Month: March 2024

  • “Windows 11”də “Android” proqramlarını yükləmək mümkün olmayacaq

    “Microsoft” şirkəti “Windows 11” üçün “Subsystem for Android” sisteminə rəsmi dəstəyin dayandırılacağını elan edib.

    Bildirilib ki, dəstək bir ildən sonra dayandırılacaq.

    “Gələn il martın beşindən sonra əməliyyat sistemi tərtibatçıları “Windows 11”də mobil proqramların funksionallığına zəmanət vermirlər”, – deyə şirkətdən vurğulanıb.

    Qeyd edək ki, “Subsystem for Android”ə dəstək “Amazon Appstore” xidmətində təmin edilirdi. Onun köməyi ilə istifadəçilər “Android” proqramlarını və hətta oyunları kompüterə yükləyə bilirdilər.

    Ancaq bu gündən istifadəçilər “Amazon Appstore”u quraşdıra bilmirlər. Həmçinin artıq oradan yeni proqramlar endirmək mümkün deyil. Tərtibatçılara “Amazon Appstore”da yeni proqramlar dərc etməyə icazə verilmir. Bununla belə, “Amazon” mağazası digər platformalarda fəaliyyətini davam etdirəcək.

    Mənbə: Cybersport.metaratings.ru

  • Duzu azaltsaq, bədənimizdə hansı dəyişikliklər olacaq?

    Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur.

    Harvard Universitetinin araşdırmasına görə, çox duz istehlak etmək müxtəlif sağlamlıq risklərinə səbəb ola bilər.

    Mütəxəssislər bildirib ki, orqanizmdən duzu tamamilə çıxartmaq olmaz. Əksinə, onu az, miqdarında istifadə etmək lazımdır. İstehlak edilən duzun miqdarı hipertoniya ilə sıx bağlıdır. Çoxlu duz istehlak etdiyiniz zaman orqanizminiz daha çox su saxlayacaq. Bu, qan dövranı sisteminə əhəmiyyətli şəkildə təzyiq göstərəcək və qan təzyiqini artıracaq. Duzdan az istifadə etsəniz, qan təzyiqiniz azalacaq.

    Duzdan çox istifadə böyrək daşı yaradır. Duz həm də, ürək xəstəlikləri, iflic riskini və baş ağrılarını çoxaldır.

    Gündəlik duz istifadəsini 1 200 milliqrama endirmək ürək xəstəlikləri riskini azaldır. 1 500 milliqrama endirmək isə şişkinlikləri azaldacaq.

  • Обнародованы новые кадры преображающегося Ханкенди – ВИДЕО

    Распространились новые видеокадры из преображающегося Ханкенди.

    Соответствующий сюжет был показан в эфире İTV Xəbər.

    Представляем специальные кадры из азербайджанского города, где ускоренными темпами продолжаются созидательные работы:

  • Abadlaşan Xankəndidən yeni GÖRÜNTÜLƏR – VİDEO

    Abadlaşan Xankəndidən yeni görüntülər yayılıb.

    Bu barədə kadrlar “İTV Xəbər”in efirində yayımlanıb.

    Quruculuq işlərinin sürətlə davam etdiyi şəhərdən xüsusi görüntüləri təqdim edirik:

  • Смогут ли граждане сами строить свои дома на освобожденных территориях? – ЗАЯВЛЕНИЕ (ВИДЕО)

    Планируется рассмотрение обращений граждан, которые хотят сами строить свои дома на освобожденных от оккупации территориях Азербайджана.

    Это отражено в отчете о деятельности Кабинета министров за 2023 год.

    Было отмечено, что, если поступят конкретные запросы от лиц, желающих принять участие в строительно-восстановительном процессе, с ними могут быть рассмотрены утвержденные планы реконструкции населенных пунктов.

    Член Комитета Милли Меджлиса по региональным вопросам Таир Рзаев считает, что посредством привлечения граждан к соответствующим работам можно ускорить возвращение в Карабах и развитие региона.

    По его словам, жители могут строить дома на освобожденных землях только в соответствии с современными правилами градостроения. Было отмечено, что это представляет значимость также с точки зрения экономии бюджетных средств, потому что почти все проекты в регионе реализуются за счет государства.

