Month: March 2024

  • “Crocus City Hall”dakı dəhşətli terrorda yaralananların sayı artdı

    Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı yaralananların sayı 360 nəfərə çatıb.

    Bu barədə “112” “Telegram” kanalı xəbər verib.

    Bundan əvvəl terror aktı nəticəsində 182 nəfərin yaralandığı bildirilmişdi.

    Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

    Terrorçular həbs olunublar. Onlar artıq sifarişçilər haqqında ifadə veriblər.

  • Azərbaycanda hansı sosial müavinətlər var… (SİYAHI)

    Ölkəmizdə əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir.

    Modern.az Azərbaycanda təyin edilən sosial müavinətləri araşdırıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 143,7 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 128,3 min) nəfər, əlilliyə görə – 47,0 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi min 217,7 min (müvafiq olaraq 46,7 min və 209,5 min) nəfər, ailə başçısını itirməyə görə – 57, 2 min (56,1 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,4 min (24,3 min) nəfər olub.

    Azərbaycanda aşağıdakı aylıq sosial müavinətlər təyin edilir:

    1. Dövlət qulluqçularına ömürlük müavinət – Müavinətin məbləği dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə işdən çıxdığı aydan əvvəlki 12 təqvim ayının orta aylıq məvacibinə əsasən müəyyən edilir. Bu halda 12 təqvim ayından az dövlət qulluğunda çalışmış dövlət qulluqçusuna müavinət faktiki qulluq edilmiş tam təqvim aylarına əsasən hesablanır. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Aylıq müavinətin miqdarı dövlət qulluqçusunun axırıncı əsas vəzifəsi üzrə hesablanan dövlət məvacibinin 15 faizini təşkil edir.

    2. Yaşa görə müavinət – 220 manat

    3. Ailə başçısını itirməyə görə müavinət – Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 270 manat, 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 220 manat, 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 150 manat.

    4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət

    5. 3 yaşınadək uşağa qulluğa görə müavinət

    6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – 120 manat

    7. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət – 120 manat

    8. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət – 100 manat

    9. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinət – Keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizi məbləğində

    10. Beşdən çox uşağı olan qadınlara müavinət – Hər uşağa görə 105 manat

    11. Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – Övladlığa götürülən uşağa görə 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə 600 manat

    12. Himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət – 120 manat

    Birdəfəlik müavinətlər aşağıdakılardır:

    1. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət – 300 manat

    2. Uşağın anadan olmasına görə müavinət – 500 manat

    3. Dəfn üçün müavinət – Dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə verilən müavinətlərdən biri təyin edilmiş, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan və sığortaolnan şəxslər vəfat etdikdə 500 manat, əmək pensiyaçıları vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində.

    4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət – 600 manat

    5. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət – Respublika üzrə orta aylıq əməkhaqqının beş misli

    Bunlardan başqa qanunvericilikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət nəzərdə tutulub. Qanuna görə, bu müavinətin verilməsi üçün xəstəlik vərəqələri verilir, müavinətin məbləği isə işçinin qazancına görə dəyişir. Müavinətin məbləği əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq hesablanır. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Bu iş günlərindən sığortaolunanın xəstəlikdə, hamiləlik və doğumda, həmçinin uşağa qulluqda olduğu dövrə düşən iş günləri çıxılmalıdır. Müavinətin ümumi məbləği isə gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. İşçi əsas iş yerindən əlavə başqa müəssisədə də müqavilə üzrə işləyirsə, bu zaman müavinət işçinin hər iki iş yerində aldığı ümumi qazancın əsasında hesablanır.

    Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

    Xəstəliyin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Xəstəlik bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, xəstəliyin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

  • İspaniyada hakimlər üsyana qalxdı

    İspaniyada Hakimlər Komitəsi hakimlərin oyunlar zamanı məruz qaldığı zorakılıqlara görə narahatlıqlarını ictimaiyyətə çatdırıb.

