Month: March 2024

  • Пытавшегося покончить с собой 41-летнего мужчину ранили во время спасения

    В городе Мингячевир зафиксирована попытка суицида.

    Как сообщает Report, 41-летний местный житель Н.Микаилов хотел повеситься в своей квартире.

    В это время один из его близких, старавшийся перерезать ножом веревку, по неосторожности нанес мужчине ранение.

    Пострадавший был доставлен в больницу. Пока неизвестно, почему он хотел покончить с собой.

    По данному факту проводится расследование.

  • Mingəçevirdə intihara cəhd edən şəxs xilas olunan zaman bıçaq xəsarəti alıb

    Mingəçevir şəhərində intihara cəhd edən şəxs xilas olunan zaman boğazından bıçaq xəsarəti alıb.

    “Report”un məlumatına görə, mənzillərin birində 41 yaşlı N.Mikayılov özünü asaraq intihar etmək istəyib. Bu zaman yaxınlarından biri onu xilas etmək üçün boğazındakı ipi kəsən zaman ehtiyatsızlıqdan bıçaqla ona xəsarət yetirib.

    Zərərçəkən xəstəxanaya çatdırılıb.

    Onun hansı səbəbdən intihara cəhd etməsi isə məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə kişi borc üstündə həmyerlisini bıçaqladı

    Kürdəmir rayonunda 1981-ci il təvəllüdlü Valeh pul borcu üstündə yaranan münaqişə zamanı həmyerlisi Qorxmazı bıçaqlayıb.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun Yenikənd kəndində baş verib.

    Valeh sərxoş vəziyyətdə kənd ərazisində yerləşən mağazalardan birinə gələrək orada Qorxmazın əvvəldən aldığı ərzaq mallarına görə borclu qaldığı 40 manat pulu ödəmədiyi halda yenidən nisyə spirtli içki araq istəyib.

    Lakin Qorxmaz ona aldığı mallara görə borclu olduğunu və borcu qaytardıqdan sonra araq verə biləcəyini dedikdə israrla öz niyyətinə nail olmaqdan ötrü onu nalayiq söyüşlərlə söyüb.

    Valeh aralarında mübahisə yarandıqdan sonra yaşadığı evə gedib və oradan özünə məxsus təyinatı istintaqa məlum olmayan bir ədəd bıçağı götürməklə yenidən Qorxmaza məxsus mağazaya gəlib.

    O, özündə olan bıçaqla Qorxmazın qarın nahiyyəsindən bir dəfə qəsdən zərbə vurub.

    Hadisəni törədən Valehin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

    O bildirib ki, Kürdəmir rayonunda yaşayır, fəhləliklə məşğuldur:

    “Zərərçəkmiş Qorxmazı həmkəndlim kimi tanıyıram. Qorxmaz Yenikənd kəndində işlətdiyi ərzaq mağazasından alış-veriş etmişəm. Ona 48 manat borcum qalıb. 28 oktyabr 2022-ci ildə fəhlə kimi işləyib 10 manat pul qazandım. Bu pula başqa bir mağazadan araq alıb evdə içdim. Sonra Qorxmazın mağazasına gedərək nisyə araq almaq istədim. Borcum olduğu üçün Qorxmaz mənə araq vermədi. Aramızda mübahisə baş verdi. Qorxmaz məni söydü. Bundan qəzəbləndim. Mən də Qorxmazı söydüm. Hirsim soyumadığından Qorxmazı bıçaqla vurmaq qərarına gəldim. Yaşadığı evə gedib özümə məxsus mətbəx bıçağını götürərək Qorxmazın mağazasına qayıtdım. Qorxmazın qarnından bıçaqla bir neçə dəfə zərbə vurdum. Hadisə yerindən uzaqlaşdım. Bıçağı su kanalına atdım. Təxminən bir saatdan sonra mağazadan bir qədər aralı polis əməkdaşları tərəfindən tutuldum”.

    İş üzrə zərərçəkmiş Qorxmazın sözlərinə görə, Kürdəmir rayonu Yenikənd kəndində ərzaq mağazası işlədir:

    “Həmkəndlim Valeh əvvəllər aldığı ərzaq məhsullarından 40 manat borcu qalıb. Hadisə günü, saat 17 radələrində Valeh mağazaya gələrək məndən nisyə araq istədi. Lakin borcu olduğu üçün ona araq vermədim. Aramızda mübahisə baş verdi. Bir-birimizə nalayiq sözlər dedik. Valeh harasa getdi. Təxminən 10 dəqiqə sonra Valeh mağazaya qayıtdı. Onun arxasınca tanışı Səməndər də mağazaya daxil oldu.

