Month: March 2024

  • Saxta hərbi bilet verilməsi ilə bağlı vəzifəli şəxsə cinayət işi açıldı

    Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

    Bu barədə Baş Prokurorluq Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Xəlil Ənvər oğlu Əsgərovun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Qeyd edilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Füzulidə uşaq yaradıcılıq mərkəzinin açılışı olub

    Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

    Bununla bağlı President.az məlumat yayıb.

    Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

  • Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

    “Azərbaycanda ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur”.

    “Report” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov martın 12-də qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edərkən deyib.

    Onun sözlərinə görə, bura xala uşaqları, əmi uşaqları və s. daxildir:

    “Çoxluq qohum evliliyinin qadağan olunmasının tərəfdarıdır. Xəstə və əlil olaraq doğulan uşağın həm özü, həm də ailəsi böyük mənəvi və sosial iztirablar çəkirlər. Qohum evliliklərinin sayı artarsa, bu genefondumuza və gələcəyimizə təsir edəcək. Məsələ kifayət qədər ciddidir və bununla bağlı dövlətin hərəkətə keçməsi vacibdir”.

  • Yel çərşənbəsi qar gətirdi: Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır

    Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu saatlarda da davam edir.

    AZƏRTAC xəbər verir ki, yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ kəndlərində daha da intensivləşib. Qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin kənddə qarın hündürlüyü 30 santimetrə çatır.

    Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla, bir çox kəndlərində qarın yağması davam edir. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.

    İsmayıllının rayon mərkəzinə qar yağmasa da, bəzi kənd və qəsəbələrdə qarın hündürlüyü kifayət qədərdir. Belə ki, yerli sakinlərin sözlərinə görə, ucqar dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində, Əhən, Burovdal və ətraf kəndlərdə qarın hündürlüyünün 20 santimetrə çatdığı bildirilir.

  • Kollecdə rüşvət qalmaqalı – Direktor əvəzinin səs yazısı yayıldı: “60 manatla gəlmisən?!” (FOTO/AUDİO)

    Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Şahin Əliyev tutduğu vəzifədən azad edilib.

    Müvafiq qərar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində qəbul edilib.

    Yenisabah.az məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Kollecin əməkdaşlarından biri sayta bildirib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə paralel olaraq Göyçay Rayon Prokurorluğu və Maliyyə Nazirliyi də bir neçə aydır ki, kollecin fəaliyyətini yoxlayır. Aparılan yoxlamalar nəticəsində cinayət əməli kimi qiymətləndirilə biləcək çoxlu sayda qanunsuzluq aşkarlanıb.

    Buraya dövlət vəsaitini mənimsəmədən tutmuş, tələbələrdən rüşvət almağa kimi bir çox hallar daxildir.

    Maliyyə Nazirliyinin apardığı araşdırma zamanı məlum olub ki, kollecə məxsus olan avadanlığın çoxu yararsız vəziyyətdədir. Buna baxmayaraq, vaxtaşırı təhsil müəssisəsi üçün avadanlıqlar və yanacaq alınıb. İşləməyən texnika üçün alınan yanacağa ayrılan vəsaitin bir neçə min manat dəyərində olduğu bildirilir. Məlumatlara görə, bu faktlar prokurorluq orqanlarının diqqətindən yayınmadığı üçün hüquqi müstəvidə araşdırma davam etdirilir.

    Aparılan araşdırmalar nəticəsində direktor əvəzi Şahin Əliyevdən, Əyani Şöbənin müdiri Kamilə Həmidova və Qiyabi Şöbənin müdiri Gülbəyim Həsənovadan da izahat alındığı bildirilir.

    Rüşvət qalmaqalı ilə bağlı audioyazı da üzə çıxıb. Audioyazıda Şahin Əliyevin kollecin direktoru vəzifəsini müvəqqəti icra edərkən uzaq rayondan gələn tələbədən rüşvət istədiyi, onun isə tələb olunan məbləği verə bilməyəcəyini dediyi iddia edilir. Məlum olur ki, tələbənin cəmi 20 manat verməyə imkanı çatır. Direktor isə bununla razılaşmır. Deyir ki, gediş-gəliş xərcin 40 manat edir. Belə çıxır ki, Göyçaya 60 manatla gəlmisən… Tələbə isə evdən çıxarkən üzərində cəmi 50 manat olduğunu iddia edir.

    Sözügedən audioyazını və kollecin balansında olan texnikanın mövcud durumunu əks etdirən fotoları təqdim edirik:





  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Апрельские фьючерсы на марку WTI подорожали на 0,19% – до 78,08 доллара за баррель, майские на Brent – на 0,29%, до 82,45 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,19% bahalaşaraq, bir barelinin qiyməti 78,08 ABŞ dolları olub.

    “Brent” markalı neftin may füçersləri 0,29% bahalaşaraq, bir barelinin qiyməti 82,45 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Президент Казахстана ознакомился с Генеральным планом города Физули

    12 марта Президент Республики Казахстан Касым-Жомарт Токаев ознакомился с Генеральным планом города Физули.

    Об этом сообщает President.az.

  • Qazaxıstan prezidenti Füzuli şəhərinin Baş planı ilə tanış olub

    Martın 12-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olub.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Представители грузинского парламента посетили могилу великого лидера и Аллею шехидов

    Делегация во главе с председателем комитета по образованию, науке и делам молодежи парламента Грузии Гиви Миканадзе посетила 12 марта могилу великого лидера азербайджанского народа Гейдара Алиева и Аллею шехидов.

    Как сообщает АЗЕРТАДЖ, прибыв сначала на Аллею почетного захоронения, делегация с уважением почтила память архитектора и основателя современного независимого азербайджанского государства, общенационального лидера нашего народа Гейдара Алиева, возложила цветы к его памятнику.

    Затем, прибыв на Аллею шехидов, гости отдали дань уважения памяти героических сынов и дочерей Родины, погибших в борьбе за независимость и территориальную целостность Азербайджана, возложили цветы на их могилы.

    Гости полюбовались панорамой нашей столицы с самой высокой точки Баку. Они были проинформированы об истории Аллеи шехидов и проводимых в городе работах по благоустройству и строительству.