü Nemət Abbasov kənd ərazisindəki transformatora yaxınlaşaraq müdaxilə edən zaman cərəyan vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı artdı

    “Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı artıb.

    Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko məlumat verib.

    “Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir pasiyent xəstəxanada dünyasını dəyişib. Həkimlər onun həyatı üçün mübarizə aparıblar və əllərindən gələni ediblər”, – deyə o, bildirib.

    Beləliklə, ölənlərin sayı 144 nəfərə çatıb.

  • Rusiyalı polkovnik “Crocus”da arvadını və oğlunu xilas edərkən həlak olub

    Moskva vilayətində “Crocus City Hall” konsert zalında baş verən terror aktında həlak olanlardan biri də Tolyattidən gələn polkovnikdir. Timur Myasnikov arvadını və oğlunu xilas etsə də, özü həlak olub.

    Məlumata görə, Ukraynada döyüşlərdə iştirak edən yüksəkrütbəli zabit Moskvada məzuniyyətdə olub. O bu fürsətdən istifadə edərək həyat yoldaşı və oğlu ilə birlikdə konsertə getməyə qərar verib.

    Terror zamanı o, ailə üzvlərini təhlükəsiz yerə itələməyə nail olub, ancaq özü güllə yağışına tutulub.

    Həkimlər bir neçə gün onun həyatı üçün mübarizə aparsalar da, zabiti xilas etmək mümkün olmayıb.

    Myasnikov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının xüsusi təyinatlı briqadasında xidmət edib.

    Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 382 nəfər yaralanıb, 143 nəfər həlak olub. Terrorçular həbs olunublar.

    Bundan əvvəl Moskva İctimai Monitorinq Komitəsi məhkəmə tərəfindən təqsirli bilindikdən sonra terrorçuları nə dərəcədə ağır həbs şəraiti gözlədiyini açıqlamışdı.

  • Bakıda məhkum həbsdə ölüb

    Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş

    Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli ötən gün Kiyevdə qəfil ürək çatışmazlığından vəfat edib. Həmkarımız Ukraynanın cəbhə bölgələrindən “Amerikanın səsi” radiosu üçün reportajlar hazırlayırdı.

    Jurnalistin dünyasını dəyişməsi onu tanıyanların təəccübünə səbəb olub. Çünki İ.Camalbəyli təxminən altı ay öncə – 2023-cü ilin sentyabrında açıq ürək əməliyyatı olunmuş, dörd damarı dəyişdirilmişdi.

    Mərhumla dostluq edən “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini, Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu Modern.az-a bildirib ki, həkimlər İ.Camalbəyliyə məsləhət görmüşdülər ki, ürək əməliyyatından sonra sağlamlıq durumunu nəzarətdə saxlasın:

    “Təəssüf ki, dostumuz özünə baxmır, səhhətinə diqqət etmirdi. Biz də buna görə dəfələrlə onu məzəmmət etmişdik, deyirdik ki, özünü qorusun, çünki ürək damarlarına əvvəlcə stent qoyulmuş, sonra da açıq əməliyyat edilmişdi. Ona sürətli hərəkət, futbol oynamaq, siqaret çəkmək olmazdı. Amma İdrak nə futbol oynamağından qalırdı, nə də siqareti tərgitmişdi. Axırı da belə… Elə dünən futbol oynayan zaman – stadionda ürək çatışmazlığından vəfat edib. Bu itki İdrakı tanıyanların hamısını çox sarsıtdı”.

    Anar Natiqoğlu bildirib ki, hazırda mərhumun cənazəsinin Vətənə yola salınması üçün sənədləşdirmə işləri aparılır:

    “Səfirlik və diaspor təşkilatları bu işlərlə məşğul olurlar. Yəqin ki, yaxın iki gün ərzində onun cənazəsi Bakıya göndəriləcək”.

    Qeyd edək ki, İdrak Camalbəyli iki uşaq atası olub. Onun ailəsi Bakıda yaşayır.

    1976-cı il təvəllüdlü İ.Camalbəyli 2003-cü ildən jurnalistika ilə məşğul olub. O, “Bakı xəbər” və “Ölkə” qəzetlərində, ANSPress.com və Missiya.az informasiya portallarında çalışıb.

    Son illər yaşadığı Ukraynada müharibə başlayandan sonra Azərbaycan və xarici media orqanları üçün xəbərlər hazırlayıb, “Amerikanın səsi” radiosu ilə əməkdaşlıq edib.