Month: March 2024

  • İlham Əliyevin Qazaxıstan prezidenti ilə məhdud tərkibdə görüşü olub – YENİLƏNİB (FOTO)

    Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.

    Bununla bağlı President.az məlumat yayıb.

    * * * * *

    Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü başlayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Rüşvətalmada ittiham olunan icra hakimiyyətinin vəzifəli şəxsi hakim qarşısına çıxarılır

    Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

    Bu barədə Baş Prokurorluq Mətbuat Xidməti məlumat yayıb.

    İbtidai istintaqla Mirqasım Mirişlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması və icra hakimiyyəti orqanı tərəfindən tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış mötəbər sübutlar əsasında Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, sözügedən qanun pozuntuları ilə bağlı M.Mirişlinin ötən ilin noyabr ayından Abşeron Rayon İcra Hakimiyyətindəki səlahiyyətləri dondurulub, istintaqın yekun nəticəsindən asılı olaraq onun barəsində tutduğu vəzifədən azad olunma və ya digər tədbirlər görüləcəkdir.

  • Masallıda qadın və azyaşlı uşaqlarının meyitləri tapıldı

    Masallıda üç nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

    Bu barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb.

    Məlumatda bildirilib ki, bu gün Masallı rayonu, Dadva-2 küçəsində yerləşən fərdi yaşayış evində 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Vurğulanıb ki, araşdırma zamanı həmin evdə yaşayan 1998-ci il təvəllüdlü Aytac Əzimova və onun iki azyaşlı oğlunun dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.

    Qeyd olunub ki, faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

  • Состоялась церемония официальной встречи президента Казахстана Касым-Жомарта Токаева – ФОТО

    11 марта состоялась церемония официальной встречи президента Республики Казахстан Касым-Жомарта Токаева, прибывшего с государственным визитом в Азербайджанскую Республику.

    Как сообщает President.az, на площади, где развевались государственные флаги двух стран, в честь президента Республики Казахстан был выстроен почетный караул.

    Президент Азербайджана Ильхам Алиев встретил президента Казахстана Касым-Жомарта Токаева.

    Начальник почетного караула отдал рапорт президенту Республики Казахстан.

    Президент Касым-Жомарт Токаев поприветствовал азербайджанских солдат.

    Главы государств обошли строй почетного караула.

    Прозвучали государственные гимны Республики Казахстан и Азербайджанской Республики.

    Азербайджанская делегация была представлена президенту Казахстана, а казахстанская делегация – Президенту Азербайджана.

    Под звуки военного марша почетный караул прошел перед Президентом Азербайджана Ильхамом Алиевым и президентом Казахстана Касым-Жомартом Токаевым.

    Главы государств сделали официальное фото.











  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub – FOTO

    Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub.

    President.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib.

    Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.











  • Премьер-министр принял постановление в связи с особым карантинным режимом в Азербайджане

    В Азербайджане продлен особый карантинный режим.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно документу, особый карантинный режим на территории страны продлен до 1 июля 2024 года.

    Ранее этот срок был продлен до 2 апреля этого года.

  • Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR

    Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

    Buna qədər xüsusi karantin rejiminin müddəti aprelin 2-dək nəzərdə tutulmuşdu.

  • Кадры убийства 26-летнего мужчины в Баку – ВИДЕО

    9 марта около 21:30 в полицию поступила информация о смерти Сабухи Ахмедли (1998 г.р.) от полученных колото-резаных ранений в поселке Бакиханов Сабунчинского района Баку.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что в результате проведенных сотрудниками полиции мероприятий подозреваемый в совершении уголовного преступления Али Гейбатов (1985 г.р.) был задержан и передан следствию.

    В распоряжении Baku.ws оказались видеокадры момента инцидента.

  • Bakıda 26 yaşlı oğlanın ürəyindən bıçaqlanma görüntüləri – VİDEO

    Martın 9-da saat 21:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əli Həmid oğlu Heybətov saxlanılaraq istintaqa təhvil verilib.

    Baku.ws hadisə anının anbaan videosunu əldə edib.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Президент Казахстана прибыл в Азербайджан – ФОТО

    Президент Республики Казахстан Касым-Жомарт Токаев 11 марта прибыл с государственным визитом в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокого гостя был выстроен почетный караул.

    Президента Казахстана в аэропорту встретили первый заместитель премьер-министра Азербайджана Ягуб Эйюбов, замминистра иностранных дел Самир Шарифов и другие официальные лица.