    Напомним, что отчет Кабмина будет вынесен на обсуждение в Милли Меджлисе 15 марта текущего года.

    Подробнее – в сюжете Xəzər Xəbər:

  • Vətəndaşlar azad edilmiş ərazilərdə evlərini özləri inşa edə biləcəklər? – AÇIQLAMA (VİDEO)

    İşğaldan azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulub.

    Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Qeyd edilib ki, bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış məntəqələrinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara baxıla bilər.

    Mövzu ilə bağlı danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev hesab edir ki, vətəndaşları da bərpa quruculuq işlərinə cəlb etməklə Qarabağa qayıdışı və bölgənin inkişafını daha da sürətləndirmək olar.

    Millət vəkili bildirib ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə yalnız müasir şəhərsalma qaydalarına uyğun evlər inşa edə biləcəklər. Bu, büdcə vəsaitinə qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Çünki hazırda bölgədə bütün layihələr demək olar ki, dövlət hesabına icra olunur.

    Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı martın 15-də Milli Məclisdə müzakirəyə çıxarılacaq.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Что будет со средствами граждан Азербайджана, оставшимися на кошельках QIWI-банка? – ОФИЦИАЛЬНО

    Судьбу денег граждан Азербайджана, оставшихся на кошельках “Киви банка” (QIWI-банк), деятельность которого была приостановлена в России, будет решать иностранная юрисдикция.

    Об этом заявили в Центральном банке Азербайджана (ЦБА) в ответ на запрос Report.

    “Поскольку QIWI-кошелек принадлежит иностранной юрисдикции, вопросы защиты прав пользователей платежных сервисов также регулируются в рамках соответствующей юрисдикции”, – отметили в ЦБА.

    Напомним, что платежная система Contact остановила работу, в том числе и в азербайджанских банках, после того, как 21 февраля Центробанк России отозвал лицензию “Киви банка” (QIWI-банк).

    Contact работает с 1999 года и является первой российской системой денежных переводов. Международная сеть Contact включает свыше 670 000 пунктов обслуживания – банковских отделений, платежных терминалов, офисов банковских платежных агентов и т.д. – более чем в 180 странах, включая Азербайджан.

  • Azərbaycanlıların “QIWI” pul cüzdanlarında qalan vəsaitlərinin aqibəti necə olacaq? – RƏSMİ CAVAB

    “Azərbaycan vətəndaşlarının Rusiyada fəaliyyəti dayandırılmış “QIWI Bank”ın pul cüzdanlarında qalan pullarının aqibəti xarici yurisdiksiya ilə həll olunacaq”.

    Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) “Report”un sorğusuna cavab olaraq bildirilib.

    “QIWI” pul cüzdanı xarici yurisdiksiyaya aid olduğundan ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması məsələləri də müvafiq yurisdiksiya çərçivəsində tənzimlənir.

    Məlum olduğu kimi, ölkə daxilində elektron pul təşkilatlarının fəaliyyəti və elektron pulun emissiyası ilə bağlı münasibətlər 2023-cü ilin doqquz noyabr tarixində qüvvəyə minmiş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunu ilə tənzimlənir və həmin qanunda elektron pul cüzdanlarında olan pul vəsaitlərin hüquqi rejimi ilə yanaşı hazırda beynəlxalq təcrübədə tətbiq olunan vəsaitlərin qorunma mexanizminin tətbiqini zəruri edən təhlükəsizlik normaları da yer alıb”, – deyə AMB bildirib.

    Tənzimləyici qurum vurğulayıb ki, Azərbaycanda elektron pul təşkilatları tərəfindən qəbul edilmiş pul vəsaitlərinin ayrıca bank hesabında saxlanılması, müvafiq miqdarda sığortaçıda mülki məsuliyyətinin sığortalanması, zəmanət ilə təmin olunması kimi tədbirlər həyata keçirilə bilər.

    Qeyd edək ki, Rusiya Mərkəzi Bankı fevralın 21-də “QIWI Bank”ın lisenziyasını ləğv etdikdən sonra “QIWI” pul cüzdanları vasitəsilə əməliyyatlar bloklanıb və istifadiçələrin vəsaitlərinin hesabdan çıxarılması dayandırılıb.

