Month: March 2024

  • Neftçalada qadın ərinin işgəncələrinə dözməyərək intihar etdi – TƏFƏRRÜAT

    Neftçala rayonunda 1972-ci il təvəllüdlü Ziya ailə münaqişəsi zəminində arvadı Ayselə (adlar şərti verilib – red.) illərlə işgəncə verib, nəticədə qadın özünü öldürüb.

    Teleqraf.com-un məlumatına görə, Ziya 17 oktyabr 1994-cü ildən rəsmi nikah əsasında ər-arvad münasibətində olmaqla ondan maddi və mənəvi cəhətdən faktiki asılı vəziyyətə düşmüş arvadı Ayselin 1995-ci ilin yay aylarından başlayaraq ailə münaqişəsi zəmində Neftçala rayonunun Xəzər kəndində yerləşən evində ona qarşı nalayiq ifadələr işlədib, ləyaqətini mütəmadi olaraq alçaldıb və zor tətbiq edib. O, arvadına qarşı amansız rəftar edib, siqaretin közlərini bədənə basıb.

    Həmçinin 7 oktyabr 2023-cü ildə saat 22 radələrində həyətdə Ayselin bədəninin müxtəlif nahiyələrinə vurub.

    Aysel 10 oktyabr 2023-cü ildə səhər saatlarında yaşadığı evin hayətindəki metal borudan təsərrüfat ipi ilə özünü asaraq intihar edib. Ölümündən sonra Ayselin yataq otağında aşkar olunmuş kağız parçasında ölümündə Ziyanın günahkar olduğu yazılıb. Digər məktubda isə balalarından onu bağışlamağı istəyib.

    İstintaq orqanı tərəfindən Ziyanın barəsində Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ziya ittiham üzrə özünü təqsirli bilib.

    O bildirib ki, rəsmən heç bir yerdə işləmir və kənd təsərrüfatı ilə məşğul olur:

    “17 oktyabr 1994-cü ildə Aysellə rəsmi nikaha girmişəm. Birgə nikahdan 1995-ci ilin təxminən yay aylarında kənd xəstəxanasında qız övladımız dünyaya gəldi. İki-üç gün xəstəxanada qaldıqdan sonra evə gətirdiyimiz uşaq vəfat etdi. Birgə nikahdan 1997 və 2003-cü illərdə daha iki övladımız dünyaya gəldi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, 1995-ci ildə arvadı onadan icazə almadan onun valideyinləri ilə birlikdə atasının evinə getdiyinə görə aralarında mübahisə düşüb:

    “Bu hadisə mənə çox pis təsir etdi. Hər dəfə yadıma düşəndə Aysellə mübahisə edirdim. Əsəbləşədiyim üçün onu döyürdüm. Bunu qəbul edə bilmirdim.

    Məndən icazəsiz getdiyinə görə 1995-ci il tarixdən etibarən mütəmadi olaraq, yəni hər dəfə hadisə yadıma düşəndə arvadımı döymüşəm, söyüb təhqir etmişəm. Son zamanlar da bu səbəbdən aramızda münaqişələr olub.

    Oğlum Vəli 2023-cü ildə qanunsuz erməni silahlı birləşmələri tərəfindən həyata keçirilən terror təxribatları nəticəsində yaralandığı üçün məzuniyyətə buraxıldı və yaşadığımız evə gəldi”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, qaynanası Səmayə, baldızları, baldızı oğlu və kürəkəni Vəlini görməyə gəliblər:

    “Həmin vaxt qaynanam Səmayə ilə ümumiyyətlə görüşmədim. Digərləri ilə sadəcə salamlaşaraq evdən çıxıb kənd ərazisinə getdim. Qaynanam atam Yavər rəhmətə gedəndə yas mərasiminə gəlmədiyinə görə heç vaxt onun bizə gəlməyini istəmirdim. Qaynanamla münasibətim yaxşı deyildi. İki dəfə ailə qurduğuna görə ona nifrət edirdim. Bununla bağlı da arvadım Ayseli döyüb, təhqir edirdim. Oğlum Vüsala zəng vurub qaynanamgilin getdiyini öyrənəndə evə qayıtdım. Evdə arvadımla mübahisə etməyə başladıq. Ondan anasının nə səbəbə mərhum atamın yas mərasiminə, eləcə də övladlarım Vəli və Vüsal hərbi xidmətə gedib-gələn zaman təşkil olunan məclislərə gəlmədiyini soruşdum. Həmin vaxt Vəli və Vüsal evdə olduğu üçün Ayseli vurmadım”.

    Ziyanın sözlərinə görə, həmin gün təxminən saat 22 radələrində Vüsal evdən kənd ərazisinə tanışları ilə görüşmək üçün çıxıb, Vəli isə xəstə olduğu üçün evdə qalıb:

    “Vəli yatdıqdan sonra Ayseli evin həyətinə çağırdım. Əsəbim keçmədiyinə görə yenə də anası Səmayənin nə səbəbə bizə gəldiyini soruşdum, ayağına təpiklə vurdum. Əsəbi olduğuma görə daha hansı nahiyələrinə zərbələr vurduğumu xatırlamıram. Ayselinin anasının və özünün ünvanına söyüşlər söydüm. O da vurduğum üçün ağladı. Vüsal həyətə girəndə döyməyi dayandırdım. Vüsal üstümə gələrək nə səbəbə anasını döydüyümü soruşdu və qardaşı Vəlini oyatdı. Onlar analarını bir daha döyməməyimi xahiş etdilər”.

