Month: March 2024

  • Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə sabah start veriləcək.

    Bu barədə idarədən məlumat verilib.

    Qeyd olunub ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən namizədlər iştirak edəcəklər.

    Müsahibə nəticələrinin qiymətləndirilməsi 5 ballıq şkala əsasında aparılacaq. Nəticələr barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək.
    Müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınacaq.

    Qeyd edək ki, təkrar müsahibədə uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaq və ya kadr ehtiyat siyahısına daxil ediləcəklər.

  • Bu ərazilərdə də parkinq bahalaşdı – Yeni qiymət

    Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb.

    Median.Az xəbər verir ki, bunu Trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər.

    Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır.

    Bəs bu nə dərəcədə qanunidir?

    Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Trend-ə açıqlamasında bildirib ki, bəzi binalarda MTK rəhbərliyinin özü, ya da zirzəmilərindəki parklanma yerlərini almış şəxs icarəyə verə bilir:

    “Bəzən çoxmənzilli binalar tikilərkən parklanma mütləq nəzərə alınmalıdır. Çünki paytaxtda insan sayı getdikcə artır. Bu səbəbdən də avtomobillərin sayı artır. Belə olduqda hər binanın mənzil sayına görə avtopark yeri olmalıdır. Yeni tikilən binaların birinci mərtəbələrində ictimai-iaşə obyektləri açılır. Bura gələn şəxslərin böyük əksəriyyəti avtomobillə gəlir. Lakin həmin obyektlərin avtomobil saxlamaq üçün yeri olmur. Bu da böyük problemlərdən biridir. Bakının Baş Planına əsasən, binalar söküləndə belə hallar mütləq nəzərə alınmalıdır.

    Park yerləri özəl mülkiyyətdirsə və icarəyə verilirsə, belə halda istədiyi qiyməti qoya bilər. Qanunla bu qadağan deyil. Bununla bağlı hər hansısa tarif olmadığından sui-istifadə halları qaçılmazdır”.

    Hüquqşünas Arif Nəzərov isə bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

    “Həmçinin, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Göründüyü kimi, mövcud qanunvericiliklə çoxmənzilli binanın zirzəmi hissəsində olan avtodayanacaqlar mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətinə aid edilməyib.

    Bununla əlaqədar, mənzil mülkiyyətçiləri ilk növbədə çoxmənzilli binanın layihə sənədinə diqqət yetirməlidirlər. Əgər sözügedən sənəddə zirzəmi hissəsi avtodayanaq kimi layihləndirilibsə, dayanacaqların satışı həyata keçirilə bilər və həmin dayanacaqlara görə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması mümkündür”, – deyə hüquqşünas qeyd edib.

    Qeyd edək ki, 1 aprel tarixindən etibarən Azadlıq meydanınındakı yeraltı dayanacaqda avtomobil park etmək üçün yeni tariflər tətbiq olunacaq.

    0-1 saat üçün 1 AZN, 1-3 saat üçün 2 AZN, 3-6 saat üçün 3 AZN, 6-12 saat üçün 5 AZN, 12-24 saat üçün 10 AZN ödəniş tələb olunacaq. Bundan başqa, təklif olunan aylıq paketə görə, hər gün 12 saat maşını park etmək üçün 100, 24 saat üçün 140 manat ödəniləcək. “Qonşular” paketinə görə 75 AZN ödəniləcək.

    Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər bahalaşıb. Yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.
    Ətraflı

    Gündəlik tariflər aşağıdakı kimi olacaq:

    0-2 saat – 1 manat;

    2-4 saat – 2 manat;

    4-6 saat – 3 manat;

    6-10 saat – 4 manat;

    10-12 saat – 5 manat;

    12-24 saat – 8 manat.

    Aylıq tariflər isə belə olacaq:

    Bir günə 12 saatlıq – 80 manat (köhnə tarif 30 manat);

    Bütün günü (24 saatlıq) – 120 manat (60 manat);

    Qonşular tarifi – 50 manat (20 manat).

    Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.

    Qeyd edək ki, bu parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

  • Bu məktəbdə yoxlama aparıldı – Direktor işdən çıxarıldı

    Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb.

    Bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbər Qurbanova 27 mart 2024-cü il tarixindən tutduğu vəzifədən azad edilib.

    Belə ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 28 fevral 2024-cü ildə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılıb.

    Yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

    Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

  • “Bilmək olmaz” xarici trenddə irəlilədi

    Xalq artisti Aygün Kazımovanın “Bilmək olmaz” super hiti artıq xaricdə də uğur qazanıb.

    Layihə Türkmənistanın “Apple Music Daily Top 100 Songs” çartında 80-ci pilləyə qədər yüksəlib. Bundan başqa türkiyəli rejissor Selim Akar tərəfindən ekranlaşdırılan mahnının klipi isə “YouTube” video izlənmə platformasında 7 milyondan çox baxılıb.

    Qeyd edək ki, mahnı Apple Music Azərbaycan Trendində 5-ci, Shazam Azərbaycan Trendində 109-cu, Yandex Musicdə Top 100-də 2-ci, YouTube Music Azərbaycan Trendində 16-ci qərarlaşıb.
    //azxeber.com

  • Эмин Агаларов: Эвакуационные выходы “Крокуса” работали

    Люди в попытке спастись от террористов в концертном зале “Крокус Сити Холл” натыкались на закрытые двери, которые были предназначены не для эвакуации, а для персонала.

    Об этом заявил сын владельца “Крокуса” Араза Агаларова Эмин Агаларов.

    Он подчеркнул, что эвакуационные выходы работали в штатном режиме.

    По его словам, решения о судьбе сгоревшего концертного зала пока нет.

    Источник: РИА Новости

  • Emin Ağalarov: “Evakuasiya çıxışları “Crocus”da normal işləyirdi”

    Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib.

    “Evakuasiya çıxışları “Crocus”da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər”, – deyə Emin Ağalarov bildirib.

    Həmçinin Emin Ağalarov “Crocus”da terror aktından sonra təhlükəsizlik işləri ilə bağlı qanunvericiliyə yenidən baxmaq lazım olduğunu da qeyd edib.

    Qeyd edək ki, martın 22-də Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalında baş verən terror aktı zamanı 143 nəfər ölüb, 372 nəfər xəsarət alıb.

    Mənbə: RİA novosti

  • Ağdərədə odlu silah-sursat aşkar edilib

    Ağdərədə odlu silah-sursat aşkar edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən iki qumbaraatan və pulemyotun hissələri aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Омбудсмен Азербайджана встретилась в Ханкенди с жителями армянского происхождения

    В рамках своего мандата уполномоченный по правам человека (омбудсмен) Азербайджанской Республики уделяет внимание вопросам обеспечения прав и свобод каждого гражданина, независимо от национальности, религии, языка, расы и другой принадлежности, проживающего в Азербайджане.

    Как сообщили в аппарате омбудсмена, уполномоченный по правам человека Азербайджанской Республики встретилась в городе Ханкенди с жителями армянского происхождения, а также посетила приют, созданный Министерством труда и социальной защиты для уязвимых групп населения.

    “Омбудсмен поинтересовалась состоянием обеспечения прав и свобод жителей армянского происхождения, находящихся в приюте, а также пользующихся услугами за его пределами, подробно проинформировала о полномочиях омбудсмена. Кроме этого, был проведен мониторинг продовольственного обеспечения и социальных услуг, предоставляемых жителям психологами и социальными работниками.

    Были заслушаны обращения принятых лиц, и они выразили удовлетворение проявляемым отношением, созданными условиями.

    Во время посещения, учреждению были представлены плакаты, содержащие информацию о “916” – круглосуточном колл-центре омбудсмена”, – сообщили в аппарате омбудсмена.

  • Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

    Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) mandatı çərçivəsində ölkəmizdə yaşayan milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir.

    Ombudsman Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşüb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa da baş çəkib.

    O, müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, Ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

    Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıq ediblər.

    Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən “916” çağrı mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.

  • “Azneft”in baş direktoru vəzifəsindən azad edildi – YENİ TƏYİNAT – FOTO

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub.

    “Qafqazinfo” xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib.

    Onun əvəzinə “Umid Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru Əli Qurban oğlu Qurbanov “Azneft” İB-yə yeni baş direktor təyin edilib.

    Qeyd edək ki, Əli Qurban oğlu Qurbanov 1991-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu “Neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1991-ci ildə “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə özül rəisi vəzifəsinə qədər yüksəlib. 1998-ci ildən başlayaraq bp şirkətində fəaliyyətini davam etdirib, 2011-ci ilə qədər Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Azərbaycanda müxtəlif layihələrdə çalışıb.

    2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

    Qeyd edək ki, Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

    Fotoda Şahmar Hüseynov