Month: March 2024

  • Fransanın müdafiə naziri Makronun sözlərinə aydınlıq gətirdi

    “Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı sözləri yanlış şərh edilib”

    Bu açıqlama ilə Fransanın müdafiə naziri Sebastyan Lekornyu çıxış edib.

    O bildirib ki, söhbət münaqişənin həlli istiqamətində yolların axtarıb tapılması, həmçinin Ukrayna ərazisinin minalardan təmizlənməsi və Ukrayna hərbçilərinə təlim keçilməsindən gedir.

    Xatırladaq ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini bildirmişdi. Martın 7-də isə E.Makron Ukraynaya hərbi dəstək məsələsində Fransa üçün heç bir məhdudiyyətin olmadığını vurğulamışdı.

    Mənbə: BFM TV

  • Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib.

    Bu barədə o, “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • FHN barmağında dəmir halqa qalan şəxsə köməklik etdi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin barmağında dəmir halqanın sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın olması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər xüsusi vasitələrlə halqanın zərərçəkmişin barmağından müvafiq qaydada çıxarılmasını təmin ediblər.

  • У берегов Филиппин произошло землетрясение магнитудой 6

    Землетрясение магнитудой 6 зарегистрировано неподалеку от берегов Индонезии и Филиппин. Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр подземных толчков находился в 146 км к юго-востоку от филиппинского города Мати с населением около 105 000 человек, расположенного на острове Минданао. Очаг залегал на глубине 125 км.

    Информация о пострадавших и разрушениях не поступала. Угроза цунами не объявлялась.

    Источник: ТАСС

  • Filippində güclü zəlzələ olub

    Filippin sahilləri yaxınlığında 6,0 maqnitudalı zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

    Məlumata görə, yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 125 km dərinlikdə yerləşib.

    İtkilər, xəsarət alanlar və dağıntılar barədə informasiya yayılmayıb. Sunami təhlükəsi elan edilməyib.

    Mənbə: iz.ru

  • 8 Mart qocalar evində: “Məni heç təbrik edən olmayıb” – VİDEO

    Martın 8-i Beynəlxalq Qadınlar Günüdür.

    Baku TV bu münasibətlə ahıl şəxslər üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsindən reportaj hazırlayıb.

    Qocalar evinin qadın sakinləri – 74 yaşlı Maya Abbasova və 78 yaşlı Brilyant Koroğluyeva təbrik edilib. Onlar öz həyat hekayələrini danışıblar.

    Uşaq evində böyüyən M.Abbasova doğmalarından yalnız nəvəsinin qaldığını söyləyib:

    “Uşaqlarım vəfat edib. Təkcə nəvəm qalıb. Ümid edirdim ki, o mənə baxacaq. Amma elə olmadı. Pis vərdişi var. Evi satıb, məni çöldə qoydu”.

    B.Koroğluyeva da uşaqlığının internat məktəbdə keçdiyini deyib:

    “10 il uşaq evində olmuşam. Daha sonra ailə qurdum, 19 il birlikdə yaşadıq, uşağımız olmadı. Həyat yoldaşım öləndən sonra anamla bacım məni dəlixanaya qoydular ki, nə edirik bunu?”

    Ətraflı süjeti təqdim edirik:

  • Gədəbəydə 12 otaqlı evdə YANĞIN OLDU

    Gədəbəydə 12 otaqlı evdə yanğın baş verib.
     
    FHN-dən verilən xəbərə görə, rayonun Plankənd kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
     
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

    Bu gün, martın 8-də səhər saatlarından etibarən günün sonuna qədər güclü maqnit qasırğası müşahidə olunur.

    Mütəxəssislər qeyd edirlər ki, bununla əlaqədar meteohəssas insanlar əhval dəyişikliyi, baş ağrısı və zəiflik hiss edə bilərlər.

    Qeyd olunur ki, maqnit qasırğasının əsas zirvəsi günün birinci yarısında olub, axşama yaxın aktivlik səngiyəcək.

    Mənbə: “Creativestar” “Telegram” kanalı

  • Mərkəz rəhbəri: “Azərbaycanın islamofobiya ilə mübarizəsi ən təsirli modellərdən biridir”

    “İslamofobiya ilə mübarizənin Azərbaycan modeli ən təsirli modellərdən biridir”.

    Bu barədə “Report”a açıqlamasında “Müsəlman İnstitutu” (Pakistan) analitik mərkəzinin rəhbəri Sultan Əhməd Əli deyib.

