Month: March 2024

  • В Насиминском районе 48-летнюю женщину сбил автомобиль

    В Насиминском районе Баку произошло дорожно-транспортное происшествие (ДТП) с наездом на пешехода.

    Как передает Report, автомобиль сбил переходившую дорогу Тунзалю Алиеву (1976 г.р.).

    Пострадавшая была госпитализирована с травмами различной степени тяжести.

    По данному факту ведется расследование.

  • Nəsimi rayonunda 48 yaşlı qadını avtomobil vurub

    Bakının Nəsimi rayonunda 48 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    “Report” xəbər verir ki, 1976-cı il təvəllüdlü Tünzalə Rafiq qızı Əliyeva yolu keçərkən avtomobil onu vurub.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya tarixində ilk: Koreya vətəndaşı həbs edildi

    Rusiya tarixində ilk dəfə Koreya vətəndaşı casusluğa görə həbs edilib.

    Bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Bildirilib ki, Rusiya tarixində casusluqla bağlı cinayət işi çərçivəsində saxlanılan ilk Koreya vətəndaşı Vladivostokdan Moskvaya köçürülüb.

    “Casusluqla bağlı cinayət işinin istintaqı çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Koreya Respublikasının vətəndaşı Pek Von Aun müəyyən edilərək saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Vladivostokda saxlayıblar və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, istintaq əməliyyatlarının aparılması üçün Vladivostokdan Moskvaya aparılıb”, – deyə məlumatda qeyd edilib.

    Mənbə: TASS

  • Почему зарабатывающие в соцсетях не платят налоги? – ВИДЕО

    Делись в социальных сетях своей личной жизнью и стань феноменом. Так и поступают многие сегодняшние кумиры молодежи.

    Во всем мире инфлюэнсеры платят налоги государству от своих доходов.

    Законодательством Азербайджана также предусмотрена уплата медиаперсонами налогов, однако опыт показывает, что большинство из них не выполняет этих обязательств перед государством.

    Подробнее – в видеоматериале İTV Xəbər Yekun.

  • Sosial şəbəkələrdən pul qazananlar niyə vergi ödəmirlər? – VİDEO

    Şəxsi həyatını sosial şəbəkələrdə paylaş fenomen ol. Bu gün gənclərin bir çox qəhrəmanı sosial şəbəkə fenomenləridir.

    Dünyada influenserlər qazandıqları puldan dövlətə vergi ödəyirlər.

    Azərbaycan qanunvericiliyində də influenserlərin vergi ödəməsi nəzərdə tutulur, amma təcrübə göstərir ki, onların çoxu bu pulu dövlətə ödəmirlər.

    Daha ətraflı “İTV Xəbər Yekun”da:

  • Как правильно питаться в Рамазан? – СПИСОК ПРОДУКТОВ

    Соблюдающим пост в месяц Рамазан следует обязательно обращать внимание на свой рацион.

    Median.Az представляет список продуктов для утреннего (имсак) и вечернего (ифтар) разговения.

    Молоко: один стакан следует выпить несколько часов спустя после ифтара, а один – во время имсака. Поскольку молоко является основным источником кальция и витамина D, оно подавляет чувство голода.

    Яйца: эксперты утверждают, что яйца – источник наиболее качественного протеина. Их рекомендуется включить в меню, поскольку они дают чувство сытости.

    Корица: щепотка корицы после еды снижает уровень инсулина, подавляет чувство голода. Тем, кому хотелось бы во время Рамазана отрегулировать уровень сахара в крови, следует за день съедать чайную ложку корицы. Можно также употреблять ее, смешав с молоком.

    Кефир: напиток, улучшающий пищеварение. Будучи полезнее йогурта, он увеличивает полезную микрофлору кишечника и убивает вредные бактерии.

    Зеленый чай: уменьшает жиры в организме. Полезен для сердца. При отсутствии каких-либо проблем со здоровьем, две-три чашки зеленого чая в день окажут тонизирующее действие на сердце и организм в целом.

    Сушеные бобы: регулируют потерю и набор веса. В Рамазан наряду с основным блюдом достаточно одной столовой ложки вареных бобов.

    Фрукты: во время ифтара ешьте много фруктов. Употребление их в пищу обеспечит прекрасное самочувствие в течение суток, отрегулирует колебания уровня сахара в крови, а также утолит жажду.

    Орехи: они долго перевариваются в желудке, поэтому создают чувство сытости.

    Во время поста лучше отказаться от белого хлеба, заменив его цельнозерновым или с отрубями. Кроме того, непременно включите в свой рацион финики и сыр. Откажитесь от острой и слишком жирной пищи. Компот или простая вода вместо газированной будут гораздо полезнее для вашего желудка. Не следует во время ифтара сразу есть много еды.

