Month: March 2024

  • DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəmə baxışına daxil olub.

    Modern.az-ın məlumatına görə, İon Sekrieru Moldova vətəndaşıdır.

    O, 1975-ci ildə anadan olub. Kiberdələduz ötən ilin sentyabr ayında Azərbaycana ekstradisiya edilib.

    İon Sekrieru Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən Azərbaycana təhvil verilib. Onun təhvil verilməsi prosesi 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq həyata keçirilib.

    Məlumata görə, moldovalı kibercinayətkar və dəstənin xaricdə fəaliyyət göstərən digər üzvləri Azərbaycanda bankların kompüter sistemlərinə elektron məktubla daxil etdikləri ziyanverici proqram vasitəsilə bank şəbəkə subyektlərinin adları, şifrləri və digər açar funksiyalar barədə məlumatları ələ keçirib. Bundan sonra müxtəlif saxta identifikasiya metodlarından istifadə edən dəstə üzvləri ölkəyə gələrək Bakı və Sumqayıt ərazisində quraşdırılmış bankomatlara yaxınlaşıb heç bir kart daxil etmədən və fiziki müdaxilə etmədən internet vasitəsilə kənardan verdikləri komanda nəticəsində bankomatların təqdim etdiyi pul vəsaitlərini götürərək ölkəni tərk ediblər.

    Qeyd edildiyi kimi, onlar Britaniyadan ölkəmizə ekstradisiya edilib. İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç də Azərbaycana gətirilib.

    İon Sekrieru və digər iki şəxs Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq) və 273.4-cü maddələri (kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) üzrə ittiham olunur.

  • Президент Ильхам Алиев принял гендиректора Всемирной организации здравоохранения

    13 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального директора Всемирной организации здравоохранения Тедроса Адханома Гебреисуса.

    Об этом сообщает President.az.

  • İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Nazirliyin balansındakı xidməti avtomobillərin bir hissəsi tabe quruma verilib

    Elm və Təhsil Nazirliyinin xidməti avtomobillərinin bir hissəsi nazirliyə tabe qurumun balansına verilib.

    Bu barədə “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib.

    Dəyişikliyə əsasən, Elm və Təhsil Nazirliyinin ərazi və yerli bölmələr üzrə müəyyən edilmiş 13 xidməti minik avtomobili müvafiq olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) ərazi və yerli bölmələrinə transfer edilib. Beləliklə, əvvəl nazirliyin balansında 23 xidməti minik avtomobili var idisə, hazırda sadəcə aparat üçün nəzərdə tutulmuş 10 avtomobil qalır.

    Bundan başqa MÜTDA-nın aparatı üçün 3, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin aparatı üçün 4 xidməti minik avtomobili verilib. Həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə artırılıb.

    Qeyd edək ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanına əsasən nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.

  • Sabiq prorektor vəfat etdi

    Tanınmış alim, filologiya elmləri doktoru, professor Aydın Ələkbərov vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, o, 93 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, Aydın Ələkbərov uzun illər AMEA-nın Dilçilik İnstitutunda elmi işçi, elmi katib, böyük vә baş elmi işçi, eləcə də şöbә müdiri vəzifələrində işləyib.

    O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) prorektor, kafedra müdiri vәzifәlәrindә çalışıb.

  • Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir

    Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir.

    Median.Az report-a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov çıxış edib.

    O bildirib ki, dünya praktikasında olduğu kimi, Azərbaycanda da 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilsin.

  • Kişilərin pensiyaya tez çıxması ilə bağlı TƏKLİF

    Yoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxa bilər.

    “Report”un xəbərinə görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb.

    Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanına bilər.

    Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65-dir.

  • QMİ rəsmisindən ETİRAZ: “Ramazandan istifadə edib insanları aldadırlar”

    “Bir adam günah, yaxud da səhv edirsə, cəzasını çəkməlidir. İnsanları aldatmaq isə böyük günahdır”.

    Bunu “Qaynarinfo”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi hacı Fuad Nurullayev bəzi restoranlarda gündüz saatlarında 15 manata olan menyunun axşamlar iftar süfrəsində 25-55 manata təklif olunmasına münasibətində deyib.

    Hacı Fuad Nurullayevin sözlərinə görə, restoranlarda iftar süfrəsinin vətəndaşlara baha təklif edilməsi ilə bağlı icra hakimiyyətləri məşğul olmalıdırlar:

    “Həmin orqanlar restoranların fəaliyyətini tənzimləyirlər. Restoranların rəhbərliyindən soruşmaq lazımdır ki, sizin insafınız, ədalətiniz harada qalır? Bu restoranları işlədənlərdən soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Bu adamlar Ramazandan istifadə edib insanları aldadır, günaha batırlar. İnsanlar, belə şeylər etməyin, günahdır. Dinimiz deyir ki, insanın bir məhsulu maya dəyərindən bir qat yarımdan baha satmaq hüququ yoxdur”.

    Hacı Fuad Nurullayev özünün heç vaxt iftarını restoranlarda açmadığını vurğulayıb:

    “İstisna hal ola bilər. Niyə getmirəm? Restoranda yeməklərin hansı yağla bişirildiyi bilinmir. O restoranlara getmək olar ki, orada işləyənləri tanıyasan, ortaya halal tikə qoysunlar qarşına”.

  • В Азербайджане школьник покончил с собой

    В Бейлаганском районе произошло самоубийство.

    Как сообщает bakupost.az, вчера вечером учащийся 8-го класса Верхне-Аранской общеобразовательной школы покончил с собой.

    В момент происшествия подросток был один дома.

    Причина суицида неизвестна, проводится расследование.

    Отметим, что похороны школьника состоялись сегодня. Сообщается, что он был отличником и участвовал в олимпиадах.

  • Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi

    Azərbaycanda şagird intihar edib.

    Bakupost.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Beyləqan rayonunda qeydə alınıb.

    Rayonun Yuxarı Aran tam orta məktəbinin 8-ci sinif şagirdi özünü öldürüb.

    Hadisə zamanı o, evdə tək olub.

    Hadisənin səbəbi bilinmir, araşdırma aparılır.

    Qeyd edək ki, o, bu gün dəfn olunub. Bildirilir ki, o, əlaçı şagirdlərdən olub, olimpiadalarda iştirak edib.