  • Şamaxıda əmioğlanlarından dəhşətli əməl: Məktəbli qızı kimsəsiz evə gətirdilər – TƏFƏRRÜAT

    Şamaxıda 1994-cü il təvəllüdlü İlkin əmisi oğlunun yetkinlik yaşına çatmayan Vəfa (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olmasını videoya çəkib və daha sonra qızı hədələyib.

    Teleqraf.com-un məlumatına görə, İlkin 2022-ci ilin noyabr ayının əvvəllərində həmkəndlisi, yetkinlik yaşına çatmayan Vəfanın əmisi oğlu Əli ilə seksual xarakterli hərəkətlər etdiyini görüb.

    O, bunu mobil telefonla videoya çəkdikdən sonra həmin gün “Instagram” sosial şəbəkəsində Vəfaya yazıb və onunla da seksual xarakterli hərəkətlər etməsini təklif edib. Vəfa İlkinin bu təklifini rədd edib.

    İlkin həmin videonu mobil telefonunda saxladığını bildirib və Vəfanı hədələyib. Təklifini qəbul etməyəcəyi təqdirdə sözügedən videonu Vəfanın valideynlərinə göndərəcəyini və kənd sakinləri arasında onu rüsvay edəcəyini bildirib.

    Bu hədələrlə o, Vəfanı seksual xarakterli hərəkətlərə məcbur edib.

    “Cinsi əlaqədə olacağını dedi”

    İlkinin barəsində Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həmkəndlisi Vəfanın əxlaqsız həyat tərzi sürdüyünü eşitsə də, onun kiminlə və nə vaxt cinsi əlaqədə olmasını bilməyib:

    “Əmim oğlu Əli mənə 2022-ci ilin noyabrın əvvəllərində Vəfa ilə “Instagram” sosial şəbəkəsində mesajlaşdığını dedi. Əlidən yaşca böyük olduğumdan ona Vəfa ilə əlaqə saxlamamasını və gələcəkdə bunun problemlər yarada biləcəyini dedim. Əli isə bir neçə gün sonra, yəni 2022-ci ilin noyabrın əvvəllərində, saat 13 radələrində Vəfa ilə xalası Fatmaya məxsus, heç kimin yaşamadığı evdə cinsi əlaqədə olacağını dedi”.

    “İntim hərəkətlər etməyə başladı”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, 2022-ci ilin noyabrın əvvəllərində, günorta saat 12 radələrindən Fatmaya məxsus evin yaxınlığından keçən zaman Vəfanın hasardan aşaraq həyətə daxil olduğunu görüb:

    “Mən də onun arxasınca hasardan aşaraq həyətə daxil oldum. Həyətdə yerləşən sanitar qovşağın qapısının bağlı olduğunu, içəridənsə səslərin gəldiyini eşitdim. Qapını açmağa cəhd etsəm də, bağlı olduğunu gördüm.

    Təxminən 10-15 saniyə sonra Əli sanitar qovşağın qapısını açdı. Vəfanın Əli ilə birlikdə sanitar qovşaqda olduğunu gördüm. Vəfadan niyə burada olduğunu və Əli ilə sanitar qovşağında nə etdiyini soruşdum. Vəfa həmin yerə gəlmələrinin səbəbini Əlidən soruşmağımı istədi”.

    “Məqsədim cinsi əlaqədə olmaq idi”

    İlkin qeyd edib ki, həmin vaxt Əli ilə Vəfanın intim hərəkətdə olmalarını mobil telefon vasitəsi ilə təxminən 15-20 saniyəlik videoya çəkib:

    “Vəfa onları videoya çəkdiyimi gördü, çəkilişi saxlamağımı istədi. Mən də çəkilişi dayandırdım. Həmin videonu çəkməkdə məqsədim Vəfanı hədələyib, onunla cinsi əlaqədə olmaq idi”.

    “Videonu yaymaq məqsədim olmayıb”

    İlkin qeyd edib ki, Vəfa ilə amansız rəftar etməyib, ləyaqətini mütəmadi alçaltmayıb, ona hədə-qorxu gəlməkdə məqsədi isə cinsi əlaqədə olmaq olub:

    “Həmin videonu çəkməkdə məqsədim videogörüntünü yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, gəlir əldə etmək olmayıb”.

    İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, o, atası, anası, bacısı və qardaşı ilə birlikdə yaşayır:

    “Orta məktəbin doqquzuncu sinif şagirdiyəm. 2022-ci ilin noyabrın əvvəllərində məktəbdən çıxdıqdan sonra günorta saat 12 radələrində Əli məni qonşuluqda yerləşən xalasına məxsus, heç kimin yaşamadığı evə dəvət etdi. Əlinin sözlərinə görə, xalası və onun ailə üzvləri Bakı şəhərində yaşayırlar.

    Əlinin dediyi vaxt həmin evə gələrək hasardan aşıb həyətə daxil oldum. Giriş darvazası ilə üzbəüz birmərtəbəli fərdi yaşayış evi, sol hissədə talvar, sağ hissədə isə tualet və hamam kimi istifadə edilən tikililər vardı.

    Mən həmin evə gəldikdə Əli artıq məni orada gözləyirdi. Girişdən sağ tərəfdə yerləşən tualetə daxil olduq. Birbaşa məktəbdən gəldiyim üçün əynimdə məktəbli forması var idi. Əli ilə tualetə daxil olduqdan sonra mənə əxlaqsız, iyrənc hərəkətlər etməyi təklif etdi. Daha sonra tualetin qapısı döyüldü. Əli qapını açdı. Orada təxminən 25-28 yaşında olan saqqallı bir oğlan dayanmışdı, həmin şəxsi əvvəllər görməmişdim. Əlidən onun kim olduğunu soruşdum. Əli həmin şəxsin kənd sakini Səid olduğunu, aralarında heç bir qohumluq əlaqələrinin olmadığını dedi”.

    “Bizi videoya çəkdi”

    Vəfa qeyd edib ki, daha sonra rayon polis şöbəsinə dəvət edilən zaman həmin şəxsin adının əslində İlkin olduğunu, həm də Əlinin əmisi oğlu olduğunu öyrənib:

    “Özünü Səid kimi təqdim edən İlkin ev sahibinin qohumu olduğunu dedi, bizim həmin evdə görüşdüyümüzə görə iradını bildirdi. Daha sonra İlkin mobil telefonunu çıxarıb bizi videoya çəkməyə başladı. Buna etiraz etsəm də, Əli mənə narahat olmamağımı, həmin videonu heç bir şəxsə göstərməyəcəyini dedi. Bundan sonra Əli məni bir daha hədələdi. Məcbur olub Əlinin iyrənc hərəkətlər etməsinə razılıq verdim. İlkin təxminən iki-üç dəqiqə bizi videoya çəkdi. O, videonu heç kimə göndərməyəcəyini dedi. Daha sonra üçümüz də həmin evi tərk etdik. Əli mənə həmin videonu sildirəcəyinə söz verdi”.

    “Cinsi əlaqədə olacağımı dedim”

    İş üzrə zərərçəkmiş Əlinin sözlərinə görə, Vəfa ilə cinsi əlaqədə olmağını əmisi oğlu İlkinə bildirib:

    “Vəfa ilə növbəti dəfə cinsi əlaqədə olarkən İlkini də dəvət edəcəyimi dedim. Dəvətdə məqsədim cinsi əlaqədə olduğumuz anı çəkməsi və sonradan həmin video ilə Vəfanı şantaj etmək olub. Çünki Vəfanın əvvəllər əxlaqsız hərəkətlər etdiyini bilsəm də, əlimdə ona aid hər hansı foto və ya video olmayıb.

    Sözügedən hadisədən təxminən 20 gün sonra Vəfaya hədə-qorxu gələrək mənimlə cinsi əlaqədə olması üçün məcbur etmişəm”.

    Bu cinayət işinə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin bir il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, İlkinin cinayət işi üzrə adı keçən şahid Əlinin barəsində cinayət işi ayrıca icraata götürülüb. Ona Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

  • Одно из жилых зданий в Хырдалане строится уже 18 лет – ВИДЕО

    Жильцы не могут заселиться в здание, которое строится уже 18 лет на улице Мамеда Эмина Расулзаде в городе Хырдалан.

    Они утверждают, что квартиры проданы двум или трем лицам одновременно.

    По данному вопросу вынесено соответствующее решение, но граждане не довольны сложившейся ситуацией.

    Подробнее – в сюжете ATV Xəbər: