Month: March 2024

  • Sabahın hava proqnozu AÇIQLANDI

    14 marta olan hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

  • Martın 17-də 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

    Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək.

    Bu barədə DİM-dən məlumat verilib.

    Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə – 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran – 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq.

    İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

    İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.

    İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.

    İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

    Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

    İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

  • Нахчыванский Международный аэропорт передан в подчинение AZAL

    Нахчыванский Международный аэропорт передан в подчинение ЗАО Azərbaycan Hava Yolları (AZAL).

    Соответствующее постановление принял Кабинет министров.

  • AZAL-ın səlahiyyətləri artırıldı

    “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

    Nazirlər Kabineti bu barədə qərar verib.

  • “Avroviziya 2024”də ölkəmizi təmsil edəcək digər şəxsin adı məlum oldu

    Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) və müğənni İlkin Dövlətov təmsil edəcəklər.

    Bu barədə İlkin Dövlətov sosial media hesabında məlumat verib.

    O, beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini oxuyacaq.

    “Avropa, gözlə, muğam gəlir”, – deyə İlkin bildirib.

    Qeyd edək ki, bu il yarış 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.

  • Nazir Beyləqan və Yevlaxa yeni polis rəisləri təyin etdi

    Beyləqan və Yevlaxa yeni polis rəisləri təyin edilib.

    APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

    Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

    Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi, polis polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

  • Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin edildi

    Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.

    “Report”un əldə etdiyi məlumata əsasən, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə Yasamal Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib.

  • İlham Əliyev bp-nin yeni baş icraçı direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də bp şirkətinin yeni baş icraçı direktoru Mürrey Aukinklosu qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • İki rayona Mühafizə İdarəsinin rəisi təyin edildi

    Bakı şəhəri Xəzər Rayon Mühafizə İdarəsinə rəis təyin edilib.

    APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

    Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə rəisi vəzifəsinə təyin olunub.

  • Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə rayon sakinləri – Balakişi Mirzəyev və Ülvi Əsgərov saxlanılıblar. B.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqrama yaxın marixuana, Ü.Əsgərovdan isə psixotrop maddə metamfetamin aşkar edilib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.