Month: March 2024

  • DYP-dən futbol azarkeşlərinə MÜRACİƏT

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi futbol azarkeşlərinə müraciət edib.

    Qurumdan verilən məlumata görə, müraciətdə deyilir:

    “Bu gün “Qarabağ” və “Bayer Leverkuzen” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.

    Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.

    Bununla yanaşı, idman arenasına paralel və kəsişən küçələrdə hərəkətin təhlükəsizliyinin və fasiləsizliyinin təmin olunması, süni sıxlıqların yaranmaması üçün azarkeşlərdən oyunu izləməyə gələrkən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri, ərazidə metronun “Gənclik” stansiyasının yerləşdiyini, avtobus marşrutlarının geniş şəbəkəsinin mövcudluğunun nəzərə alaraq, ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”.

  • В Лачынском районе граждане добровольно сдали незаконно хранившееся огнестрельное оружие

    Сотрудники Лачынского райотдела полиции приняли сдаваемое гражданами огнестрельное оружие.

    Как сообщили в бардинской региональной группе пресс-службы Министерства внутренних дел (МВД), в результате профилактических мероприятий, проведенных правоохранителями, обеспечена добровольная сдача гражданами незаконно хранившегося огнестрельного оружия.

    В ходе указанных мероприятий жители района добровольно сдали в полицию три единицы оружия разных калибров. Систематические мероприятия в этом направлении продолжаются.

  • Laçında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

    Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

    Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

  • В Самухском районе молодой человек совершил суицид

    В селе Зиядлы Самухского района произошло самоубийство.

    Как сообщает Report, местный житель С.Садыгов (2005 г.р.) свел счеты с жизнью, повесившись в своем доме.

    Согласно данным, у молодого человека были психологические проблемы.

    По данному факту проводится расследование.

  • Samuxda 19 yaşlı oğlan intihar edib

    Samux rayon Ziyadlı kəndində intihar hadisəsi qeydə alınıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, Samux rayon kənd sakini 2005-ci il təvəllüdlü S.Sadıqov yaşadığı evdə özünü asaraq intihar edib.

    Onun psixoloji problemləri olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Житель Германии сделал более 200 прививок от коронавируса

    Ученые из Университета Эрлангена-Нюрнберга обследовали жителя Магдебурга (Германия), который сделал 217 прививок от COVID-19. По словам 62-летнего мужчины, он пошел на такой шаг “по личным причинам”.

    “Гипервакцинированный” немец сделал указанное количество прививок в течение 29 месяцев. При этом он не проявлял никаких признаков заражения коронавирусом, а также побочных эффектов от препаратов.

    Ученые узнали об этом человеке из местных СМИ, связались с ним и пригласили пройти ряд тестов. Они стремились раскрыть реакцию организма на такое большое количество вакцин. Мужчина с энтузиазмом согласился на предложение.

    Исследовательская группа получила официальные подтверждения 134 прививок. При этом использовались восемь различных вакцин. Ученые исследовали анализы крови, которые пациент сдавал в разное время, и не выявили значительных признаков побочных эффектов.

    Иммунная система мужчины “полностью функционировала”. Но антитела против вирусаSars-CoV-2 присутствовали в значительно более высоких концентрациях по сравнению с людьми, которые получили всего три прививки, сообщает The Guardian.

    Источник: mir24.tv

  • Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurdu

    Almaniyada 62 yaşlı kişi 217 dəfə COVID peyvəndi vurdurub.

    Bu barədə “Lancet” infeksion xəstəliklər jurnalında yazı dərc olunub.

    Məlumata görə, peyvəndlər 29 aylıq bir müddətdə özəl klinikalarda vurulub və Erlangen-Nurember Universitetinin tədqiqatçıları kişidə heç bir problem olmadığını bildiriblər.

    “Bu barədə qəzetlərdən xəbər tutduq. Sonra onunla əlaqə saxladıq və Erlangendə bəzi müayinələrdən keçirmək istədiyimizi dedik. Böyük maraq göstərdi”, – deyə mikrobiologiya üzrə mütəxəssis Kilian Şober qeyd edib.

    “Biz tədqiqat apardığımız əsnada o, öz təkidi ilə yenidən COVID peyvəndi etdirdi. Daha sonra ondan götürdüyümüz analiz nümunələrindən immun sisteminin peyvəndlərə reaksiyasını tam müəyyən etmək üçün istifadə etmək imkanımız oldu”, – deyə Kilian Şober əlavə edib.

    Mütəxəssislər həddən artıq peyvəndi məsləhət bilmədiklərini, məsələ ilə bağlı apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğulayıblar.

    Mənbə: TRT Haber

  • “Apple” “iPhone” istifadəçilərinə milyonlarla dollar ödəyəcək

    Britaniya Kolumbiyası (Kanada) məhkəməsi “Apple” şirkətinə qarşı kollektiv tələbi təsdiqləyib və razılaşma əldə olunub.

    Belə ki, “Apple” istifadəçilərinə xəbərdarlıq etmədən bəzi “iPhone”ların sürətini məhdudlaşdırmaqda günahlandırılıb.

    Razılaşma çərçivəsində ABŞ İT nəhəngi 11,1 – 14,4 milyon dollar məbləğində təzminat ödəməyə razılaşıb. İddiaların sayından asılı olaraq, kollektiv aksiyasının bütün iştirakçıları “Apple”dan 17,50 – 150 dollar məbləğində təzminat alacaqlar.

    Mənbə: Gazeta.ru

  • В Баку снято ограничение движения на одной из центральных улиц

    В Баку на улице Теймура Эльчина, перед Телетеатром в направлении улицы Мехти Гусейна, земляные работы завершены, движение восстановлено.

    Информацию об этом распространил Центр интеллектуального управления транспортом Министерства внутренних дел страны.

    Отметим, что движение на этом участке было ограничено вечером 6 марта.

  • Bakının mərkəzi küçələrindən birində qoyulan məhdudiyyət aradan qaldırıldı

    Bakıda, Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində qazıntı işləri səbəbindən yolda qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Xatırladaq ki, həmin hissədə nəqliyyatın hərəkəti martın 6-da, axşam saatlarında məhdudlaşdırılmışdı.