    Вначале вечернего разговения следует выпить пару глотков воды и съесть финики. Затем съесть огурцы, помидоры, сыр, оливки. После 15-минутного перерыва поесть суп. После получасового перерыва принять горячую пищу. Таким образом, пищеварение будет в норме. Постарайтесь накануне поста воздержаться от тяжелой еды. Отдавайте предпочтение овощным блюдам.

  • Oruc tutanların NƏZƏRİNƏ: Aclıq hissini dəf edən qidalar – SİYAHI

    Ramazan ayında oruc tutanlar yeyib-içdiklərinə mütləq diqqət etməlidirlər.

    Median.Az sizə iftar və imsakda nə yeməli olduğunuzu təqdim edir:

    Süd: Bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir. Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir.

    Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.

    Darçın: Yeməksonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini öldürür. Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay qaşığı darçın yeməlidirlər. Darçını südə qarışdırıb içmək də olar.

    Kefir: Həzmi asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə kömək edən bakteriyaların sayını artırır, pis xassəli bakteriyaları isə öldürür.

    Yaşıl çay: Bədəndə olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir. Hər hansı sağlamlıq probleminiz yoxdursa, Ramazanda iki-üç fincan yaşıl çay ürəyinizi və bədənizi gümrah hiss etdirəcək.

    Quru lobya: Orqanizmin arıqlamasını və kökəlməsini tənzimləyir. Ramazanda əsas yeməyin yanında bir qaşıq olması da kifayət edər.

    Meyvə: İftarda bolluca meyvə yeyin. Meyvə sizi gün ərzində rahatladacaq, qan şəkərində enib-qalxmaları tənzimləyəcək. Həm də meyvə yeməklə susuzluğu yatıra biləcəksiniz.

    Qoz-fındıq: Mədədən gec keçdiyi üçün toxluq hissi verir.

    Ramazanda ağ çörəkdən imtina etsəniz daha məsləhətli olar. Əvəzində kəpəkli çörək istifadə edin. Bundan başqa süfrənizdən xurma və pendiri əskik etməyin. İstiotlu və çox yağlı yeməklərdən imtina edin. Qazlı suların əvəzinə kompot və ya adi su içsəniz, mədəniz daha rahat olar. İftar açılandan sonra qısa zamanda çoxlu yeməkdən imtina edin.

    İftar açarkən ilk olaraq bir-iki qurtum su içməli və xurma yeməlisiniz. Daha sonra xiyar, pomidor, pendir, zeytun qəbul edin. 15 dəqiqə fasilədən sonra şorba için. Yarım saat ara verdikdən sonra isti yemək yeyin. Beləcə, mədənizin həzmi qaydasında olacaq. Çalışın orucluq ərəfəsində ağır yeməklərdən uzaq olasınız. Daha çox tərəvəzli yeməklər hazırlayın.

  • В Баку сносят жилое здание: жильцы выражают недовольство – ВИДЕО

    В ближайшем будущем начнется снос пятиэтажного здания, расположенного в Низаминском районе Баку по адресу: улица Рустама Рустамова, 78.

    Хотя строительная компания достигла соглашения с большинством жильцов дома, некоторые граждане все еще выражают недовольство данным вопросом. А это, в свою очередь, замедляет работу.

    Чего же хотят жильцы от строительной компании?

    Подробнее – в сюжете ATV Xəbər.

  • Nizami rayonunda söküntü işlərinə başlanılır: Sakinlər narazıdırlar – VİDEO

    Bakının Nizami rayonu, Rüstəm Rüstəmov 78 ünvanında yerləşən beşmərtəbəli binada tezliklə söküntü işlərinə başlanılacaq.

    Tikinti şirkəti binada yaşayan əksər sakinlərlə razılığa gəlsə də bəzi sakinlər məsələdən narazıdırlar. Bu isə işləri ləngidir.

    Bəs sakinlərin tikinti şirkətindən istəkləri nələrdir?

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Türkiyəli mütəxəssisdən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

    Türkiyədə Qara dənizdə dörd bal gücündə baş verən zəlzələdən sonra məşhur türkiyəli mütəxəssis, yerşünas Naci Görür xəbərdarlıq edib.

    O, bununla bağlı sosial media hesabında paylaşım edib.

    “Samsun Taflan sahillərində dörd bal gücündə zəlzələ olub. Bu zəlzələ çox güman ki, sahilə paralel, cənuba doğru uzanan qırılma xətləri ilə əlaqədardır. Ölkəmizin sahilləri müəyyən dərəcədə şimala, dənizə doğru irəliləyir”, – deyə Naci Görür bildirib.

    Xatırladaq ki, Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 03:10-da episentri Qara dəniz sahillərində olan dörd bal gücündə zəlzələ qeydə alınıb.

    Zəlzələnin episentri Samsun vilayətinin Körfezi-Atakum rayonundan 17,48 kilometr məsafədə yerləşib və 18,27 kilometr dərinlikdə müəyyən edilib. Şəhərdə zəlzələni hiss edən sakinlər çölə çıxaraq gözləməyə başlayıblar.

    Mənbə: Haber Global