Month: March 2024

  • DİN-in Mətbuat Xidməti İdarəsinə yeni rəis müavini və bölmə rəisi təyin edilib

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinə yeni rəis müavini və bölmə rəisi təyin edilib.

    Bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayıb.

    Belə ki, Zeyni Hüseynov idarə rəisinin müavini, Nurlan Əliyev bölmə rəisi vəzifələrinə təyin ediliblər.

    Qeyd edək ki, idarə rəisinin müavini, polis polkovniki İlham Babayev daxili işlər orqanlarında xidmət keçmənin son həddi ilə əlaqədar təqaüdə göndərilib.

  • Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən beş nəfər saxlanılıb

    Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən beş nəfər saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar.

    Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha üç nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

    Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

  • В Баку актер покончил с собой

    В Баку актер покончил жизнь самоубийством.

    Как сообщает Qafqazinfo, вчера около 11:30 в доме в поселке Говсан Сураханского района на территории, известной как “оливковый совхоз”, было обнаружено повешенное тело Ульфата Гумбатова (1985 г.р.).

    По словам близких, У.Гумбатов свел счеты с жизнью, повесившись в недостроенной постройке во дворе своего дома.

    Отметим, что Ульфат Гумбатов, принимавший участие во многих телесериалах в качестве актера и продюсера, являлся отцом пятерых детей. Он только закончил постройку дома, во дворе которого совершил суицид.

    По данному факту проводится расследование.

  • Bakıda beş uşaq atası olan aktyor İNTİHAR ETDİ

    Bakıda aktyor intihar edib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytun savxozu” adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb.

    Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər.

    Aktyor və prodüser kimi bir çox televiziya seriallarında iştirak etmiş Ülfət Hümbətov 5 uşaq atası imiş. O, hadisənin baş verdiyi ünvandakı evi yeni tikdiribmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • ABŞ hipersəs raketini uğurla sınaqdan çıxarıb

    ABŞ Hərbi Hava Qüvvələri AGM-183 hava-yer tipli hipersəs raketini uğurla sınaqdan keçirib.

    “Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumatda deyilir.

    Hipersəs raketin buraxılışı Sakit okeanın Quam adasındakı Amerikanın Andersen Hərbi Hava Qüvvələri bazasından havaya qalxan B-52 strateji bombardmançı təyyarəsindən həyata keçirilib.

    ABŞ Hərbi Hava Qüvvələri sınaq buraxılışının təfərrüatlarını dərc etməyəcəyini vurğulayaraq bunun “hipersəs silah proqramının əhatə dairəsini genişləndirmək” məqsədi daşıdığını qeyd edib.

  • Bakıda evdən 1300 manat dəyərində televizor oğurlandı

    Martın 19-da paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1300 manat dəyərində televizorun oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar, paytaxt sakinləri Ceyhun Mirzəyev və Rövşən Əzimov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma aparılır.

  • Şirkət rəhbərinə “stop“ qoyulur – 730 min borcu var

    “Binəqədi Residence” tikinti şirkətinin külli miqdarda vergi borcu üzə çıxıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakıda və Abşeronda hündürmərtəbəli binaların inşaası ilə məşğul olan şirkətin qanuni təmsilçisi Vaqif Əmirov Talıb oğludur.

    Vaqif Əmrirovun rəhbəri olduğu “Binəqədi Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin 734.742,36 manat vergi borcu yaranıb.

    Artıq şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə müraciət edilib.

    İş Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatındadır.

    Qeyd edək ki, şirkət tərəfindən Binəqədi rayonu, Binəqədi şosesi 5 saylı ünvanda hündürmərtəbəli binalar inşaa edilib.

  • Türkiyədə əməliyyat: Cinayətkar qrup zərərsizləşdirildi

    Türkiyədə mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

    Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.

    O qeyd edib ki, mütəşəkkil cinayətkar qrupa qarşı əməliyyat ölkənin 7 vilayətində eyni vaxtda keçirilib.

    “Liderləri Özay Çetin və Mert Çetin də daxil olmaqla, ümumilikdə 109 qrup üzvü saxlanılıb”, – o yazıb.

  • Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır

    Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,17 % artaraq 89,57 ABŞ dolları təşkil edib.

    Bu barədə “Report”a neft bazarındakı mənbə məlumat verib.

    Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 87,38 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

  • Yol polisi sürücü və piyadalara müraciət edib

    Hazırda respublika ərazisində yağışlı hava şəraiti hökm sürür, bu da hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırıb.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

    Qeyd edilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri hərəkət iştirakçılarından diqqətli olmağı, qaydalara qeyri-şərtsiz əməl etməyi tələb edir.

    “Qeyri-iş günlərində avtomobil yollarında hərəkət intensivliyinin artdığını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də nömrə nişanlarının təmizliyinə nəzarət etməlidirlər.

    Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik”, – məlumatda vurğulanıb.