    Qaynarinfo-nun məlumatına görə, qurum bəyanat yayıb və hakimlərə qarşı zorakılığa son qoyulmasına və bunun üçün bütün tədbirlərin görülməsinə səsləyib. Bəyanatda “Bir daha xəbərdarlıq edirik. Hakimlərin məruz qaldığı şifahi və fiziki zorakılıq davam edir. İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsindən biz bir daha hakimlərin, xüsusən də yetkinlik yaşına çatmayanların və qeyri-peşəkar kateqoriyalarda hərəkət edənlərin dəfələrlə əziyyət çəkdiyi şifahi və fiziki zorakılığa qarşı hər həftə sonu dəstək mesajı göndəririk. Təhqirlər, tənqidlər və hücumlarla nəfəs almayan bir mühitdə vəzifələrimizi yerinə yetirmək üçün demək olar qeyri-mümkün missiya ilə qarşılaşırıq. Klubların və onların azarkeşlərinin bu bəlaya qarşı mübarizədə həlledici mövqe tutmasını şiddətlə tələb edirik. Həmçinin futbol dünyası ilə əlaqəli federasiyalar və qurumlar İspaniyadakı oyun meydançalarında baş verənlərin ciddiliyindən xəbərdardırlar və gecikmədən lazımi təlim, məcburi tədbirlər görməlidirlər. Biz hakimlərimizin fiziki toxunulmazlığını qorumağa davam edə bilmirik. Daha heç bir hadisəyə görə təəssüflənmək istəmirik. Hakimlərsiz futbol yoxdur!” – sözləri yer alıb.

    Bəyanatda KİV-in istənilən kateqoriyadan olan futbol meydançalarında nifrət və zorakılıq münasibətlərini ciddi şəkildə senzuraya məruz qoyması və hər hansı əsaslandırmadan çəkinməsi xahiş olunub.

  • Almaniya xarici tələbələr üçün viza qaydalarını sadələşdirir

    Almaniya xarici beynəlxalq tələbələr üçün viza qaydalarını sadələşdirir.

    Qaynarinfo xəbər verir ki, “Schengenvisainfo” portalının məlumatına görə, mart ayından qüvvəyə minən “İxtisaslı işçilər haqqında” qanun Almaniyada tələbə vizası ilə gələn əcnəbilərə işləməyə icazə verir.

    Bundan əlavə, təhsilin başlamasına 9 ay qalmış tələbə vizası alıb Almaniyaya daxil olmaq və bu müddət ərzində yarım gün (həftədə 20 saata qədər) işləmək mümkün olacaq. Güman edilir ki, bu doqquz ay ərzində belə viza sahibləri ingilis və ya alman dili kursları keçə, qəbul üçün ərizə hazırlaya və ölkə ilə tanış ola bilərlər. Əvvəllər belə bir vizanı əldə etmək mümkün olsa da, belə vizanın sahibinə işləmək qadağan edilirdi və bu, maliyyə imkanı zəif ailələrdən olan tələbələri narahat edə bilərdi.

    Tələbə vizası sahibləri təqvim ilində 120-140 gün tam və ya 280 gün part-time işləyə bilərlər.

    “İxtisaslı işçilər haqqında” qanuna əsasən, Almaniya universitetini bitirmiş Aİ-dən kənar ölkələrin vətəndaşları qanuni olaraq 18 ay ölkədə qala və bu müddət ərzində iş axtara biləcəklər. Onlar öz ixtisasları üzrə iki il işlədikdən sonra daimi yaşayış icazəsi üçün müraciət edə biləcəklər. Təhsilini başa vurduqdan sonra əldə etdikləri ixtisasdan kənar işləmək istəyənlər viza növünü dəyişərək tələbə vizası əvəzinə ixtisaslı işçi vizası və ya Mavi Kart almalı olacaqlar.

  • Supermarketlərin yarısı bağlanacaq – Marketoloqdan proqnoz

    5 ilə market şəbəkə şirkətləri mağazalarının ən azı yarısını bağlamalı olacaqlar.

    Bunu tanınmış marketoloq Pərviz Əzimov deyib. O bildirib ki, buna səbəb 24 saat fəaliyyət göstərən supermarketlərin sayının çox olmasıdır:

    “Bakıda az qala hər 2-3 binaya bir supermarket düşür. Boş yer tapan kimi şəbəkə marketlər dərhal orda yeni market açır. Əvvəllər nadir rast gəlinən 24 saat super və hipermarketlər indi hər 500 metrdən birdir. Bu arada dünyanın heç bir normal ölkəsində 24 saat işləyən hipermarket olmur. Olsa da, bir şəbəkənin 1000 mağazasından 2-3 ədədi 24 saat işləyər”.

    Mütəxəssis deyir ki, Azərbaycanda aqressiv bazar payı rəqabəti ilə bağlı hər 3 marketdən biri 24 saat işləyir:

    “24 saat hipermarket işlətmək zərərə market işlətməyə bərabərdir. Çox yox, 5 ilə market şəbəkə şirkətləri mağazalarının ən azı yarısını bağlamalı olacaqlar. Çünki yarıdan çoxu zərərlə işləyir və onlayn ticarət addım-addım gəlir. Çoxunun əlində qalan sadəcə dəmir vitrinlər olacaq”.

  • Xankəndi məktəb binasında türklərə qarşı nifrət yazıları əks olunub (VİDEO)

    Xankəndi məktəb binasında Azərbaycan xalqına, türk millətinə qarşı nifrət yazıları əks olunub.

    Bu barədə görüntülər “İTV Xəbər”də yayımlanıb.

    Belə ki, məktəbin koridorundakı divarda “We hate Turkish” (“Biz türklərə nifrət edirik”) yazılıb.

    Həmin görüntüləri təqdim edirik:

  • BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edib

    BMT Təhlükəsizlik Şurası Qəzza zolağında Ramazan ayı ərzində dərhal atəşkəsə çağıran qətnaməni qəbul edib.

    Sənədin səsverməsi zamanı yalnız ABŞ bitərəf qalıb. Digər 14 ölkə, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Çin, Fransa və Böyük Britaniya qətnamənin lehinə olub.

    Qətnamə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanıb.

    Sənəddə üç bənd var. Birincisi, Ramazan ayı ərzində münaqişənin bütün tərəflərinin əməl edəcəyi dərhal atəşkəs tələbini ehtiva edir.

    İkinci bənd bütün girovlara tibbi və digər ehtiyaclarını ödəmək üçün humanitar yardımın təmin edilməsi ilə dərhal və qeyd-şərtsiz azad olunmasından bəhs edir.

    Üçüncü bənd Qəzzaya humanitar yardım axınının artırılmasının, çatdırılmasında maneələrin aradan qaldırılmasının və Qəzzada mülki əhalinin müdafiəsinin gücləndirilməsinin təcili ehtiyacını vurğulayır.

  • Басманный суд Москвы арестовал пятого фигуранта дела о теракте в “Крокусе”

    Басманный суд Москвы арестовал пятого фигуранта дела о теракте в “Крокусе” Диловара Исломова.

    Об этом сообщает пресс-служба столичных судов в своем Telegram-канале.

    Исломов арестован сроком на один месяц и двадцать девять суток. В СИЗО он пробудет до 22 мая.

  • Rusiyada terror aktı ilə bağlı beşinci şəxs həbs edilib

    Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Krokus”da terror aktı ilə bağlı iş üzrə beşinci müttəhim Dilovar İslamovu həbs edib.

    Bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

    D.İslamov bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. O, mayın 22-dək istintaq təcridxanasında qalacaq.

  • Cəlilabadda qadın və 3 azyaşlı övladı itkin düşüb

    Cəlilabad rayonun Ləzran kəndində qadın və 3 azyaşlı övladı itkin düşüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 1995-ci il təvəllüdlü Kərimova Şəfəq Əliağa qızı mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    “Onun boyu 152 sm, arıq bədən quruluşlu, saçlarının rəngi şabalıdı, gözlərinin rəngi isə qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Cəlilabad Rayon Polis Şöbəsinə (055-248-17-33) nömrəsinə məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.