    Onun sözlərinə görə, Azərbaycan həm də müxtəlif dinlərin nümayəndələri arasında dinc yanaşı yaşama və bir-birinə hörmət nümunəsidir:

    “Bu gün Bakıda keçirilən konfrans ideyaların irəli sürülməsi, onların alimlərlə bölüşdürülməsi baxımından çox faydalıdır. Belə tədbirlər beynəlxalq miqyasda islamofobiya ilə mübarizəyə yardım göstərə bilər”.

    “Bu gün biz konfransda çoxlu yeni fikir eşitdik. Məsələn, tədbirdə çıxış edənlərdən biri Qərb auditoriyasını müsəlman dünyası haqqında daha yaxşı məlumatlandırmaq, irsimiz və mədəniyyətimizi təbliğ etmək məqsədilə süni intellekt və alqoritmdən istifadəni tövsiyə edib. Bu, belə tövsiyələrlə bağlı yalnız bir nümunədir. Düşünürəm ki, bu bizə gələcək tədqiqatlar və elm adamları ilə akademik qurumlar arasında körpülər qurmaq üçün daha çox yeni ideyalar verəcək”, – deyə o vurğulayıb.

  • Dünyanın ən varlı beş qadını

    Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər.

    Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır.

    Onları sizə təqdim edirik:

    5. Miriam Adelson

    Narkotik asılılığı ilə mübarizə aparan ABŞ və israilli həkim Miriam Adelsonun sərvəti 35,7 milyard dollardır.

    2021-ci ildə əri Şeldon Adelson öldükdən sonra o, kazino və kurort şirkəti “Las Vegas Sands”ın sahibi olub.

    Qeyd edək ki, o, 2000-ci ildə Miriam opiuma aludə olanları müalicə etmək üçün “Adelson” Klinikasını qurub.

    4. Jaklin Mars

    39,5 milyard dollar təxmin edilən xalis sərvəti ilə Jaklin Mars dünyanın dördüncü ən varlı qadınıdır.

    Jaklin “M&Ms”, “Snickers” və “Skittles” kimi məşhur brendlərin arxasında duran məşhur şirkəti quran Franklin Klarens Marsın nəvəsidir.

    Jaklin 20 il “Mars”da çalışıb və 2016-cı ilə qədər idarə heyətində olub.

    3. Culiya Koç

    ABŞ-li xeyriyyəçi Culiya Koçun sərvəti 59,8 milyard dollardır.

    2019-cu ildə əri David Koç vəfat edəndə Culiya və onun üç övladı istehsal və enerji kimi müxtəlif sahələrdə iştirak edən törəmə şirkətləri olan “Koch Industries”də 42% paya sahib olublar.

    Culiya Davidlə evlənməmişdən əvvəl modelyer Adolfo Sardinanın köməkçisi olub və Nensi Reyqan da daxil olmaqla yüksəkprofilli müştəriləri geyindirib.

    Culiya tibbi tədqiqat, təhsil və incəsənətlə bağlı bir çox səbəbləri dəstəkləyən “David H. Koch” Fondunun prezidentidir.

    2. Alisa Uolton

    Alisa Uoltonun sərvəti 63,7 milyard dollardır və “Walmart”ın qurucusu Sem Uoltonun yeganə qızıdır.

    Alisa bacıları Rob və Cim ilə birlikdə “Walmart”da böyük paya sahib olsa da, pərakəndə korporasiyada işləmir.

    Bunun əvəzinə, Alisa 2011-ci ildə Kristal Körpülər Amerika İncəsənət Muzeyini və 2021-ci ildə əsası qoyulan “Alice L. Walton” Tibb Məktəbini açaraq, sənət və sağlamlıq üzərində cəmləşdi.

    1. Fransuaza Bettankur Mayers

    Fransız iş qadını və xeyriyyəçi Fransuaza Bettankur Mayers 99 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin qadınıdır.

    2017-ci ildə anası vəfat edəndə onun sərvəti Fransuazaya miras qalıb. Fransuaza ailəsi ilə birlikdə “L’Oréal” səhmlərinin təxminən 33%-nə sahibdir.

    O, 1997-ci ildən “L’Oréal” şirkətinin direktorudur. Fransuaza elm və incəsənəti dəstəkləyən, eləcə də inklüziv cəmiyyəti təbliğ edən “Bettencourt Schueller” Fondunun təsisçisi və prezidentidir.

    Mənbə: unbiased.co