    Valeh piştaxtanın arxasına keçərək mənə yaxınlaşdı və əlindəki bıçaqla qarnımdan bir dəfə vurdu. Hadisə vaxtı yanımızda olan Səməndər Valehə əsəbləşərək ona mane oldu. Valeh mənə ikinci zərbəni vura bilmədi və mağazadan getdi. Sonra mağazaya Amil daxil oldu. Hadisədən sonra arvadı mağazaya gəldi və məni xəstəxanaya apardılar. Orada bir neçə gün stasionar şəraitdə müalicə aldım”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Valeh 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

    O, ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə ondan başqa işləyənin olmamasını nəzərə alıb, barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

    Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

    İş hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən işdə araşdırılıb.

    Apellyasiya şikayətini araşdıran hakimlər heyəti sonda qərar elan edib.

    Qərara görə, Valehin şikayəti qismən təmin edilib. Onun cəzası 6 il 6 aya endirilib.

  • В Баку проходит XI Глобальный Бакинский форум, в нем принимает участие Ильхам Алиев

    В эти минуты в Баку, во дворце “Гюлюстан” проходит XI Глобальный Бакинский форум на тему “Восстановление раздробленного мира”, который организован Международным центром Низами Гянджеви под патронатом Президента Азербайджанской Республики Ильхама Алиева.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии принимает участие глава нашего государства.

    Отметим, что Международный центр Низами Гянджеви стал важной международной платформой, который исследует пути решения глобальных проблем и информирует о них мировую общественность. В результате интерес к мероприятиям, организуемым центром, с каждым годом растет.

    В XI Глобальном Бакинском форуме, посвященном теме “Восстановление раздробленного мира” (Fixing The Fractured World), принимают участие представители многих стран, а также влиятельных международных организаций – в целом свыше 350 гостей из более чем 70 стран мира.

    На форуме, который продлится до 16 марта, пройдут глобальные дискуссии по итогам COP28 и подготовке к COP29, будут рассмотрены факторы, создающие угрозы новому миропорядку, а также вопросы безопасности и перспективы обеспечения мира, построения устойчивости в раздробленном мире, его влияния на глобальный мир, будут обсуждены пути решения стоящих перед человечеством вызовов, затронуты конфликты и мегаугрозы, сотрясающие мир, включая вопросы климата, продовольственной и ядерной безопасности. В то же время состоятся дискуссии о роли военных и экономических союзов в глобальном управлении, региональных перспективах, Европейском союзе и его отношениях с соседями, молодежной политике, путях повышения устойчивости к глобальным вызовам, неравенстве, нехватке природных ресурсов и вопросах миграции, искусственного интеллекта, а также новых парадигмах безопасности в эпоху дронов и кибероружия.

  • Bakıda XI Qlobal Bakı Forumu keçirilir, İlham Əliyev iştirak edir

    Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.

    Bununla bağlı President.az məlumat yayıb.

    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

    Bu dəfə “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

    Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

  • Əri qollarında can verən Nailə Mirməmmədli kimlə küsülü öldü? – VİDEO

    Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

    Verilişin budəfəki sayı Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədliyə həsr olunub.

    Mərhum bəstəkarla bağlı xatirələrini bölüşən Xalq artisti Faiq Ağayev Nailə xanımın doğmalarını itirərkən yaşadığı ağır sarsıntıdan bəhs edib:

    “Nailənin bütün itkiləri gözümün qabağında baş verdi. Oğlu da, həyat yoldaşı da, qardaşı da, anası da öləndə onun dərdlərinin şahidi olmuşam. Oğlu faciəvi şəkildə dənizdə boğulanda ən birinci öyrənənlərdən oldum, meyiti evə gətirilməmişdən əvvəl özümü yanına çatdırmışdım. İlk övladını itirmiş Nailə üstümə atıldı ki, “Ayrılma məndən” oxudun, amma oğlum məndən ayrıldı”.

    Müğənni Elnarə Xəlilova isə onunla son görüşünü xatırlayıb:

    “Axırıncı dəfə 2016-cı ildə görüşdük. Salamlaşdıq, halını soruşdum. Gördüm ki, mənə baxır, amma görmür. Günahımın nə olduğunu bilmədim. Oğlunun toyuna məni çağırmamışdı. Hamı orada idi, mən yox. Amma o toyda birinci mən olmalı idim. Səbəbini soruşa bilmədim, elə də ayrıldıq”.

    Ətraflı süjetdə:

  • Avstriya Rusiyanın iki diplomatını ölkədən çıxarır

    Avstriya Rusiyanın iki diplomatını ölkədən çıxarır, onlar gələn həftənin çərşənbə axşamına qədər ölkəni tərk etməlidirlər.

    Median.Az xəbər verir ki, bu barədə “Press” qəzeti məlumat yayıb.

    “Keçən il Rusiyanın Vyanadakı səfirliyinin əməkdaşlarının ölkədən çıxarılmasından sonra Avstriya Xarici İşlər Nazirliyi həftənin əvvəlində Rusiya səfirliyinin daha iki diplomatına onların diplomatik statuslarına uyğun gəlmədikləri üçün ölkədən çıxarılacaqları barədə məlumat verib”, – nəşr yazıb.

  • “Adidas” 32 ildən sonra ilk dəfə zərərə düşdü

    İdman malları istehsalçısı “Adidas” 2023-cü ilin sonunda xalis itki ilə üzləşib ki, bu da 1992-ci ildən bəri ilk haldır.

    Bu barədə şirkətin 2023-cü il üzrə maliyyə hesabatında deyilir.

    2023-cü ilin sonunda onun xalis zərəri 14 milyon avro, davam edən fəaliyyətlərdən maliyyə itkiləri isə 58 milyon avroya çatıb. Halbuki, bir il əvvəl “Adidas” 638 milyon avro xalis mənfəət açıqlayıb.

    İtkilərin əsas səbəbi “Adidas” ilə amerikalı hip-hop sənətçisi Kanye Vestin “Yeezy” brendi arasında əməkdaşlığın kəsilməsi olub. Şirkətin hesablamalarına görə, brendin məhsullarının qalan hissəsi maya dəyəri ilə satılır.

    2024-cü ildə “Adidas” əməliyyat mənfəətində 500 milyon avro səviyyəsinə çatmağı planlaşdırır. Alman şirkətinin direktorlar şurası itkilərə baxmayaraq, dividend ödənişlərini hər səhm üçün 70 avro sent səviyyəsində saxlamaq niyyətindədir.

    Mənbə: TASS

  • Moldova Rusiyaya qarşı sanksiyaların 80%-nə qoşulub

    Moldova Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əksəriyyətinə qoşulub. Bunu Moldova baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy RTV telekanalına müsahibəsində deyib.

    “Hesablamalarımıza görə, Moldova sanksiyaların təxminən 80%-nə qoşulub”, – Popşoy bildirib.

    Onun sözlərinə görə, bura həm şəxsi məhdudiyyətlər, həm də iqtisadi tədbirlər daxildir.

    Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Moldova rəhbərliyinin Aİ-nin sanksiyalarına qoşulmaq qərarını növbəti düşmən addımı kimi qiymətləndirir.

    Mənbə: TASS

  • Uşağı tək yuxuya getməyə ÖYRƏTMƏYİN YOLLARI

    Yuxu yaddaşın formalaşmasına, beyin strukturlarının sürətli böyüməsinə və yetkinləşməsinə təsir edir, həmçinin yorğunluqdan qurtulmağa və xəstəlik zamanı orqanizmi bərpa etməyə kömək edir. Amma elə olur ki, uşaq yalnız valideynlərinin yanında yatmağa alışır. Nəticədə, körpə böyüdükcə problemlər və narahatlıqlar yarana bilər. Buna görə də uşağınızı vaxtında öz başına yuxuya getməyi öyrətmək vacibdir.

    Median.Az lent.az-a istinadən bildirir ki, bunu sakit və səbirlə etmək lazımdır.

    Eyni zamanda, uşağınızın yalnız valideynlərinin nəzarəti altında yatmaq üçün artıq çox böyük olduğunu daim xatırlatmamalısınız. Mütəxəssislər qeyd edirlər ki, bir neçə qaydaya əməl etsəniz, oğlunuza və ya qızınıza özbaşına yuxuya getməyi öyrədə bilərsiniz. Hər şeydən əvvəl, bir rejim qurmalısınız. Bu o deməkdir ki, siz həmişə eyni vaxtda yatmağa hazır olmalısınız.

    Bundan əlavə, tələsmədən yatmazdan əvvəl gündəlik ritualları müşahidə etmək lazımdır. Təkrarlanan hərəkətlər körpənizi rahat və sağlam yuxuya hazırlaya bilər. Siz həmçinin aktiv oyunları əvvəlcədən bitirməlisiniz, körpənin pijama geyinməsinə icazə verin və dişlərini fırçalayın. Həm də otağı elə hazırlamalısınız ki, heç nə onun diqqətini yayındırmasın. Uşaq yorğun olduqda və yatmaq istədikdə, kaprizli olmağa başlamazdan əvvəl onu dərhal yatağa qoymaq üçün hər şey tamamilə hazır olmalıdır.

    Bundan əlavə, yatmadan bir saat əvvəl televizor və telefonları söndürün. Ancaq uşaq otaqda tək yatmaqdan qorxa bilər. Bu vəziyyətdə səbəbi anlamaq və onu aradan qaldırmaq lazımdır. Çox vaxt pəncərədən gələn işıqdan, kölgələrdən qorxurlar. Körpənin onu nədən qorxutduğunu xüsusi olaraq söylədikdə, oyun formatında “pis yuxular üçün tələ” qura bilərsiniz.

    Mütəxəssislər qeyd edirlər ki, həddindən artıq şiddətdən qaçınmaq və körpənin əlavə stress yaşamaması üçün ultimatumlardan imtina etmək lazımdır.