Month: March 2024

  • Tacikistandan “Crocus”da terror aktında vətəndaşlarının əli olması ilə bağlı məlumatlara reaksiya

    Tacikistan hökuməti öz vətəndaşlarının “Crocus City Hall”da törədilən terror aktında iştirakına dair Rusiyadan məlumat almayıb.

    Bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    “Tacikistan tərəfi hazırda Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı yayılan saxta məlumatla bağlı Rusiyanın rəsmi hakimiyyət orqanlarından təsdiq almayıb. Rusiyanın dövlət qurumları tərəfindən yayılan rəsmi məlumatlara istinad etməyinizi xahiş edirik”, – deyə bəyanatda bildirilir.

    Nazirlik vurğulayır ki, yoxlanılmamış və etibarsız məlumatların dərci xaricdə yaşayan Tacikistan vətəndaşlarına zərər verə bilər.

    “Biz bu aktda Tacikistan vətəndaşlarının və ya taciklərin iştirakı ilə bağlı məlumatların yayılmasına məsuliyyətlə yanaşılmasının zəruri olduğuna diqqət çəkirik”, – deyə onlar əlavə ediblər.

    Mənbə: “Sputnik” Tacikistan

  • Число погибших в теракте в “Крокус Сити Холле” выросло до 93

    Число погибших в теракте в “Крокус Сити Холле” выросло до 93.

    Об этом сообщили в Следственном комитете России.

    При этом, по данным источника Тelegram-канала 112, 100 человек погибли и 200 пострадали.

  • Moskvadakı dəhşətli terrorda ölən və yaralananların sayı artdı

    Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda həlak olanların sayı 93 nəfərə çatıb.

    Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

    “112” “Telegram” kanalının məlumatına görə isə, ölənlərin sayı 100, yaralıların sayı 200-dür.

  • Sumqayıtda hamilə qadın ölüb

    Sumqayıtda hamilə qadın ölüb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə “Kimyaçılar” qəsəbəsində qeydə alınıb.

    27 yaşlı Lalə Sərdar qızı Hüseynovanın evdə epilepsiyası tutub, təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, 1997-ci il təvəllüdlü qadın beşaylıq hamilə imiş.

    Faktla bağlı araşdırma aparılır.

  • Ötən sutka Azərbaycanda 17 nəfər saxlanılıb

    Martın 22-də ölkə ərazisində qeydə alınan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

    Bildirib ki, axtarışda olduğuna görə ümumilikdə 16, o cümlədən borclu şəxs qismində axtarışda olan yeddi nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

  • Следственный комитет РФ показал кадры из атакованного террористами “Крокуса” – ВИДЕО

    Следственный комитет (СК) России показал видео из атакованного террористами “Крокус Сити Холла”, оно опубликовано на сайте ведомства.

    На кадрах с места происшествия видно оружие нападавших, патроны и магазины к автоматам, а также жертвы теракта.

    Следователи сообщили, что идет осмотр тел, изымаются вещественные доказательства, в том числе оружие и боеприпасы, назначаются и уже проводятся все необходимые экспертизы, в том числе генетические, баллистические, дактилоскопические.

  • Rusiya İstintaq Komitəsi “Crocus City Hall”dan görüntülər paylaşıb – VİDEO

    Rusiya İstintaq Komitəsi terrorçuların hücumuna məruz qalan “Crocus City Hall”dan görüntüləri paylaşıb.

    Kadrlar departamentin saytında dərc edilib.

    Hadisə yerindən çəkilmiş videoda hücum edənlərin silahları, sursatı və pulemyotlar üçün daraqlar, həmçinin terror aktının qurbanları görünür.

    Müstəntiqlər bildiriblər ki, meyitlərə baxış keçirilir, maddi sübutlar, silah və sursatlar götürülür, bütün zəruri ekspertizalar, o cümlədən genetik, ballistik və daktiloskopik müayinələr təyin edilir və aparılır.

  • Şahdağda qarın hündürlüyü 30 sm-ə çatıb – FAKTİKİ HAVA

    Martın 23-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 6 sm olub.

    Düşən yağıntının miqdarı Qaxda 13 mm, Zaqatalada 10 mm, Balakəndə 9 mm, Zərdabda 7 mm, Göyçay, Şəkidə 6 mm, Yevlax, Tovuz, İmişli, Mingəçevir, Sədərək, Kürdəmir, Göygöl, Daşkəsən, Sabirabad, Lənkəran, Astara, Oğuz, Qəbələ, Gəncə, Gədəbəy, Şahdağ, Biləsuvar, Yardımlı, Göytəpə, Qobustan, Qusar, Xaltan, Bərdə, Tərtər, Şəmkir, Ağstafa, İsmayıllı, Şamaxı, Ceyrançöl, Ağdam, Naxçıvan, Şərur, Ordubadda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

    Daşkəsən, Gədəbəy, Ağdam, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Qəbələ, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Sabirabad, Biləsuvar, Tərtər, Göyçay, Cəfərxan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-5, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olub.

  • Цена азербайджанской нефти не изменилась

    Стоимость барреля азербайджанской нефти Azeri LT CIF на мировом рынке осталась неизменной.

    В настоящее время ее стоимость составляет 87,17 доллара за баррель.

    Отметим, что в государственном бюджете Азербайджана на этот год средняя цена одного барреля нефти рассчитана на уровне 60 долларов.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti dəyişməyib.

    Azərbaycan neftinin bir barelinin qiyməti dəyişməyərək 87,17 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.