Сегодня молодежная сборная Азербайджана по футболу проведет матч группы F отбора на ЕВРО-2025 (U-21).
Подопечные Самира Алиева сыграют со сборной Украины.
Матч, который состоится на “Карабах Арене”, начнется в 16:00. Главный судья – Дарио Бел (Хорватия).
Отметим, что сборная Азербайджана занимает последнее место в группе F с 3 очками. Сборная Украины лидирует с 15 очками. 22 марта U-21 Азербайджана проиграла Англии со счетом 1:5.
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna kollektivi ilə üz-üzə gələcək.
“Qarabağ Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.
Главный государственный санитарный врач Беларуси Александр Тарасенко своим постановлением ввел запрет на ввоз и реализацию в республике продукции Араратского коньячного завода.
Об этом сообщает пресс-служба Гомельского областного центра гигиены, эпидемиологии и общественного здоровья.
По ее информации, запрещены ввоз на территорию Беларуси, а также реализация, хранение, транспортировка, использование пищевой продукции производства армянского ООО “Араратский коньячный завод” “в связи с выявлением несоответствия пищевой продукции в части обнаружения <…> красителей”.
Указывается, что продукция предприятия должна быть изъята из торговли и утилизирована.
Отметим, что Араратский коньячный завод производит вина и коньяк.
Belarus Ermənistanın “Ararat” konyak zavodunun məhsullarının ölkəyə idxalına qadağa qoyub.
“Caliber”in məlumatına görə, buna əmtələrin istehsalı və satışı zamanı yol verilən qanun pozuntuları səbəb olub.
Hazırda “Ararat” zavodunun məhsulları utilizasiya üçün dövriyyədən çıxarılır.
Ehtimal olunur ki, qərar siyasi xarakter daşıyır və Ermənistan parlamentinin spikeri Alen Simonyanın belaruslu müxalifətçi Svetlana Tixanovskaya ilə görüşünə cavabdır.
Qeyd edək ki, “Ararat” zavodu pivə və konyak istehsal edir.
Mütəxəssislər dünya okeanlarında polimer tullantılarının yeni çirklənmə zonalarının müəyyən edilməsi barədə məlumat veriblər.
Tədqiqatın əsas nəticələri “Environmental Science & Technology” (ES&T) jurnalında dərc olunub.
Alimlər beş həftəlik ekspedisiya həyata keçiriblər və bu ekspedisiya zamanı Vankuver, Kanada və Sinqapur arasında Sakit Okeanın şimalındakı səth sularından nümunələr götürüblər.
Onlar qeyd olunan ərazilərdə plastik tullantılarından yeni “adalar” əmələ gəldiyini bildiriblər.
Sakit Okeanın qorunan ərazilərində yüksək konsentrasiyalı plastikin aşkarlanması alimləri şoka salıb və bunun proqnozlaşdırma modellərinin gözləntilərinə zidd olduğu vurğulanıb.
Bu barədə beynəlxalq alimlər qrupunun “MedicalXpress”də dərc olunan araşdırmalarında bildirilir.
Məlumatda deyilir ki, dünya ölkələrinin yarısında doğum nisbətləri artıq çox aşağıdır.
Proqnozlara görə, 2050-ci ilə qədər ölkələrin 75%-nin əhalisi azalacaq. Əsrin sonunda bu, ölkələrin 97%-i üçün keçərli olacaq. 2100-cü ildə ancaq Samoa, Somali, Tonqa, Niger, Çad və Tacikistanda kifayət qədər doğum səviyyəsinin olacağı gözlənilir.
Bu tendensiyanın nəticələri 21-ci əsrdə heyrətamiz sosial dəyişikliklərə, dünya iqtisadiyyatını və beynəlxalq güc balansını tamamilə yenidən formalaşdıran səbəb ola bilər. Bəzi alimlərin fikrincə, immiqrasiya iqtisadi artımı qorumaq üçün zəruri olacaq.
Bununla belə, Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri proqnozlarda ehtiyatlı olmağa çağırıblar. Onların sözlərinə görə, yeni əsərin müəlliflərinin hesablamalar üçün istifadə etdikləri modellər qeyri-kamildir, bu səbəbdən proqnozlar dəyişə bilər. Təşkilatdan o da vurğulanıb ki, qlobal əhalinin azalmasının ətraf mühitə və ərzaq təhlükəsizliyinə də faydaları var.
Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü bir ay öncə – fevralın 25-də başa çatıb. Ancaq hələ də müxtəlif restoranların menyularında quş ətindən olan yeməklərə rast gəlinir. Hətta menyuya salınan quşlardan bəziləri nəsli kəsilməkdə olan quş növləridir. Bəs qadağan olunmasına baxmayaraq bu quşlar necə ovlanır?
Xezerxeber.az-ın məlumatına görə, müxtəlif növ çöl quşlarından kabab təklif edən restoranlar var.
Hətta restoran sahibi kəklik, qırqovul, bildirçin, bəzgək quşlarının şəklini də menyuya əlavə edərək çöl quşlarından təndirdə plov təklif edir.
Həmin restoranlardan birinə “Ov mövsümü bitib, bu quşlar haradan gəlir?” sualını verdik və özünəməxsus cavab verildi.
Görünən odur ki, hazırda ölkəmizdə qaz, ördək, qaşqaldaq və bildirçin üçün ov mövsümü bitsə də, bu quşların ovlanması hələ də davam edir. Çöl quşlarının ovu ilə məşğul olan şəxslərdən birinin “Youtube” səhifəsində ən son ov videosu 2 gün öncə paylaşılıb.
Bu isə o deməkdir ki, quş ovlamaq istəyənlər üçün fərqi yoxdur. Onlar istənilən vaxt istənilən ova çıxa bilirlər.
Uzun illərdir bu sahədə tədqiqat aparan biologiya üzrə fəlsəfə doktoru ornitoloq Elçin Sultanov deyir ki, əsasən yeyilən quşlar ördəklər və toyuqkimilərdir. Onların da 8 növündən sadəcə birinin – kəkliyin ov icazəsi var.
Ornitoloqun sözlərinə görə, bu məsələni tam şəkildə tənzimləmək mümkün deyil.
Elçin Sultanov hesab edir ki, çöl quşlarının özəl təsərrüfatlarda saxlayıb artırmaq istəyənlər çox azdır. Bu səbəbdən mədəni ov ölkədə yox dərəcəsindədir.
Qeyd edək ki, ov mövsümü bitdikdən sonra quş və heyvan növlərinin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağandır. “Qırmızı kitab”a düşən nadir və nəsli kəsilməkdə olan heyvanların ovlanmasına görə isə qanunla müəyyən edilmiş qaydada cərimələr nəzərdə tutulub.