Month: March 2024

  • Gürcüstanda kurort zonasında qar uçqunu olub

    Gürcüstanın Bakuriani kurort zonasında qar uçqunu olub.

    Məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb. Bildirib ki, əraziyə ətraf bölgələrdən axtarış-xilasedicilər cəlb edilib, həmçinin Tbilisidən helikopter göndərilib.

    Yerli KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində 1 nəfərin həlak olduğu ehtimal edilir.

  • В Афганистане произошло сильное землетрясение

    Землетрясение магнитудой 5,7 зарегистрировано в Афганистане.

    Об этом сообщила Сейсмологическая опытно-методическая экспедиция МЧС Казахстана.

    “Эпицентр подземных толчков располагался в 890 км к юго-западу от города Алматы на территории Афганистана. Энергетический класс землетрясения – 11,9. Магнитуда MPV – 5,7. Глубина – 120 км”, – говорится в сообщении.

    Информации о пострадавших и разрушениях не поступало.

    Источник: inform.kz

  • Əfqanıstanda güclü zəlzələ baş verib

    Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Qazaxıstan Seysmologiya Mərkəzi məlumat yayıb.

    Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 861 kilometr cənub-qərbdə yerləşib.

    Zəlzələnin ocağı 120 kilometr dərinlikdə olub.

    Qazaxıstan ərazisində zəlzələ hiss olunmayıb.

    Mənbə: inform.kz

  • В деле о теракте в российском “Крокусе” появился новый фигурант

    Задержан еще один подозреваемый по делу в связи с терактом в подмосковном “Крокус Сити Холле”, сообщается в Telegram-канале Следственного комитета РФ.

    “Установлен и задержан еще один подозреваемый, участвовавший в схеме финансирования террористов. Следствие будет ходатайствовать перед судом об избрании в его отношении меры пресечения в виде заключения под стражу”, – говорится в сообщении.

    Стрельба и пожар произошли вечером 22 марта перед концертом в “Крокус Сити Холле” в подмосковном Красногорске. В зал ворвались несколько мужчин в камуфляже и без масок, они расстреливали людей в упор и бросали зажигательные шашки. По последним данным МЧС, погибли 143 человека.

    Четверых предполагаемых исполнителей теракта задержали 23 марта в Брянской области. Впоследствии Далерджон Мирзоев, Муродали Рачабализода, Фаридуни Шамсиддин и Мухаммадсобир Файзов были арестованы в Москве по обвинению в совершении теракта, повлекшего смерть, в составе организованной группы (пункт “б” части 3 статьи 205 УК РФ).

    Источник: РИА Новости

  • Rusiyada “Crocus” terrorçularına yardım edən şəxs saxlanıldı

    Rusiyada “Crocus”a hücum edən terrorçuları maliyyələşdirmə sxemində iştirak edən daha bir şübhəli saxlanılıb.

    “Caliber” xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

    “Saxlanılan terrorçularla iş, onlardan götürülən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları ilə bağlı məlumatların təhlili nəticəsində cinayətkarların Ukrayna milliyətçiləri ilə əlaqəsi barədə sübutlar əldə edilib. İstintaqın sərəncamında terror aktının icraçılarının Ukraynadan cinayətin hazırlanmasında istifadə edilən xeyli miqdarda pul və kriptovalyuta alması barədə məlumatlar təsdiqlənib”, – Komitənin bəyanatında deyilir.

  • Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

    Bakıda məhkum həbsdə ölüb.

    Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin paytaxtda yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən Rəsul Baxşəliyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, Rəsul Baxşəliyev 30 il 23 nömrəli şəhər xəstəxanasının baş həkimi olub. O, bir neçə il əvvəl korrupsiyaya görə həbs edilib.

    Yarım milyondan çox pul mənimsəməkdə ittiham olunan Rəsul Baxşəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

  • Azərbaycanda sahə rəisi həmkəndlisini niyə güllələyib? – TƏFƏRRÜAT

    Neftçala rayonunda 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun ötən ilin sentyabrın 1-də həmyerlisi Elçin adlı şəxsə odlu silahla xəsarət yetirməsinin təfərrüatı bəlli olub.

    Demokrat.az xəbər verir ki, hadisə rayonun Ramazanlı kəndində baş verib. Hüseyn səhər saat 7-də Elçinin evinin qarşısında, küçədə şəxsi münasibətlər zəminində mübahisə edərək idarə etdiyi VAZ-21214 markalı avtomobilində saxladığı atasına məxsus ov tüfəngindən üç dəfə atəş açıb. Bu zaman Elçin güllə yarası alıb.

    Hadisəni törədən Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qaçaqkənd kəndində yaşayır. Onun sözlərinə görə, Neftçala Suvarma Sistemləri İdarəsində sahə rəisi vəzifəsində işləyir:

    “Zərərçəkmiş Elçin mənim həmkəndlimdir. Aramızda ədavət və ya qərəzli münasibətlərimiz yoxdur. Həmişə normal münasibətlərimiz olub”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 31 avqust 2023-cü ildə, axşam saatlarında Sadiq adlı şəxsin mağazasından çıxanda Elçin də avtomobillə gəlib və onun yanında saxlayıb:

    “Elçin bu vaxt mənə əkin sahəsinə suyun nə səbəbə gəlmədiyini dedi. Daha sonra isə təxminən 15 nəfər kənd sakinin yanında məni söydü. Elçinin sərxoş olduğunu gördüm və fikir vermədim. Daha sonra evə getdim. Səhəri günü Elçinin oğlu Nailə mobil telefonla zəng edərək atasının ötən gün məni niyə söydüyünü demək istədim. Nail telefona cavab vermədi. Daha sonra həmin gün saat təxminən 7 radələrində evdən çıxıb VAZ-21214 markalı avtomobilimlə mağazadan çörək almağa getdim. Həmin vaxt avtomobilimdə atama məxsus ov tüfəngi də olub. Arabir dovşan ovlamağa getdiyim üçün tüfəngi avtomobildə gəzdirmişəm. Bu vaxt Elçinin həyət qapısının qarşısında, avtomobil yolunda dayanaraq onu çağırdım. Elçin küçəyə çıxdı. Elçindən ötən gün məni niyə söydüyünü xəbər aldım. Bu vaxt Elçin üzərimə gəlməyə başladı. Elçini qorxutmaq üçün tüfəngi avtomobilin pəncərəsindən çıxarıb onun başının üzərindən havaya üç dəfə ardıcıl atəş açdım. Bundan sonra Elçin əlini üzünə tutub həyətinə girdi. Mən də oradan getdim”.

    Təqsirləndirilən şəxs bildirib ki, daha sonra evdə olanda onu həyət qapısından kiminsə çağırdığını eşidib:

    “Mən küçəyə çıxdım. Bu vaxt mülki geyimli şəxslər mənə yaxınlaşdılar. Həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdilər. Hadisə barədə məndən soruşanda hər şeyi etiraf etdim. Onlarla Neftçala Rayon Polis Şöbəsinə gəldim. Tüfənglə atəş açarkən Elçini öldürmək və ya xəsarət yetirmək niyyətim olmayıb”.

    İş üzrə zərərçəkmiş Elçinin sözlərinə görə, ailəsi ilə birlikdə Neftçala rayonu, Ramazanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır:

    “Təsərrüfatla məşğul olmaqla ailəmi dolandırıram. Özümə məxsus torpaq sahəsində pambıq əkib-becərirəm. Təqsirləndirilən Hüseyni rayon sakini kimi tanıyıram. O, Neftçala Suvarma Sistemləri İdarəsinin Qaçaqkənd üzrə sahə rəisidir. Onunla heç bir ədavət, düşmənçilik və qohumluq əlaqəm yoxdur. Mən pambıq sahəsini çıxış suyu ilə suvarsam da, sonra suvara bilməmişəm. Bununla bağlı olaraq da sahə rəisi kimi Hüseynə müraciət etmişəm. Gördüm ki, digər kənd sakinlərinə su verilir, lakin mənə su verilmir. Buna görə də kəndin ərazisində küçədə olan zaman suyu vermədiyi üçün Hüseynlə sözlə mübahisə etdim. Həmin zaman aramızda heç bir dava-dalaş olmadı. Həmin zaman da xatırladığım qədərilə biz bir-birimizi təhqir etdik. Sonra isə oradan hər birimiz yaşadığımız evə qayıtdıq”.

    Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat təxminən 7 radələrində yaşadığı evdə olan zaman bir nəfərin onu çağırdığını eşidib:

    “Mən də həyətə düşdüm ki, görüm kimdir. Mən elə həyətin darvazasından çölə çıxmışdım ki, Hüseyn öz “Niva” markalı avtomobilindən məni söyüb təxminən 15 metr məsafədən havaya əlində olan tüfənglə üç dəfə atəş açdı. Həmin güllənin qırmalarında bir neçəsi mənim sol qulaq və baş nahiyəmə dəydi. Sonra mən tez içəri girdim. Ailə üzvlərimin köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirildim. Orada mənə ilkin tibbi yardım göstərildi. Daha sonra evə getdim”.

    Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını nəzərə alıb. Bu səbəbdən Hüseynin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

  • Himayədar ailə olmaq istəyənlərin NƏZƏRİNƏ – Güzəşt tətbiq ediləcək

    İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan müayinə də Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tariflərinə daxil edilib.

    Başqa sözlə, inzibati məqsədlərlə digər müayinələrin tarifi 90 manatdır. Beləliklə, himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan belə müayinə pulsuz olacaq, 90 manat alınmayacaq.

  • Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir

    Azərbaycanda ikiqapılı, fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilməyəcək.

    “Report” xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

    Məlumata görə, taksi minik avtomobilləri ABS əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

  • CAR prezidenti İlham Əliyevi təbrik etdi

    Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Cənubi Afrika Respublikasının Hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

    Cənubi Afrika Respublikası ölkələrimiz arasında müxtəlif səviyyələrdə,
    o cümlədən ikitərəfli, regional, kontinental və qlobal çağırışlarla bağlı məsələlər üzrə əməkdaşlıq etmək üçün platforma yaratmağa imkan verən tarixi və siyasi əlaqələrimizə möhkəm sadiqdir. Cənubi Afrika Respublikasının Hökuməti Azərbaycanla mövcud olan möhkəm əlaqələri, Azərbaycan xalqı və Hökuməti ilə həmrəyliyi daha da inkişaf etdirmək niyyətindədir.

    Azərbaycan xalqı Sizin liderliyinizə inamını təsdiqlədi. Mən Cənub-Cənub əməkdaşlığını və ümumi inkişafın, qlobal bərabərliyin, sosial ədalətin təşviqini daha da irəli aparmaq üçün Sizinlə birgə işləməyi səbirsizliklə gözləyirəm.

    Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inamımı ifadə edirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.