Month: March 2024

  • DSMF: Ölkə üzrə 1,1 milyon pensiyaçının 57 faizi qadınlardır

    Ölkə üzrə 1,1 milyon pensiyaçının 57 faizi qadın, 43 faizi kişilərdir.

    Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib ki, aylıq əsaslarla sosial müavinət alan 446 mindən çox şəxsin 51 faizi kişi, 49 faizi qadınlardır.

    Aylıq əsaslarla təqaüd alan 395 min nəfərdən çox şəxsin isə 68 faizini kişilər, 32 faizini qadınlar təşkil edir.

  • Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlandı

    Ötən gün Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən narkotik tərkibli həblər və silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Hikmət Hacıyev Azərbaycan qadınlarını təbrik etdi

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında 8 Mart Qadınlar Bayramı münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

    Paylaşımda qeyd edilir:

    “Minalanmış ərazilərdə öz həyatlarını riskə ataraq, torpaqlarımızı Ermənistanın basdırdığı “ölüm toxumlarından” qarış – qarış təmizləyərək digər insanların həyatını xilas edən, humanitar minalardan təmizləmə ilə məşğul olan azərbaycanlı qadınlar qarşısında, bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bir həyatı xilas etmək dünyanı xilas etməkdir!”.

  • Samuxda avtomobil yanıb

    Samux şəhərində “Mercedes-Benz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Xəzər rayonunda silah-sursat aşkar edilib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş silah-sursatın istifadəyə yararlı bir ədəd “F-1” əl qumbarası, bir ədəd “RQ-42” əl qumbarası, iki ədəd UZRQM partladıcısı, doqquz ədəd 7,62×39 mm-lik mərmi və bir ədəd AKMS avtomatı olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb, aşkar edilmiş silah aidiyyəti üzrə təhvil verilib.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • Президент: Большое разочарование вызывает уничтожение исламского историко-культурного наследия Азербайджана

    Большое разочарование вызывает уничтожение исламского историко-культурного наследия Азербайджана на территории Армении.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в послании Президента Азербайджанской Республики Ильхама Алиева участникам проходящей в Баку международной конференции на тему “Защита разнообразия: борьба с исламофобией в 2024 году”.

    “Азербайджан обратился к ЮНЕСКО с призывом направить в Армению техническую миссию для оценки состояния наших культурных и религиозных памятников, которые годами разрушались в этой стране. К сожалению, ЮНЕСКО до сих пор не отреагировала на этот призыв”, – подчеркивается в послании главы государства.

  • İlham Əliyev: “Ermənistan ərazisində Azərbaycanın İslam tarixi-mədəni irsinin məhvi böyük məyusluq doğurur”

    “Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.

    Dövlətimizin başçısı məktubunda diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış edib. Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməyib.

  • “Qarabağ” xal qazanıb, Azərbaycan Bolqarıstana yaxınlaşıb

    Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

    İdman.biz xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.

    Buna “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında “Bayer”lə matçı səbəb olub. Evdəki heç-heçə (2:2) sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə edilib.

    Bununla da Azərbaycanın mövsümdəki qazancı 5,875-ə çatıb. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 20,125-dir.

    Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmiz Bolqarıstana yaxınlaşıb. Təmsilçisi qalmayan 26-cı yerin sahibi ilə fərq 0,250-dir.

    Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir.

    Yer Ölkələr 2019/20 2020/21 2021/22 2022/23 2023/24 Əmsal Komanda
    sayı
    1 İngiltərə 18,571 24,357 21,000 23,000 14,625 101,553 6/8
    2 İspaniya 18,928 19,500 18,428 16,571 13,437 86,864 4/8
    3 İtaliya 14,928 16,285 15,714 22,357 16,571 85,855 6/7
    4 Almaniya 18,714 15,214 16,214 17,125 15,500 82,767 4/7
    5 Fransa 11,666 7,916 18,416 12,583 14,416 64,997 3/6
    6 Niderland 9,400 9,200 19,200 13,500 10,000 61,300 2/5
    7 Portuqaliya 10,300 9,600 12,916 12,500 10,166 55,482 3/6
    8 Belçika 7,600 6,000 6,600 14,200 12,400 46,800 2/5
    9 Türkiyə 5,000 3,100 6,700 11,800 11,500 38,100 1/4
    10 Şotlandiya 9,750 8,500 7,900 3,500 6,400 36,050 1/5
    11 Çexiya 2,500 6,600 6,700 6,750 13,000 35,550 3/4
    12 İsveçrə 6,400 5,125 7,750 8,500 5,000 32,775 1/5
    13 Avstriya 5,800 6,700 10,400 4,900 4,600 32,400 1/5
    14 Norveç 3,750 6,500 7,625 5,750 8,000 31,625 1/4
    15 Danimarka 5,125 4,125 7,800 5,900 8,500 31,450 4
    16 İsrail 2,375 7,000 6,750 6,250 8,500 30,875 2/4
    17 Yunanıstan 4,900 5,100 8,000 2,125 8,600 28,725 2/5
    18 Ukrayna 7,200 6,800 4,200 5,700 4,100 28,000 5
    19 Serbiya 6,000 5,500 9,500 5,375 1,400 27,775 5
    20 Xorvatiya 4,375 5,900 6,000 3,375 5,875 25,525 1/4
    21 Polşa 2,125 4,000 4,625 7,750 6,875 25,375 4
    22 Kipr 5,125 4,000 4,125 5,100 3,750 22,100 4
    23 Macarıstan 4,500 4,250 2,750 5,875 4,500 21,875 4
    24 İsveç 5,750 2,500 5,125 6,250 1,875 21,500 4
    25 Rumıniya 5,875 3,750 2,250 6,250 3,250 21,375 4
    26 Bolqarıstan 4,125 4,000 3,375 4,500 4,375 20,375 4
    27 Azərbaycan 3,375 2,500 4,375 4,000 5,875 20,125 1/4
    28 Slovakiya 3,000 1,500 4,125 6,000 5,000 19,625 4
    29 Rusiya 4,666 4,333 5,300 4,333 0,000 18,632 0
    30 Sloveniya 2,000 2,250 3,000 2,125 3,875 13,250 4
    31 Moldova 0,750 1,375 5,250 3,750 2,000 13,125 4
    32 Kosovo 1,500 1,833 2,333 2,875 3,000 11,541 4
    33 Qazaxıstan 3,375 1,000 2,875 1,125 3,125 11,500 4
    34 Finlandiya 1,625 1,375 3,750 2,625 1,750 11,125 4
    35 İrlandiya 1,250 1,875 2,875 3,375 1,500 10,875 4
    36 Ermənistan 2,750 1,375 1,875 2,375 2,250 10,625 4
    37 Latviya 2,250 1,375 2,625 2,750 1,625 10,625 4
    38 Farer adaları 1,125 2,750 1,500 2,250 2,750 10,375 4
    39 Bosniya H. 1,500 2,625 1,625 2,000 2,250 10,000 4
    40 Lixtenşteyn 2,500 0,500 0,000 6,500 0,500 10,000 1
    41 İslandiya 0,625 0,625 1,500 3,000 3,833 9,583 3
    42 Ş.İrlandiya 2,375 2,833 1,625 1,250 1,125 9,208 4
    43 Lüksemburq 3,000 1,000 1,250 1,125 2,250 8,625 4
    44 Litva 1,625 1,625 1,750 2,375 1,125 8,500 4
    45 Malta 0,750 1,500 1,875 2,625 1,500 8,250 4
    46 Gürcüstan 2,250 1,750 1,250 1,125 1,250 7,625 4
    47 Albaniya 0,750 2,000 1,625 0,875 2,125 7,375 4
    48 Estoniya 0,875 1,375 3,666 1,166 0,125 7,207 4
    49 Belarus 2,500 1,500 0,250 0,625 1,750 6,625 4
    50 Ş.Makedoniya 0,500 1,750 0,625 1,625 1,500 6,000 4
    51 Andorra 1,500 0,666 1,500 0,666 1,666 5,998 3
    52 Uels 1,000 1,500 1,500 1,166 0,625 5,791 4
    53 Monteneqro 1,000 1,625 0,750 1,000 1,333 5,708 3
    54 Cəbəllüttariq 1,000 1,666 1,250 0,875 0,166 4,957 3
    55 San-Marino 0,000 0,500 0,166 0,833 0,333 1,832 3

  • Ильхам Алиев: Сегодня Европейский парламент и ПАСЕ превратились в платформы, пропагандирующие исламофобию

    К сожалению, некоторые западные институты, называющие себя демократическими, также ведут антиисламскую деятельность.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в послании Президента Азербайджанской Республики Ильхама Алиева участникам проходящей в Баку международной конференции на тему “Защита разнообразия: борьба с исламофобией в 2024 году”.

    В послании отмечается, что сегодня Европейский парламент и Парламентская Ассамблея Совета Европы (ПАСЕ) превратились в платформы, пропагандирующие исламофобию и проводящими политику на основе этой идеологии. Подчеркивается, что нынешняя негативная тенденция проявляется в деятельности и некоторых глобальных медиаструктур.

  • Prezident: “Bu gün Avropa Parlamenti və AŞPA islamofobiyanı təşviq edən platformalara çevrilib”

    “Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-islam fəaliyyətini həyata keçirirlər”.

    AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda yer alıb.

    Məktubda qeyd olunub ki, bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilib.

    Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özünü büruzə verir.