Month: March 2024

  • Abşeronda naməlum kişi meyiti aşkarlanıb

    Abşeronda naməlum kişi meyiti aşkarlanıb.

    “Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Saray qəsəbəsində bataqlıq ərazidə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycanda elektrik enerjisinin kəsilməsi müddəti ilə bağlı YENİLİK

    Nazirlər Kabineti sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında qərar qəbul edib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, sözügedən müddət bir ay müəyyən edilib.

    Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

  • К сведению водителей: ограничено движение на одной из улиц Баку

    В Баку на улице Теймура Эльчина, перед Телетеатром в направлении улицы Мехти Гусейна, ведутся земляные работы.

    Об этом сообщили в Центре интеллектуального управления транспортом Министерства внутренних дел страны.

    Отмечается, что на указанной части дороги движение ограничено.

    Водителей транспортных средств просят учесть сложившуюся ситуацию.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakıda bir küçədə hərəkət məhdudlaşdırılıb

    Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində yolda qazıntı işləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, həmin hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən nəzərə almaları xahiş edilir.

  • Prezident: “Gözəlliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar”

    “Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb.

    Məktubda bildirilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları, həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

    “Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

    Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin Vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”, – deyə məktubda, həmçinin qeyd olunub.

  • В Азербайджане предлагается снизить стоимость лекарств

    Предложено осуществлять устойчивые мероприятия по улучшению доступа граждан к лекарственному обеспечению, а также по снижению цен и повышению качества лекарств.

    Как передает АПА, это отражено в отчете Кабинета министров Азербайджана о деятельности за 2023 год.

    В документе отмечается, что с целью снижения зависимости от импорта за счет удовлетворения спроса на фармацевтическую продукцию местного производства создаются новые производственные предприятия, а также совершенствуются законодательные акты.

    Регулирование государством верхнего предела цен на лекарства позволит импортерам и аптекам продавать лекарства по более низким ценам и конкурировать в этом направлении.

  • Dərmanların qiymətinin endirilməsi ilə bağlı TƏKLİF

    Vətəndaşların dərman təminatına əlçatanlığının yaxşılaşdırılması, habelə dərmanların qiymətinin aşağı salınması və keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı tədbirlərin görülməsi təklif olunub.

    APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Hesabatda qeyd edilib ki, əczaçılıq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi ilə idxaldan asılılığın azaldılması məqsədilə yeni istehsal müəssisələri yaradılır, eləcə də qanunvericilik aktları təkmilləşdirilir:

    “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmində dəyişikliyə və həmin dəyişikliklə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 15 avqust tarixli 2298 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən dərman vasitələrinin sadələşdirilmiş ekspertiza xidmətlərinin tarifləri mövcud tariflərdən 20-29%-ə qədər aşağı, adi ekspertiza tarifləri isə mövcud tariflərdən 19-20%-ə qədər yuxarı təsdiq edilib.

    Dövlət tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı hədd olaraq tənzimlənməsi idxalçılar və apteklərə dərmanları daha aşağı qiymətə satmağa və qiymətlərlə rəqabət aparmağa imkan verəcək.

    Eyni zamanda, yerli istehsalın təşkili ilə əlaqədar bildiririk ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) investisiya portfelində əczaçılıq sahəsində birdəfəlik şprislərin və infuzion məhsulların istehsalı üzrə layihələr mövcuddur. 2022-ci il 5 avqust tarixində AİŞ və “Diamed Development Group” MMC arasında infuzion məhlulların (su tərkibli dərman) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. Layihə çərçivəsində əsasən natrium xlorid (0,9%), Ringer laktat və qlükoza (5%) məhsullarının istehsalı nəzərdə tutulub, Pirallahı rayonunda yerləşən zavodda istehsal prosesinə başlanılıb.

    Bundan əlavə, 2023-cü ilin əvvəlində AİŞ ilə Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” Şirkəti arasında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı ilə bağlı layihənin həyata keçirilməsinə dair 2023-cü il 3 may tarixində əməkdaşlıq müqaviləsi imzalanıb.

    Qeyd olunanlarla yanaşı, dərmanların satış qiymətlərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin istehlak bazarına təsirinin müəyyənləşdirilməsi ilə bağlı ən çox satılan 105 dərman vasitəsi üzrə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən apteklərdə monitorinqlər aparılıb, dərman vasitələrinin idxalı, topdansatışı və pərakəndə satışı sahəsində yüksək bazar payına malik olan şirkətlərdən toplanılmış məlumatlar əsasında müvafiq təhlillər aparılaraq təkliflər hazırlanıb”.

  • Rusiyanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

    Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycan Respublikasına səfəri martın 6-da başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər yola salıblar.

  • Azərbaycanda 13 000-ə yaxın vətəndaşın oğurlanmış kart məlumatları aşkarlanıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) tərəfindən istifadəçilərə qarşı elektron təhlükələrin qarşısının alınması və baş vermiş kiberhücumların araşdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Qurum baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

    Məlumata görə, ETX Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının da üzv olduğu yerli kibertəhlükəsizlik startapı olan “Cypho” ilə birlikdə sosial şəbəkələrdə ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarının ələ keçirilməsi ilə nəticələnən kiberdələduzluq hallarını araşdırıb.

    Araşdırma nəticəsində son iki ay ərzində kiberdələduzlar tərəfindən ələ keçirilən 13000-ə yaxın vətəndaşa məxsus müxtəlif bankların kart məlumatlarının bazası aşkar edilib. Əldə olunmuş məlumatlar zərərçəkmiş vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti üzrə təqdim olunacaq.

    ETX vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq dəqiqləşdirməyi tövsiyə edir. Həmçinin bu hallarla qarşılaşan vətəndaşlardan “1654” qaynar xətti və ya reports@cert.az e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

  • Франция начала вывод из Сенегала подразделения морской пехоты

    Франция начала выводить подразделение морской пехоты из Сенегала.

    Об этом сообщил новостной портал Seneweb.

    Окончательный вывод подразделения состоится не позднее конца июня, отмечает Seneweb. В результате военное присутствие Франции в Сенегале сократится с нынешних 500 военнослужащих до 260.

    Остающиеся в Сенегале французские военные являются в основном инструкторами, передает электронное издание. По его словам, они продолжат обучать сенегальских солдат.

    Источник: ТАСС