Month: March 2024

  • Rusiyada əmək müqaviləsi ilə işləyən miqrantlar üçün qaydalar sərtləşdirilir

    Rusiyada miqrantların əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırıla bilər.

    Bu təkliflə Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış edib.

    “Təcrübə göstərir ki, bu müddət mütəxəssisin həyata keçirdiyi layihələri başa çatdırması üçün kifayət edir”, – nazirliyin yaydığı məlumatda qeyd olunur.

    Qeyd olunur ki, Rusiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanununa dəyişikliklər edilməsi haqqında” qanun layihəsi artıq Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsi tərəfindən təsdiqlənib.

    Qanun layihəsində əsasən, miqrantlardan işlədikləri layihələri başa vurduqdan sonra müəyyən müddətdən sonra ölkəni tərk etmələri tələb olunacaq.

    Hazırkı qaydalara görə, Rusiyada miqrantlarla əmək müqavilələri müddətsiz bağlana bilər.

    Mənbə: İzvestiya

  • Bakıda evə neft axır – VİDEO

    Bakının Binəqədi rayonu, “Mədən – 2” adlanan ərazidə evin zirzəmisinə neft dolub. Mənzilin otaqlarını kəskin qoxu bürüyüb.

    Xezerxeber.az-ın məlumatına görə, ev sahibi Rövşən Qasımov iddia edir ki, mənbəyi bilinməyən neftin zirzəmiyə dolması nəticəsində evdə təhlükəli vəziyyət yaranıb.

    Onun sözlərinə görə, evə bir neçə dəfə aidiyyəti qurumlar tərəfindən baxış keçirilsə də, ona nəticə ilə bağlı məlumat verilməyib.

    R.Qasımov ümid edir ki, problemin həlli üçün aidiyyəti qurumlar tərəfindən ona qısa müddətdə köməklik göstəriləcək.

    Ətraflı süjetdə:

  • Qəbiristanlıqlar hasarlanır və zəbt edilir – VİDEO

    Qəbirlərin ətrafının hasarlanması son vaxtlar mənfi bir tendensiya halını alıb.

    Xezerxeber.az-ın məlumatına görə, əraziyə daxil olduqda sanki qəbiristanlığa yox, kiminsə qapısına qonaq gəlirsənmiş kimi təsir bağışlayır.

    Məsələnin başqa tərəfi də var: bir mişar daşının uzunluğu 40, eni 20 santimetrdir. 13 daşlıq yer bir kvadrat metr ərazi edir. Əgər qəbiristanlıqda beş min mişar daşlıq yer zəbt olunursa, bu, iki kilometr və ya 385 kvadrat metr sahə deməkdir. Bu sahəyə yüzlərlə qəbir yeri sığdırmaq mümkündür. Yəni çəkilən hasarlar ölüsünü dəfn etmək istəyən neçə-neçə insanın haqqını mənimsəmək deməkdir.

    Ölkə ərazisində bir çox qəbiristanlıqda bu mənzərəni görmək mümkündür.

    Ətraflı süjetdə:

  • Azərbaycan təmsilçilərinin “Avroviziya”da neçənci yerdə çıxış edəcəyi məlum oldu

    Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar” mahnısı ilə təmsil edəcək Fahree və İlkin Dövlətov səhnəyə birinci yarımfinalda 12-ci çıxacaqlar.

    Bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.

    Qeyd edək ki, birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda İsveçin Malmö şəhərində keçiriləcək.

    Ölkəmiz birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə yarışacaq.

    İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya, Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Hollandiya, Norveç, Latviya, San Marino mübarizə aparacaq.

  • Binəqədidə binanın zirzəmisi su ilə dolub: Təhlükəli vəziyyət yaranıb – VİDEO

    Binəqədi rayonu, Abay Kunanbayev 76 ünvanında yerləşən binanın zirzəmisi çirkab su ilə dolub, üfunət ətrafı bürüyüb. Zirzəmiyə dolan su binada təhlükəli vəziyyət də yaradıb.

    Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, illərdir, çirkab suları binanın zirzəmisinə axıdılır.

    Onların sözlərinə görə, indiyə qədər bəzi borular bir neçə dəfə müvəqqəti olaraq əvəzlənib, amma problemin birdəfəlik həlli üçün bütün boruların dəyişdirilməsinə ehtiyac var.

    Məsələ ilə bağlı Binəqədi rayon Sukanal İdarəsinin baş mühəndisi Nemət İbrahimov bildirib ki, problemdən xəbərdardırlar.

    Onun sözlərinə görə, sözügedən boru xətti yaxın keçmişdə təmir olunub. Hazırda boru tutulub və problemin aradan qaldırılması üçün iş aparılır.

    Ətraflı süjetdə:

  • Сокращено эфирное время передачи Заура Бахшалиева – ВИДЕО

    Изменено время передачи Bizimləsən, которую ведет Заур Бахшалиев.

    Об этом в прямом эфире попросил у руководства телеканала ATV сам ведущий.

    З.Бахшалиев признался, что устал вести программу ежедневно в течение 4 часов.

    “Я сильно устаю. Не могу уделить время себе, детям. С самого утра должен бежать на работу, хотя у меня есть и другие дела. Руководство знает об этом, мы неоднократно обсуждали эту тему. Начиная с завтрашнего дня я буду выходить в эфир с 16:30 до 19:00. Мне этого хватит. Благодарю руководство за то, что выполнило мою просьбу”, – сказал он.

    Представляем данные кадры:

  • Aparıcı Zaur Baxşəliyevin verilişinin saatı azaldılıb – VİDEO

    Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişinin vaxtı dəyişdirilib.

    Bugünkü efirdə Zaur özü ATV-nin rəhbərliyindən xahiş edib.

    O bildirib ki, artıq hər gün dörd saat efirdə olmaqdan yorulub:

    “Çox yoruluram. Özümə, övladlarıma vaxt ayıra bilmirəm. Səhər açılır işə qaçmalıyam, mənim başqa işlərim də var. Rəhbərlik də bunu bilir, dəfələrlə bu barədə söhbətimiz olub. Sabahdan etibarən 16:30-dan 19:00-a qədər efirdə olacam, bu, mənə bəs edər. Rəhbərliyə də xahişimi yerinə yetirdiklərinə görə təşəkkür edirəm”.

    Həmin görüntüləri təqdim edirik:

  • В Билясуварском районе произошла авария: есть пострадавшие

    В Билясуварском районе произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, авария зарегистрирована на части автодороги Алят – Астара, проходящей через территорию района.

    Так, в результате столкновения легкового автомобиля и грузовика два человека получили травмы. Пострадавшие были доставлены в Центральную районную больницу.

    По данному факту проводится расследование.

  • Biləsuvarda QƏZA: Xəsarət alanlar var

    Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

    Onlar rayon xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте стерлась пешеходная полоса: жители недовольны – ВИДЕО

    В городе Сумгайыт стерлась пешеходная полоса, что создает проблемы для граждан.

    По словам местных жителей, из-за этого они вынуждены переходить улицу там, где им заблагорассудится.

    Водители, в свою очередь, утверждают, что дорожная разметка стирается очень быстро, поскольку используемая при ее нанесении жидкость низкого качества.

    Подробнее – в сюжете Xəzər Xəbər: