Month: March 2024

  • Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb

    Fransa Seneqaldan dəniz qoşunlarını çıxarmağa başlayıb.

    Qeyd olunub ki, qoşunların tam olaraq çıxarılması iyunun sonundan gec olmayaraq həyata keçiriləcək. Nəticədə Fransanın Seneqaldakı hərbi mövcudluğu 500 əsgərdən 260-a enəcək.

    Seneqalda qalan fransız hərbçiləri əsasən təlimatçılardır. Onlar Seneqal əsgərlərinə təlim verməyə davam edəcəklər.

    Xatırladaq ki, 2022-ci ilin payızında Fransanın Prezidenti Emmanuel Makron 2014-cü ildən Qərbi Afrikada Sahel zonasında keçirilən “Barxan” əməliyyatının başa çatdığını elan edib. Mali və Niger hakimiyyətinin tələbi ilə onların ərazilərində yerləşən fransız qoşunları da tamamilə çıxarılıb.

    Mənbə: TASS

  • В офисе Toplum TV проведен обыск – ОФИЦИАЛЬНО

    Министерство внутренних дел (МВД) Азербайджана прокомментировало информацию, распространяемую в соцсетях о проведении обыска в офисе Toplum TV.

    В ответ на запрос Report в пресс-службе МВД сообщили, что сотрудники полиции провели оперативно-разыскные мероприятия по поступившей информации о деятельности группы лиц в офисе, расположенном по адресу: Баку, Наримановский район, ул.Ю.В.Чеменземинли, дом 98В, а также по другим адресам.

    Будет предоставлена дополнительная информация.

  • “Toplum” TV-nin ofisində axtarış aparılıb – RƏSMİ

    Daxili İşlər Nazirliyi (DİN) “Toplum” TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

    “Report”un sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Əlavə məlumat veriləcək.

  • Model sevgilisini döyən Ziya Hüseynzadə 20 il həbs oluna bilər

    Model sevgilisini döyməyə görə həbs edilən Ziya Hüseynzadənin dələduzluq, qanunsuz külli miqdarda kredit alma və digər ittihamlarla təqsirləndirildiyi iş üzrə məhkəmə istintaqı başlayıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.

    “PKF Audit Azerbaijan” və “PKF Audit Consulting” MMC-nin təsisçisi Ziya Hüseynzadənin ittiham edildiyi ilk epizod külli miqdarda qanunsuz kredit götürməsi ilə bağlıdır.

    İttihamda deyilir ki, Z.Hüseynzadə digər şəxslə əlbir olaraq Salyan rayonunun Yenikənd və Pambıqkənd kəndlərindəki istixanalarda tərəvəz məhsullarının yerləşdirilməsi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit almağa nail olub. Bu hərəkətləri ilə o, banka külli miqdarda ziyan vurub. Z.Hüseynzadə bundan sonra eyni banka təkrar ziyan vurub. Belə ki, o, özünü şirkət rəhbəri kimi təqdim edərək 5 milyon 600 min avro kredit götürüb.

    Bundan əlavə, təqsirləndirilən şəxs digər şəxslə əlbir olaraq cinayətdən xəbərsiz təsisçisi olduğu MMC-nin direktoru Aydın Rzayevin vaxtilə başqa bir işə bağlı verdiyi etibarnaməni saxtalaşdırıb. Saxtalaşdırılmış etibarnaməni “Muğan Bank”ın baş ofisinə təqdim edib. Bu hərəkətləri ilə Hüseynzadə və əlbir olduğu şəxs 30 min manat dəyərində vəsaiti nağd şəkildə götürüblər. Daha sonra isə “Muğan Bank”ın Xəzər rayon şöbəsindən 2 milyon dollar götürüb.

    Z.Hüseynzadə, həmçinin aldatma və ələ keçirmə yolu ilə bu iş üzrə zərərçəkmiş qismində tanınmış Kənan Rəsulovun adına iqlim çərçivəsində investisiya adı ilə müvafiq qurumdan 260 min avro qrant alıblar. Hüseynzadə 260 minin 133 min avrosunu özünə götürüb. Bu hərəkətləri ilə isə o, Kənan Rəsulova həmin məbləğdə ziyan vurub.

    Ziya Hüseynzadə ittihama münasibətdə özünü təqsirli bilməyib.

    Hakim qeyd edib ki, müttəhim verilmiş ittihamlarla təqsirli bilinərsə, 20 ilə kimi azadlıqdan məhrum edilə bilər.

    Prosesin sonuna yaxın zərərçəkmiş Kənan Rəsulovun vəkili məhkəmədə mülki iddia qaldırıb. Tərəf onlara dəymiş 130 min dollar məbləğində ziyanın, həmçinin ödənilmiş 5 min manat rüsumun Ziya Hüseynzadədən tutularaq zərərçəkmişə ödənilməsini istəyib.

    Növbəti iclas martın 13-nə təyin edilib.

    Qeyd edək ki, Z.Hüseynzadənin digər cinayət işi üzrə məhkəmə araşdırması da davam edir. Həmin işə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hüseynzadə həmin işdə əzab verməkdə, xuliqanlıqda, oğurluqda və digər cinayətlərdə ittiham edilir.

  • Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

    Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hal da şamil ediləcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

    Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

    Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

    Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən, valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.

    Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

  • Gəncədə 11 yataqxana binası qəzalı vəziyyətdədir

    Gəncə şəhərində 11 yataqxana binası qəzalı vəziyyətdədir.

    Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Qeyd olunub ki, Bakı, Gəncə və Sumqayıt şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının texniki cəhətdən təhlükəlilik vəziyyətinə görə prioritetləşdirməklə tərtib edilmiş siyahılar üzrə görüləcək tədbirlərin sistemləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupu tərəfindən təkliflərin hazırlanması ilə bağlı işlər aparılır.

    Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə 1 525 mənzili olan 18 ədəd yataqxana binasından 768 mənzili olan 11 yataqxana binasına baxış keçirilib və onların texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə müvafiq aktlar tərtib edilərək həmin siyahıya daxil edilib.

  • Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq

    Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağı hal da şamil ediləcək.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

    Qüvvədə olan qanuna görə, beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

    Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

    Təklif olunan dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olacaq.

    Həmin kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi hallarda tətbiq ediləcək.

    Layihə parlamentin plenar iclasına tövsiyə edilib.

  • Afrikalı uşaqla şəkil çəkdirdiyi üçün saxlanılan azərbaycanlılar Vətənə qayıdırlar

    Afrikalı uşaqla şəkil çəkdirdikləri üçün saxlanılan azərbaycanlılar Vətənə qayıdırlar.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı məlumat paylaşıb.

    Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinə turist kimi səfər edən və azyaşlı uşaqla şəkil çəkdirdikləri üçün müəyyən problemlərlə üzləşərək, ölkədən çıxışlarına qadağa qoyulan Emin Cəlilov və Mehman Pənahov bir saat əvvəl vətənə yola düşüblər:

    “Onlar Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına zəng edərək Komitəyə, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə koordinatoru Nuranə Hüseynova və diaspor fəalı Səbinə Səfərovaya, ümumilikdə BƏƏ-dəki soydaşlarımıza göstərdikləri maddi, mənəvi dəstək və hüquqi yardıma görə təşəkkürlərini ifadə ediblər”.

    Qeyd edək ki, 2023-cü ilin dekabr ayında hər iki şəxs “Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdikdən sonra bu hərəkətlərinə görə saxlanılıblar.
    //oxu.az

  • İraqın şimalında 3 terrorçu məhv edilib

    İraqın şimalında Pençe və Pençe-Kilid əməliyyatı bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.

    Türkiyə ordusu tərəfindən İraqın şimalında Pençe və Pençe-Kilid əməliyyatı bölgəsində 3 PKK terrorçusu aşkarlanıb.

    Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial media hesabında məlumat verilib.

    Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

    “Türkiyə Silahlı Qüvvələrimiz terroru məhv etmək üçün əməliyyatlarını effektiv və qətiyyətlə davam etdirir. İraqın şimalında Pençe və Pençe-Kilid bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçuların yuvalarını məhv etməyə davam edəcəyik!”
    //azxeber

  • Abşeronda küçədə meyit tapılıb

    Abşeronda 68 yaşlı kişinin meyiti küçədə tapılıb.

    APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

    Meyiti tapılan şəxsin 1956-cı il təvəllüdlü Eldar Lətif oğlu Hüseynov olduğu müəyyən edilib. Onun səhər saatlarında işə gedərkən yolda öldüyü bildirilir.

    Faktla bağlı araşdırma aparılır.