    Ziya bildirib ki, oktyabrın 10-da saat təxminən 10 radələrində yuxudan oyanıb və arvadının evin həyətindəki dəmir borudan özünü iplə asdığını görüb:

    “Dərhal Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Xəzər Kənd İcra Ərazi Dairəsi üzrə nümayəndəsinə məlumat verdim. Nümayəndə mənə polis və prokurorluq işçilərinə xəbər verəcəyini dedi. Ayseli ipdən açmadım, hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözlədim”.

    Ziya qeyd edib ki, evə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər:

    “Meyitin daxili müayinə olunması üçün Neftçala Rayon Mərkəzi Xəstəxanasına apardılar. Sonradan oğlum Vəli və Vüsalın həmin gün saat dörd radələrində evdən getdiklərini öyrəndim”.

    Ziya ifadəsində göstərib ki, intiharda özünü təqsirli bilir:

    “Aysel dəfələrlə döyülərək təhqir olunduğu üçün dözməyərək intihar edib. Son zamanlar onunla aramızda tez-tez mübahisələr olurdu. Sonuncu dəfə oktyabrın 7-də ana-bacısının ünvanına nalayiq söyüşlər söydüyümə və onu döydüyümə görə intihar edib.

    Aysel əvvəllər özünü öldürməyə cəhd etməyib, hər hansısa psixi xəstəlikdən əziyyət çəkməyib”.

    Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ziya beş il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  • В Баку в квартире обнаружено тело человека

    В Баку в квартире обнаружено тело человека.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС) Азербайджана.

    Так, на горячую линию 112 ведомства поступила информация о том, что за закрытой дверью в квартире в Насиминском районе столицы в беспомощном состоянии находится один человек.

    По вызову были задействованы соответствующие силы Службы спасения особого риска МЧС.

    В результате принятых спасателями мер обнаруженное в квартире тело человека было передано по назначению.

  • Bakıda evdən meyit tapıldı

    Bakıda mənzildə bir nəfərin meyiti aşkarlanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Bakı metrosunda üç əcnəbi saxlanıldı – SƏBƏB

    Bakı metropolitenin deposuna daxil olan üç xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.

  • В Баку 74-летняя женщина отравилась угарным газом

    В Ясамальском районе Баку зафиксирован факт отравления с летальным исходом.

    Как сообщает Report, Вера Бинятова (1950 г.р.) отравилась угарным газом в ванной комнате своего дома. Ее тело обнаружил внук.

  • Bakıda 74 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

    Bakı şəhəri, Yasamal rayonunda 74 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

    “Report”un məlumatına görə, 1950-ci il təvəllüdlü Vera İvanovna Binyatova yaşadığı evdə hamam otağında çimərkən dəm qazından zəhərlənib və həmin vaxt evdə olan nəvəsi tərəfindən ölmüş vəziyyətdə aşkar edilib.

  • Xankəndidə silah və sursatlar aşkarlanıb

    Ötən gün Xankəndi şəhərində 8 silah aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 29-da Xankəndi şəhəri ərazisindən ümumilikdə 5 avtomat silahı, 2 tapança, 1 tüfəng, 11 qumbara, 8 alışdırıcı, 19 patron darağı, 4263 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Azərbaycanda 5 min eşşək “yoxa çıxıb”

    Azərbaycanda son 1 il ərzində eşşəklərin sayında ciddi azalma qeydə alınıb.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14 924 baş eşşək olub.

    Məlumata görə, eşşəklərin böyük hissəsinin – 10 174-nün yaşı 3 və daha çoxdur.

    Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

    Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42,2 min, 2014-cü ildə 43,4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14,9 min olub.

    Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1 362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.

    Sıralamada ikinci yeri 1 284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1 063 başla Ağstafa rayonu tutur.

    Statistikaya görə, Bakı şəhərində cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

    İqtisadi rayonlar arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4 116 baş), Lənkəran-Astara (2 713 baş) və Quba-Xaçmazdır (1 812 baş),

    İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

    Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakılardır:

    Qazax rayonu – 895 baş

    Quba rayonu – 891 baş

    Samux rayonu – 728 baş

    Tovuz rayonu – 550 baş

    Yardımlı rayonu – 553 baş

    Sabirabad rayonu – 474 baş

    Goranboy rayonu – 468 baş

    Astara raonu – 448 baş.

  • Abşeronda qohumların davası ölümlə bitib

    Abşeronda yeznə ilə qayın dava edib, tərəflərdən biri 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    APA xəbər verir ki, hadisə martın 19-u Ceyranbatan qəsəbəsində baş verib. Qohumlar arasında yaranan mübahisə dava ilə sonlanıb.

    Nəticədə 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. 11 gün müddətində həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, C.Şabanov bu gün müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gülay Zeynallı: “Elçiliyimdə “hə”mi Arif Babayev verib” – FOTO

    Müğənni Gülay Zeynallı Xalq artisti Arif Babayevi ziyarət edib.

    Median.Az xəbər verir ki, müğənni bu barədə özü məlumat paylaşıb.

    Xalq artisti ilə şəkillərini paylaşan Gülay Arif Babayevin onun elçilik mərasimində iştirak etdiyini bildirib.

    “Arif müəllim 8 il ustadım olub. Asəf Zeynallı adına Milli Kollec və Milli Konservatoriyada dərs deyib. Arif müəllim elçiliyimdə “hə”mi verib. Bir sözlə, həyatımda və sənətimdə yeri çox böyükdür. Bu gün doyunca dedik, güldük. Gültəkin xalamın aşından yedik. Allah sənə can sağlığı versin, hacı. Mən səni çox istəyirəm”.