Month: March 2024

  • Sabirabadda yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib

    Sabirabadda üç gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib.

    Vəziyyəti ağır olan Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Bakı xəstəxanalarından birinə yerləşdirilib.

    Qeyd edək ki, martın 10-da Hacıqabul-Mincivan-Bəhrəmtəpə magistralının rayonun Zalqarağac kəndi ərazisində keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər hadisə yerində ölüb, E.Mustafayev isə ağır yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Cəlilabadda ilk yerüstü piyada keçidinin inşasına başlanılıb

    Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin inşasına başlanılıb.

    Keçid şəhərin Heydər Əliyev prospektində inşa olunur.

    Yerüstü keçid yaxınlığda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilir.

    Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.

  • В Баку и на Абшероне в тестовом режиме будет внедрен стандарт телевещания DVB-T2

    В Баку и на Абшеронском полуострове с 01:00 16 марта в тестовом режиме будет внедрен новый стандарт цифрового телевизионного вещания DVB-T2.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство цифрового развития и транспорта Азербайджана.

    Вещание будет вестись посредством комплекса Бакинской телебашни.

    Целью является переход к более качественному телевизионному вещанию в Азербайджане с учетом тенденции развития и интеграции новых технологий в телевещании в мире.

    Тестовое вещание будет осуществляться в формате HD на 34-м (частота 578 МГц) и 37-м (частота 602 МГц) телевизионных каналах.

    Вещание в стандарте DVB-T в формате SD на 48-м (690 МГц) телевизионном канале также будет продолжаться с учетом нужд населения, чьи приемники не поддерживают стандарт DVB-T2.

  • Bakı və Abşeronda yeni yerüstü sınaq televiziya yayımına başlanılır

    Martın 16-sı, saat 01:00-dan etibarən Bakı Teleqüllə Kompleksi vasitəsilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü sınaq televiziya yayımına başlanılır.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, Azərbaycanda daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.

    Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək.

    Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.

    Buna qədər 2023-cü ilin mayın 15-də saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə 1 saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb.

    Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.

    Sonrakı illərdə bütün ölkə ərazisində bu standart əsasında rəqəmsal televiziya yayımı təmin edilib və 2016-cı ildə analoq televiziya yayımından rəqəmsal televiziya yayımına tam keçid edilib.

    Bildirilir ki, DVB-T ilə müqayisədə təxminən 50 % daha geniş spektrə malik olan DVB-T2 standartının Azərbaycanda tətbiqi gələcəkdə ultra HD və 4K kimi daha yüksəkkeyfiyyətli yerüstü televiziya yayımının həyata keçirilməsinə imkan verəcək.

  • Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik etdi.

    Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

    Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirdi.

    Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olundu, bu xüsusda əməkdaşlıq məsələlərinə toxunuldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulandı. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.

    Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulandı. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edildi.

    Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olundu.

    * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Şahbuzda məktəb direktoru yol verdiyi nöqsana görə işdən çıxarılıb

    Şahbuz rayonunda məktəb direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.

    Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifədən kənarlaşdırılıb.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.

  • Rusiyanın nüvə silahının sayı açıqlanıb

    Rusiyanın malik olduğu nüvə silahının sayı açıqlanıb.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Bildirilib ki, Rusiya dünyada ən böyük nüvə başlıqları ehtiyatına malikdir: “Onların sayı təxminən 5580 ədəddir. Həmin başlıqların 1200-ü istismardan çıxarılıb”.

    Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl nüvə müharibəsinə hazır olduqlarını demişdi.

  • Azərbaycanda vətəndaşlara indiyə qədər 545 milyon manatdan çox ƏDV qaytarılıb

    Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il martın 1-nə istehlakçılara ümumilikdə 1,4 milyarddan çox kassa çeki üzrə 545,2 milyon manat ƏDV məbləği geri qaytarılıb.

    Medan.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bunun 29,6 milyon manatı 2024-cü ilin yanvar-fevral aylarının payına düşüb.

    Alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial portalında indiyədək 2,7 milyondan çox istifadəçi qeydə alınıb.

    Vətəndaşları pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahəsində nağdsız ödəmələr aparmasına stimullaşdıran “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində sözügedən sektorlarda nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.
    //report

  • Число погибших палестинцев в секторе Газа приблизилось к 31,3 тыс. человек

    Число палестинцев, погибших в секторе Газа, приближается к 31,3 тыс. человек.

    Как передает Median.Az со ссылкой на ТАСС, такие данные привело Министерство здравоохранения палестинского анклава в своем телеграм-канале.

    Сообщается, что по меньшей мере 73 024 человека пострадали. Только за последние сутки в анклаве погибли 88 человек, еще 135 получили ранения.

    В заявлении отмечается, что 72% погибших и раненых – женщины и дети. Тела некоторых погибших остаются под завалами и на дорогах анклава, израильские силы не позволяют бригадам скорой помощи и экстренных служб добраться до них.

  • Qəzzada ölən fələstinlilərin sayı 31,3 min nəfərə yaxınlaşıb

    Qəzza zolağında ölən fələstinlilərin sayı 31,3 minə yaxınlaşıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, müharibə nəticəsində indiyədək azı 73 024 nəfər yaralanıb: “Son 24 saat ərzində anklavda 88 nəfər ölüb, 135 nəfər xəsarət alıb”.