Month: March 2024

  • CAR-da FACİƏ: Zəvvarları daşıyan avtobus aşıb, 45 nəfər ölüb

    Cənubi Afrika Respublikasının (CAR) Limpopo əyalətində avtobusun körpüdən aşaraq alışması nəticəsində azı 45 nəfər ölüb.

    Məlumata görə, Mokopane və Marken arasındakı dağ keçidində avtobus idarəetmədən çıxaraq aşıb.

    CAR-ın nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində yalnız səkkiz yaşlı bir qız sağ qalıb və xəstəxanaya aparılıb. Daha bir qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Mənbə: RİA Novosti

  • Pensiya və müavinətlər artırıla bilər – VİDEO

    Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir.

    Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib.

    O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır.

    Millət vəkili hesab edir ki, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər. Onun fikrincə, 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılması da mümkündür. Çünki dövlət büdcəsində sosial hədəflər də mühüm yer tutur.

    Millət vəkili onu da əlavə edib ki, əvvəlki illərdə də pensiya və sosial müavinətlərin bir ildə iki dəfə artırılması ilə bağlı qərarlar verilib.

    Ətraflı süjetdə:

  • Dostunun ad günündə dava saldı: Həbs olundu

    Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən “Səhnə” restoranında keçirilən ad günü mərasimində dava düşüb.

    “Qaynarinfo”nun məlumatına görə, dava musiqi sifariş vermək üstündə baş verib.

    1990-cı ildə Bakı şəhərində anadan olan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

    Təqsirləndirilən şəxs deyib ki, 27 mart 2024-cü ildə “Səhnə” restoranında dostunun ad günündə yeyib-içiblər. Daha sonra rəqs etmək üçün musiqi sifariş ediblər. Rəqs etdikləri zaman orada olan digər müştəri başqa musiqi sifariş edib. Bu səbəbdən mübahisə yaranıb və davaya çevrilib.

    Məhkəmə təqsirləndirilən şəxs barəsində yeddi gün müddətinə həbs qərarı verib.

  • Крокус Сити Холл” и армянское лобби России – ВИДЕО

    Теракт, совершенный в “Крокус Сити Холле” в подмосковском Красногорске, потряс не только российское, но и, по понятным причинам, азербайджанское общество. Кому как не азербайджанцам знать, что такое кровь родных, близких, да и вообще невинных соотечественников, пролитая в результате гнусных нападений там, где меньше всего ожидаешь трагедий.

    Об этом говорится в очередном аналитическом сюжете YouTube-канала Caliber.

    “Взрывы в бакинском метро, рейсовых автобусах, вагонах пассажирских поездов, не говоря уже о многочисленных военных преступлениях против гражданских лиц, – все это лишь малая часть длинного послужного списка подонков, следы которых, как не удивительно, ведут в соседнюю страну, где терроризм является чуть ли не национальной идеей, а преступники, вставшие на этот путь, провозглашаются национальными героями, кому затем воздвигают памятники, посвящаю песни, стихии и даже оперы”, – отмечается в материале.

    Подробнее – в видео:

  • Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi – VİDEO

    Moskva yaxınlığındakı “Crocus City Hall”da baş vermiş dəhşətli terror aktı təkcə Rusiya xalqını deyil, həm də məlum səbəblərdən Azərbaycan ictimaiyyətini də sarsıtdı.

    Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.

    Qeyd olunur ki, faciəyə dərin kədərlənənlərlə yanaşı, ondan elə ilk anlardan etibarən istifadə edənlər də az deyildi. Belələrindən biri də, qədim terror tarixinə malik olan ermənilərin Rusiyadakı himayədarları idi. Bu ölkədəki erməni lobbisi və təbliğatçıları hər vəchlə terror aktı ilə paralel olaraq Azərbaycan və Türkiyənin adının hallanmasına çalışırdılar.

    Daha ətraflı “Caliber”in yeni videomaterialında:

  • Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər – VİDEO

    Son zamanlar avtomobilin dövlət qeydiyyat nişanının yerini dəyişərək qanunu pozan sürücülər çoxalıb.

    Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, sürücülər bunu məqsədli şəkildə edirlər:

    “Təbii ki, onu ora qoyanda axırıncı nömrə oxunmur. Deməli, kameradan yayınmağa hesablanmış bir addımdır və ya radarın görmə bucağını kəsən əməllərə yol verirlər. Bu da nömrəni sağ və sol küncə yapışdırmaqdan ibarətdir”.

    Yol polisi belə sürücülərin qanunsuz əməllərinin qarşısını almaq üçün hərəkətə keçib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, dövlət qeydiyyat nişanı avtomobilin arxa və qabaq hissəsində müəyyən edilmiş yerdə bərkidilməlidir:

    “Lakin təəssüflə qeyd edirəm ki, bəzi sürücülər dövlət qeydiyyat nişanlarını müəyyən edilmiş yerdə deyil, digər hissələrə bərkidirlər. Bu da xüsusi texniki vasitələrin nömrəoxuma funksiyalarına çətinlik yaradır. Bu, qayda pozuntusudur və inzibati məsuliyyət yaradır”.

    Qeyd edək ki, belə sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək, qanunsuzluğa yol verənlər cəzalandırılacaqlar.

    Ətraflı Baku TV-nin süjetində:

  • Bakıda mənzildə meyit tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq

    Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

    Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanın Əməkdar artisti vəfat edib

    Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.

    Bu barədə “Report”a aktyorun oğlu Rəşad Əliyev məlumat verib.

    O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib. O, sabah “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

    Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

  • Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb – FOTO

    Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində gediş haqqı lövhəsinin nümunəvi forması müəyyən edlib.

    Bu, Nazirlər Kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

    Qərara əsasən, gediş haqqı lövhəsində km üçün hər km-ya görə,km-dan artıq hər km-ə görə sifariş haqqı əks olunacaq. Həmçinin, sifariş müddətində boş dayanmanın hər dəqiqəsinə görə sifariş haqqı əks olunacaq.