Month: March 2024

  • Ramazan bayramında ardıcıl 5 gün evdə olacağıq

    Bu gündən müsəlman aləminin müqəddəs ayı sayılan Ramazan daxil olub

    Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.

    Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

    Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

    Bu da o deməkdir ki, ardıcıl 5 gün – aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

  • Faiq Ağayev: “Pandemiyada qarajımı satıb maaş vermişəm”

    Xalq artisti Faiq Ağayev növbəti etirafları ilə diqqət çəkib.

    “Göstərir radio” proqramına qonaq olan sənətçi pandemiya zamanı pulsuz qalmamaq və yanında çalışan şəxslərə məvacib vermək üçün qarajını satdığını açıqlayıb:

    “Pul mənim üçün rahatlığın və müstəqilliyin vasitəsidir. Mən heç kimdən asılı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda kefim pozulur. Fikir edirəm. Pandemiya zamanı çox fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 3-4 ay idarə edim. O zaman yanımda çalışan insanlara hər ay maaş verirdim. Bu çox böyük stressdir”, deyə Ağayev bildirib.
    //azxeber

  • İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış edirlər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış edirlər.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Azərbaycan və Qazaxıstan prezidentləri Çindən Bakıya konteyner qatarının gəlişi mərasimini izləyiblər

    Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Çinin Siyan terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişi mərasimini videobağlantı ilə izləyiblər.

    Bununla bağlı President.az məlumat yayıb.

  • В центре Баку женщина демонстрирует странное поведение – ВИДЕО

    Странный случай происходит в Наримановском районе Баку.

    Кадры инцидента распространил Baku.ws.

    Сообщается, что 41-летняя женщина выбросила вещи из квартиры по адресу: проспект Азадлыг, 116.

    Она не открыла дверь прибывшим на место сотрудникам полиции. Чтобы предотвратить возможное самоубийство, на территорию были вызваны спасатели Министерства по чрезвычайным ситуациям (МЧС).

  • Bakının mərkəzində qadın həyəcanlı anlar yaşatdı – VİDEO

    Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.

    Bu barədə görüntüləri Baku.ws yayıb.

    Bildirilib ki, Azadlıq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət əşyalarını mənzildən aşağı atıb.

    O, hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmayıb. Baş verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə əraziyə FHN-in xilasediciləri cəlb olunublar.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Началось первое заседание Высшего межгосударственного совета Азербайджана и Казахстана

    11 марта в Баку началось первое заседание Высшего межгосударственного совета Азербайджана и Казахстана с участием Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Казахстан Касым-Жомарта Токаева.

    Об этом сообщает President.az.

  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası başlayıb

    Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası başlayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Стоимость биткойна достигла рекордного показателя

    Стоимость биткойна обновила исторический максимум, достигнув 71 250 долларов.

    Об этом свидетельствуют данные площадки Binance по состоянию на 11:41 по бакинскому времени.

    Биткойн – децентрализованная система одноименной криптовалюты на основе технологии блокчейн, которую может “добывать” (эмитировать) любой пользователь – участник системы. Для этого нужно создавать новые блоки системы.

    Концепция была опубликована в ноябре 2008 года ее автором (возможно, коллективом авторов) под псевдонимом Сатоси Накамото. Пик популярности биткойна отмечен лишь в последние годы. Эмиссия биткойна естественным образом ограничена, в настоящее время большая часть биткойнов уже “добыта”.

    Источник: ТАСС

  • “Bitcoin”indən tarixi REKORD: Qiyməti ilk dəfə 71 min dolları keçdi

    11 mart 2024-cü ildə “bitcoin”in məzənnəsi 71 min dollar həddini aşıb.

    Bu barədə “Binance” platformasının məlumatlarından aydın olub.

    Bildirilir ki, Bakı vaxtı ilə saat 11:36-da ticarət zamanı bitkoinin dəyəri 71 150 min dollara qədər artıb. Saat 11:41-ə olan məlumata görə, “bitcoin” öz artımını sürətləndirib və 71 250 min dollar olub.