Month: March 2024

  • Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb

    Fransa polisi məktəbdə terror aktı hazırlamaqda, habelə təhsil müəssisəsinin işçilərini ölümlə hədələməkdə şübhəli bilinən 16 yaşlı yeniyetməni saxlayıb.

    APA xəbər verir ki, bu barədə “BFM” telekanalı məlumat yayıb.

    “Yeniyetmə Bordo yaxınlığında Senon kommunasındakı evində saxlanılıb. O, təhsil müəssisəsini terror aktı ilə, müəllimləri və liseyin rəhbərliyini ölümlə hədələməkdə şübhəli bilinir”, – məlumatda deyilir.

    Bildirilir ki, məktəbli günahını qismən etiraf edib.

  • Mayda Əfv gözlənilir – Beş gün sonra iclasdır

    Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının builki ilk iclasının vaxtı məlum olub.

    Median.Az-ın məlumatına görə, komissiyanın üzvləri aprelin 3-də toplaşaraq müraciətlərə baxılması prosesinə start verəcəklər.

    İclasların aprel ayından etibarən intensiv keçəcəyi və mayda Əfv sərəncamının imzalanacağı gözlənilir.

  • Günəşdə güclü partlayış baş verib

    Ötən gecə Günəşdə güclü partlayış baş verib.

    Bu barədə “Fobos” iqlim araşdırmaları mərkəzindən məlumat verilib.

    Partlayış bir neçə gün əvvəl artıq güclü G4 sinifli maqnit qasırğasına səbəb olmuş 3615 saylı aktiv mərkəzdə baş verib. Yüksək səviyyəli partlayışın aktivliyi aprelin birinədək davam edə bilər.

    Xatırladaq ki, martın 23-də Günəşdə 13 güclü partlayış baş verib. Biri istisna olmaqla, onların demək olar ki, hamısı M, digəri isə ən yüksək X sinifli olub.

    Mənbə: Mir24.ru

  • Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb – FOTO/VİDEO

    Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb.

    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi verilən məlumata görə, Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci kilometrlik hissəsində qaya uçqunu təhlükəsi tamamilə aradan qaldırılıb.

    Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.

    Bu gün qaya parçası partladıldıqdan sonra Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yolun tam olaraq təmizlənməsi təmin olunub.

  • Onlardan uzaq durun – Ən hiyləgər bürclər

    Hər zaman həyatımızda hiyləgər, fitnə sevən insanlar olub. Astroloqlar bu cəhəti həmin adamların bürcləri ilə əlaqələndirirlər.

    Median.Az hiyləgər insanların bürclərini təqdim edir:

    Əqrəb bu siyahıda ən ön sırada yer alır. Əqrəblər insanları digər bürclərdən daha yaxşı oxuya bilirlər ki, bu da onları astrologiyanın ən hiyləgər bürcünə çevirən bir çox cəhətlərdən yalnız biridir. Bu bürcün müşahidəçi təbiəti onlara kiminsə zəif tərəflərinin nə olduğunu başa düşməyə və ehtiyac duyduqda bunu öz xeyrinə çevirməyi bilməyə səbəb olur. Əqrəblər hiyləgərdirlər və özlərini gizlədirlər, buna görə də sizə qarşı sui-qəsd hazırladıqlarının fərqinə varmaya bilərsiniz.

    Tərəzi bürcləri çox zaman cazibədar və xarizmatikdirlər, buna görə də onların gizli tərəfləri olduğuna inanmaq çətin ola bilər. Lakin onların təbii cazibəsi və məftunedici şəxsiyyəti onlara istənilən vəziyyəti öz xeyrinə manipulyasiya etməyə imkan verir. Bu səbəbdən Tərəzilərin siyahıda olması təəccüblü deyil. Bu hava işarəsi manipulyasi etməyi çox yaxşı bacarır və qarşı tərəfə öz fikrini asanlıqla tətbiq edə bilər.

    Şir bürcü bir sıra hallarda hiyləyə əl atır. Əgər kimsə onun cazibəsinin önünə keçib, daha çox gözə dəyirsə, Şirlər özündən çıxır. Belə hallarda bu bürcün nümayəndələri bir sıra kiçik hiyləgərlik planları qura bilərlər. Şir bürcünün hökmdarı Günəş olduğundan, onların daim ən yaxşı olmaq ehtiyacı digər insanların diqqətini daim öz üzərində saxlamaq ehtiyacını yaradır.//Yenisabah.az

  • Sabah Azərbaycanın bu şəhərində 8 saat işıq olmayacaq – XƏBƏRDARLIQ

    Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində 30 mart 2024-cü il tarixində saat 9:00-dan saat 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

    Qurum istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.

  • İctimai yerlərdə “Wi-Fi” təhlükəsi – VİDEO

    İctimai yerlərdə internetə pulsuz giriş mövcuddur. Bəzən belə yerlərdə şifrə tələb olunmadan, birbaşa qoşulmaq mümkün olur.

    Bu da bir çox hallarda şəxsi məlumatların oğurlanması və digər ciddi problemlərə səbəb olur.

    İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyevin sözlərinə görə, ictimai “Wi-Fi”ya qoşulma istifadəçilər üçün asan yol olsa da, hakerlər üçün cəlbedici mühitdir. Bununla elektron poçt, kredit kartları və digər məlumatlar əldə edilə bilər.

    Ətraflı Xəzər TV-nin videosunu təqdim edirik:

  • Salyanda mikroavtobuslar toqquşub, 10 nəfər xəsarət alıb – FOTO

    Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

    Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Fransa həbsxanalarında məhbusların sayı rekord həddə çatıb

    Fransa həbsxanalarındakı məhbusların sayı tarixi rekord həddə – 76,7 min nəfərə çatıb.

    Bu barədə “Report” “BFMTV” kanalına istinadən xəbər verir.

    Qeyd olunub ki, il ərzində məhkumların sayı 4,4 min nəfər artaraq 76,7 min nəfərə çataraq növbəti rekorda imza atıb. Eyni zamanda, Fransa həbsxanalarının maksimum tutumu 61,6 min nəfərdir.

    Həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi.

    Bununla da, respublikanın penitensiar müəssisələrinin doluluq səviyyəsi 125%-i ötüb ki, bu da Avropada ən yüksək göstəricilərdən biridir.

    Eyni zamanda istintaq təcridxanalarında da vəziyyət daha ağırdır.

  • В Таиланде семь человек погибли в результате падения башенного крана

    Семь человек погибли в Таиланде в результате падения башенного крана на стройке промышленного объекта в провинции Районг.

    Как передает Median.Az  со ссылкой на ТАСС, об этом сообщил телеканал Thai PBS.

    По его данным, среди погибших числятся шестеро граждан Мьянмы и один гражданин Китая. Рабочие потребовали от работодателя выплатить компенсацию в размере 5 млн батов (около $140 тыс.) за каждого погибшего. На место происшествия выехали полицейские для проведения переговоров, поскольку строители препятствуют спасателям в вывозе тел погибших, настаивая на удовлетворении их требований.