Month: March 2024

  • Rusiyada teraktda yaralananların durumu açıqlanıb: Ölənlərdən biri azərbaycanlıdır – FOTO

    Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror aktı nəticəsində yaralananlardan 16 nəfərinin vəziyyəti çox ağırdır. Onlardan biri uşaqdır.

    Bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat verib.

    Arasında iki uşağın olduğu daha 44 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

    Ümumilikdə isə xəstəxanalarda hazırda 107 nəfərin olduğu bildirilir.

    32 nəfərə ambulator tibbi yardım göstərilib.

    Moskva vilayətinin Səhiyyə Nazirliyi isə artıq ölənlərdən 41 nəfərin şəxsiyyətinin təsdiqləndiyini bildirib. Onlardan biri – Vüqar Fuad oğlu Hüseynov – azərbaycanlıdır.

  • AZAL обратился к пассажирам, вылетающим из Москвы

    В связи с дополнительными мерами безопасности в Москве авиакомпания Azerbaijan Airlines (AZAL) просит пассажиров, вылетающих из российской столицы, прибывать в аэропорт за 3 часа до времени вылета.

    Об этом сообщили в пресс-службе ЗАО Azerbaijan Airlines.

    При обращении пассажиров с отказом от перевозки в связи с произошедшим трагическим событием в “Крокус Сити Холл”, вылетающих в период с 23 марта по 25 марта включительно, разрешается вынужденное переоформление авиабилетов на 3 ближайших дня от первоначальной даты вылета с сохранением маршрута или вынужденный возврат полной стоимости перевозки.

    При возникновении вопросов пассажиры могут обратиться в кол-центр по электронной почте callcenter@azal.az.

  • AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

    Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    “Crocus City Hall”da baş vermiş faciəli hadisə ilə əlaqədar 23.03.24-25.03.24 tarixləri arasında yola düşəcək və daşınmadan imtina edən sərnişinlərə ilkin gediş tarixindən növbəti 3 gün ərzində marşrutun saxlanılması şərti ilə aviabiletlərin məcburi şəkildə yenidən rəsmləşdirilməsinə və ya tam dəyərinin məcburi şəkildə qaytarılmasına icazə verilir.

    Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə Çağrı Mərkəzinə müraciət edə bilərlər.

  • Gəncədə usta bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

    Sexdə rəngsaz işləyən 1979-cu il təvəllüdlü Altay Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilib.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

  • В российском Владивостоке возле торгового центра задержали мужчин с оружием – ВИДЕО

    В торговом центре “Седанка Сити” в российском Владивостоке сегодня произошла эвакуация, на место приехали правоохранительные органы, полиция и Росгвардия.

    “Как стало известно, возле ТРЦ “Седанка Сити” задержаны двое мужчин, которые спровоцировали эвакуацию посетителей торгового центра. При них обнаружено охолощенное оружие и муляжи двух гранат. Оружие не боевое и опасности не представляет. Ситуация взята под контроль силовыми органами”, – написало правительство Приморского края.

    Источник: Telegram-канал ASTRA

  • Rusiyada daha bir təxribat: Ticarət mərkəzinin ərazisində silahlı şəxslər saxlanıldı – VİDEO

    Rusiyanın Vladivostok şəhərində, “Sedanka City” ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.

    Bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.

    Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.

    “Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır – red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb”, – deyə məlumatda vurğulanıb.

    Mənbə: Octagon.media

  • Xankəndidə ermənilər yaşayan evdən Zeynəb Xanlarovanın kaseti tapıldı – VİDEO

    Baku TV Xankəndi şəhərində vaxtilə ermənilərin yaşadığı evlərdən birində olub.

    Lentə alınan görüntülərdə evdə müxtəlif videokasetlər aşkarlanıb. Aşkarlanan kasetlərin arasında Xalq artisti Zeynəb Xanlarovanın mahnıları olan kasetin olması diqqət çəkib.

    Bu da ermənilərin Azərbaycan mədəniyyətinə böyük maraq göstərdiyini və musiqilərimizlə qidalandıqlarını göstərir.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • СК России сообщил о задержании четырех подозреваемых в теракте в “Крокусе” – ФОТО

    Спецслужбы задержали в Брянской области России недалеко от границы с Украиной четверых подозреваемых в теракте в “Крокус Сити Холле”.

    Об этом сообщает пресс-служба Следственного комитета (СК) РФ.

    “Спецслужбами в Брянской области недалеко от границы с Украиной задержаны четверо подозреваемых из числа лиц, совершивших теракт в концертном зале “Крокус Сити Холл”, – говорится в сообщении.




  • Moskvada teraktın təşkilində şübhəli bilinən 4 nəfər Ukrayna sərhədində saxlanılıb – FOTO

    Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində saxlayıblar.

    Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib. Bildirilir ki, artıq onlarla müstəntiqlər məşğul olurlar.

    Həmçinin qeyd olunur ki, şübhəlilər Ukrayna ilə sərhədin yaxınlığında saxlanılıblar.

    “Telegram” kanallarında saxlanılan daha bir şübhəlinin şəkli yayılıb:



  • МИД Таджикистана назвал фейком информацию о причастности граждан республики к теракту

    Министерство иностранных дел Таджикистана не получало информации о причастности граждан республики к теракту в Подмосковье.

    Об этом заявили в пресс-службе МИД страны.

    “Таджикская сторона не получала от официальных властей России подтверждения о циркулируемой в настоящее время фейковой информации о причастности граждан Таджикистана. Просим опираться на официальную информацию, распространяемую госорганами РФ”, – говорится в заявлении.

    В министерстве подчеркнули, что публикация непроверенных и недостоверных данных может нанести вред гражданам Таджикистана, находящимся за границей.

    “Обращаем внимание на необходимости ответственного отношения к распространению информации о причастности граждан Таджикистана или таджикистанцев к данному акту”, – добавили там.

    Источник: Sputnik Таджикистан