Month: March 2024

  • Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

    ABŞ-nin Nyu-York federal məhkəməsi Sem Benkman-Fridi 25 il həbs cəzasına məhkum edib.

    O, Baham adalarında yerləşən kriptovalyuta birjası “FTX”nin operatoru olan “FTX Group”un qurucusu və baş direktoru olub.

    Şirkət 11 noyabr 2022-ci ildə müflis olduğunu elan edib. Eyni zamanda, baş direktor Sem Benkman-Fridin vəzifəsindən istefa verəcəyi açıqlanıb və şirkət özü də kənar idarəetməyə keçib.

    2022-ci ilin dekabrında Sem Benkman-Frid ABŞ-nin tələbi ilə Baham adalarında saxlanılıb. Eyni zamanda, o, birjaya ümumilikdə 1,8 milyard dollar sərmayə qoyan FTX investorlarını aldatmaq üçün bir sxem təşkil etməkdə ittiham edilib.

    2023-cü ilin noyabrında Benkman-Frid Nyu-Yorkda münsiflər heyəti tərəfindən FTX müştəri hesablarından milyardlarla dollar oğurlamaqda, həmçinin kriptovalyuta müştərilərinin vəsaitlərini bank hesabında saxlayan “Alameda Research” hedcinq fondunun kreditorlarını aldatmaqda günahkar bilinib. Bundan əlavə, məhkəmə münsifləri Sem Benkman-Fridi FTX investorlarını aldatmaqda və çirkli pulların yuyulmasında təqsirli bilib.

    Ümumilikdə o, maksimum 115 il həbs cəzası nəzərdə tutan yeddi ittiham üzrə təqsirli bilinib. Eyni zamanda, prokurorluq FTX-nin təsisçisinə 40 ildən 50 ilədək həbs cəzası istəyib.

    Mənbə: kommersant.ru

  • Ər və arvada verilmiş hədiyyələr boşanma zamanı geri alına bilərmi? – VİDEO

    Nişan və toy zamanı bəy ilə gəlinə verilən hədiyyələr boşanma zamanı geri alına bilərmi?

    “Xəzər Xəbər” mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

    Qeyd edək ki, sənədsiz tikilinin ər və arvad arasında bölünməsi barədə qərar – bu tikilinin qanuni sayılması demək deyil. Bu məhkəmə qərarı heç bir halda həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qeydiyyata alınmasına əsas vermir. Sadəcə, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisələri həll edən məsələ olacaq.

    Ətraflı süjetdə:

  • Число пострадавших при теракте в “Крокус Сити Холле” выросло до 382

    Число пострадавших в результате теракта в “Крокус Сити Холле” возросло до 382, сообщили ТАСС в центре медицины катастроф.

    “По уточненным данным, пострадали 382 человека, включая девятерых детей. Большинству, 217 пострадавшим, оказана амбулаторная помощь. Ранее 165 человек были госпитализированы, 96 из них уже выписаны”, – сказал собеседник агентства.

    Вечером 22 марта группа вооруженных людей ворвалась в “Крокус Сити Холл” и открыла огонь из автоматов по людям, пришедшим на концерт группы “Пикник”, а после подожгла концертный зал. По последним данным, жертвами теракта стали 143 человека.

  • “Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

    Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

    Məlumata görə, xəsarət alanların əksəriyyətinə ambulator yardım göstərilib.

    Qeyd edək ki, dünən 372 nəfər xəsarət alanın olduğu barədə məlumat yayılmışdı. Ölənlərin ümumi sayı isə 143 nəfərdir.

    Mənbə: TASS

  • AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? – AÇIQLAMA

    Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi.

    Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.

    Modern.az saytı bunun səbəbini aydınlaşdırmaq üçün AzTV ilə əlaqə saxlayıb.

    Telekanalın mətbuat katibi Rüfət Seyidov saytımıza açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:

    “Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. “Müsahibənin indi verilməsi nə qədər doğrudur?” sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsi ilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın.

    Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda assosiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək”.

    Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:

    “Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi, müsahibənin gedəcəyi gün barədə məlumat verəcəyik”.

  • Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər

    Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.

    Bu barədə Simonyan cümə axşamı Ermənistanın İctimai Televiziyasının efirində deyib:

    “Biz növbəti görüşlə bağlı razılığa gəldik. İlkin razılıq var ki, növbəti görüş mayın ortalarında baş tutacaq”, – o bildirib.

    Simonyanın sözlərinə görə, görüş Parlamentlərarası İttifaq çərçivəsində baş tuta bilər.

    “Parlamentlərarası İttifaqın platforması həm bizim, həm də Azərbaycan tərəfi üçün arzuolunandır, onlar müdaxilə etmirlər və sadəcə məkan verirlər”, – Simonyan qeyd edib.

    Xatırladaq ki, Qafarova və Simonyan martın 22-də Cenevrədə Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində görüşüblər. Görüşdə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə iki ölkə parlamentlərinin mümkün yardımı məsələləri müzakirə edilib. Tərəflər həmçinin parlamentlərarası səviyyədə dialoqun mümkünlüyünü nəzərdən keçirmək barədə razılığa gəliblər.

    Mənbə: İnterfaks

  • Gəncədə yaşayış binası yanır: Sakinlər təxliyə edilirlər

    Gəncədə yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, yanğın Heydər Əliyev Prospektində yerləşən beş mərtəbəli yaşayış binasında qeydə alınıb.

    Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

    Əraziyə dərhal FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

    Bina sakinləri təxliyə edilirlər.

  • Али Нагиев: Задержание главарей сепаратистов в Карабахе – один из самых больших успехов СГБ в 2023 году

    Задержание главарей сепаратистского режима в Карабахе – один из самых больших успехов, достигнутых Службой государственной безопасности (СГБ) Азербайджана в 2023 году.

    Как сообщает oxu.az, об этом сказал глава СГБ генерал-полковник Али Нагиев в ходе выступления на состоявшемся сегодня торжественном мероприятии по случаю 105-летия создания органов безопасности Азербайджана.

    “Одним из самых больших успехов, достигнутых СГБ в 2023 году, является проделанная ведомством благодаря решительной политической воле победоносного Верховного главнокомандующего работа по привлечению к уголовной ответственности главарей сепаратистско-криминального режима хунты в Карабахе и даче правовой оценки их кровавым преступлениям”, – отметил А.Нагиев.

  • DTX rəisi: “Qarabağdakı separatçı rejim rəhbərlərinin saxlanılması ən böyük uğurlardan biridir”

    2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Qarabağdakı separatçı-kriminal xunta rejiminin rəhbərlərinin cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir”.

    Median.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

    “2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əldə etdiyi ən böyük uğurlardan biri Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi sayəsində ölkəmizin Qarabağ ərazisində uzun illər kök salmış separatçı-kriminal xunta rejiminin rəhbərlərinin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsi və onların törətdikləri qanlı cinayətlərinə hüquqi qiymətin verilməsi istiqamətində gördüyü işlərdir”, – deyə DTX rəisi bildirib

  • СМИ: В ЮАР автобус упал с моста, погибли 45 человек

    По меньшей мере 45 человек погибли в результате падения автобуса с моста и его возгорания в южноафриканской провинции Лимпопо, сообщают СМИ.

    “Сорок пять верующих погибли, несколько серьезно ранены после того, как их автобус вышел из-под контроля, упал с моста и загорелся на горном перевале между Мокопане и Маркеном в Лимпопо”, – говорится в сообщении.

    Приводятся слова министра транспорта ЮАР Синдисиве Чикунга о том, что в результате крушения автобуса, в котором ехали паломники, выжила лишь одна восьмилетняя девочка. Ребенок был доставлен в больницу. Еще одна женщина скончалась по пути в медучреждение.

    Источник: РИА Новости