Month: March 2024

  • Иран назначил нового посла в Азербайджан – ФОТО

    Иран назначил нового посла в Азербайджан. Дипломат в ближайшее время прибудет в Баку.

    Об этом сообщило иранское информационное агентство Tasnim со ссылкой на источник в Министерстве иностранных дел Ирана.

    Было отмечено, что дипломатическая миссия Сеида Аббаса Мусави, занимавшего пост посла Ирана в Баку с 2020 года, завершена.

  • İran Azərbaycana yeni səfir təyin edib – FOTO

    İran Azərbaycana yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək.

    Bu barədə İranın “Təsnim” xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

    Qeyd olunub ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

  • Qazaxıstan səfiri Alim Bayel: “Türk Dünyasında yeni dövr başlayır” – VİDEO

    Baku TV-də yayımlanan “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib.

    Verilişin budəfəki sayının qonağı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel olub.

    Diplomat iki ölkə arasındakı münasibətlərdən danışıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əməkdaşlığımızın inkişafına təsiri, Qazaxıstan şirkətlərinin Qarabağın bərpasında hansı rolunun ola biləcəyi kimi mövzular müzakirə olunub.

    Ətraflı süjetdə:

  • Rusiya Moldova səfirliyinin işçisini “persona non qrata” elan etdi

    Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

    Səfirə rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz ifadə edilib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

    “Moldova diplomatik missiyasının rəhbərinə martın 19-da Moldova tərəfinin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etməsi, habelə Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mayın 14-17-də Kişinyovda keçiriləcək Avropa üzrə regional konfransının 34-cü sessiyasında iştirak üçün Moldovaya girişinə qadağa qoyulmasına dair əsassız qərarı ilə bağlı kəskin etiraz bildirilib”, – deyə diplomatik qurumdan məlumat verilib.

    “Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan edir”, – deyə Rusiya XİN-dən qeyd edilib.

    Mənbə: TASS

  • Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

    Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

    Sonuncu dövrənin ilk oyunu Qəbələdə keçirilib.

    Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. Çempionatın aşkar autsayderi növbəti dəfə meydanı məğlub tərk edib.

    Rəqibi üzərində 1:0 hesablı qələbə qazanan “Neftçi” xallarının sayını 43-ə çatdıraraq, turnir cədvəlində ikinci pilləyə yüksəlib. Qarşılaşmada yeganə qola 42-ci dəqiqədə Kilan Lebon imza atıb.

    Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.

  • Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir

    Böyük Britaniya Silahlı Qüvvələrinin üzvlərinə saqqal saxlamağa icazə veriləcək.

    Britaniya ordusunun əsgər və zabitləri bunu 100 ildən artıqdır ki, saqqal qadağası aradan qaldırıldıqdan sonra edə biləcəklər.

    Müvafiq icazə Böyük Britaniyanın yüksəkrütbəli hərbi məmurları tərəfindən təklif edilən qanun layihəsi Kral III Çarlz tərəfindən təsdiqləndikdən sonra tətbiq edilib.

    Britaniya ordusunun rəisi general Patrik Sanders bildirib ki, aktiv və ehtiyatda olan əsgərlər arasında aparılan sorğunun nəticələri hərbçilərin böyük əksəriyyətinin saqqal qadağasının müasir dövrə uyğun olmadığını göstərməsindən sonra hərbi siyasətə yenidən baxılmalıdır.

    Yeni qanuna əsasən, yalnız tam saqqala (bığ da daxil olmaqla), səliqəli saqqala icazə verilir və onun uzunluğu 2,5 sm-dən çox olmamalıdır.

    Mənbə: iz.ru

  • İngiltərə klubunun sabiq futbolçusu ömürlük həbs oluna bilər

    İngiltərənin “Everton” klubunun sabiq futbolçusu Li Te ömürlük həbs oluna bilər.

    Çinin Syanninq şəhərinin Xalq Məhkəməsinin iclasında Çin millisinin sabiq baş məşqçisi Li Tenin işi üzrə məhkəmə prosesi keçirilib.

    Ona qarşı rüşvət almaq və ötürmək ittihamı irəli sürülüb. O, Çin milli komandasına oyunçu çağırmaq, danışılmış oyunlar və futbolçu transferlərinin təşkilinə kömək etmək üçün 50 milyon yuandan çox (bugünkü məzənnə ilə təxminən 6,5 milyon avro) pul almaqda ittiham olunur.

    Bundan əlavə, o, milli komandanın baş məşqçisi vəzifəsini əldə etmək üçün 1 milyon yuan rüşvət verməkdə ittiham olunur.

    Bu həftə Çin Futbol Assosiasiyasının keçmiş prezidenti Çen Syuyan rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edilib.

    ///report

  • В летнем расписании AZAL представлено более 50 городов мира

    С 31 марта Национальный авиаперевозчик Азербайджана AZAL переходит на летнее сезонное расписание. Оно будет действовать до 26 октября. В летнем расписании авиакомпания представила более 50 городов мира, предлагая широкий выбор направлений для путешествий.

    Об этом сообщает пресс-служба ЗАО Azerbaijan Airlines.

    С апреля по октябрь рейсами авиакомпании можно отправиться в различные уголки мира, включая такие города Азии, как Дубай, Тбилиси, Актау, Алматы, Астана, Батуми, Даммам, Джидда, Исламабад, Карачи, Лахор, Медина, Мумбай, Нью-Дели, Пекин, Ташкент, Тель-Авив, Ургенч и Эр-Рияд.

    Также в рамках летнего расписания доступны различные направления авиакомпании в Турции:

    – Стамбул: ежедневно по 4 рейса в день;

    – Анкара: ежедневно по 1 рейсу в день;

    – Анталья: по 3 раза в неделю с апреля по май, летом рейсы будут выполняться ежедневно;

    – Бодрум: с конца июня по первую неделю сентября ежедневно;

    – Даламан: 4 раза в неделю;

    – Измир: с апреля по середину июня по три раза в неделю, с конца июня по первую неделю сентября ежедневно;

    – Трабзон: с апреля по май по три рейса в неделю, в летние месяцы добавится еще одна частота.

    Помимо этого, AZAL предлагает широкий выбор направлений в Европу, куда можно отправиться в путешествие. Рейсами авиакомпании можно полететь в Барселону, Берлин, Вену, Кишинев, Тиват, Лондон, Милан, Париж или Прагу и насладиться красотами этих городов.

    Также доступны рейсы в различные города России, включая Москву, Астрахань, Волгоград, Екатеринбург, Казань, Махачкалу, Минеральные Воды, Новосибирск, Самару, Санкт-Петербург, Сочи и Уфу.

    В рамках летнего расписания авиакомпания будет выполнять ежедневные рейсы в следующие города: Нахчыван, Дубай, Актау, Тель-Авив, Анкару, Москву, Тбилиси, в летние месяцы в Измир, Бодрум, Анталью.

    Для выбора оптимального времени полета и приобретения билетов по более выгодной цене авиакомпания рекомендует планировать свои путешествия заранее.

  • AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

    Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahət üçün geniş istiqamət seçimi təklif edərək dünyanın 50-dən çox şəhərinə uçuşlar həyata keçirəcək.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

    Aprel-oktyabr aylarında AZAL ilə dünyanın müxtəlif yerlərinə, o cümlədən Dubay, Tbilisi, Aktau, Almatı, Astana, Batumi, Dammam, Ciddə, İslamabad, Kəraçi, Lahor, Mədinə, Mumbay, Nyu-Dehli, Pekin, Daşkənd, Təl-Əviv, Ürgənç və Ər-Riyad kimi Asiya şəhərlərinə səyahət etmək mümkündür.

    Aviaşirkətin yay cədvəlində Türkiyənin bir sıra istiqamətləri təqdim olunub:

    İstanbul: gündə 4 reys;

    Ankara: gündə 1 reys;

    Antalya: aprel-may aylarında uçuşlar həftədə 3 dəfə, yay aylarında isə hər gün həyata keçiriləcək;

    Bodrum: iyun ayının sonundan sentyabr ayının ilk həftəsinə qədər reyslər hər gün yerinə yetiriləcək;

    Dalaman: həftədə 4 reys;

    İzmir: apreldən iyunun ortalarına qədər reyslər həftədə 3 dəfə, iyunun sonundan sentyabrın ilk həftəsinə qədər hər gün həyata keçiriləcək;

    Trabzon: aprel-may aylarında həftədə 3 reys, yay aylarında isə daha bir tezlik əlavə olunacaq.

    Bundan əlavə, AZAL Avropaya səyahət etmək istəyənlərə müxtəlif seçim imkanları təqdim edir. Aviaşirkətin reysləri ilə Barselona, Berlin, Vyana, Kişineu, Tivat, London, Milan, Paris və ya Praqaya səfər edərək bu şəhərlərin gözəlliyindən zövq almaq olar.

    Rusiyanın bir sıra şəhərlərinə, o cümlədən Moskva, Həştərxan, Volqoqrad, Yekaterinburq, Kazan, Mahaçqala, Mineralnıye Vodı, Novosibirsk, Samara, Sankt-Peterburq, Soçi və Ufaya reyslər mövcuddur.

    Yay cədvəli çərçivəsində aviaşirkət Naxçıvan, Dubay, Aktau, Tel-Əviv, Ankara, Moskva, Tbilisi, yay aylarında isə İzmir, Bodrum, Antalya şəhərlərinə gündəlik uçuşlar yerinə yetirəcək.

    Ən uyğun uçuş vaxtını seçmək və aviabiletləri daha sərfəli qiymətlərlə əldə etmək üçün AZAL sərnişinlərə səyahətləri əvvəlcədən planlaşdırmağı tövsiyə edir.

  • Kafe əxlaqsızlıq yuvası imiş – Sahibi cəzalandırıldı

    Bərdə şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.

    “Qafqazinfo” xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyən edilib.

    Faktla bağlı kafenin sahibi, 1966-cı il təvəllüdlü Vüqar Balayev (şərti) barəsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. O, ifadəsində bildirib ki, sahibi olduğu kafeni başqa bir şəxsə aylıq 800 manata icarəyə verib. Həmin qadınlardan gündəlik 10-15 manat yerpulu aldığını deyən şəxs törətdiyi əməli etiraf edib.

    Cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə kafe sahibinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzası verilib.