Month: March 2024

  • Azərbaycanın 7 gimnastı beynəlxalq turnirdə iştirak edəcək

    Azərbaycanın 7 gimnastı Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

    Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli yarışda qüvvələrini sınayacaqlar.

    Onlar bu gün startı veriləcək turnirdə tamblinq növündə mübarizə aparacaqlar.

    Qeyd edək ki, martın 22-dək davam edəcək yarışa beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də idmançılarla birlikdə yola düşəcəklər.
    //report

  • Bakıda bayram tonqalının ağacları yandırmasına dair görüntülərə aydınlıq gətirildi – YENİLƏNİB (VİDEO)

    “Paytaxtın nizami rayonunda bayram tonqalına görə ağacların yanması barədə görüntülər ötən illərə aiddir”.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, ötən gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nizami rayonu ərazisində bayram tonqalı ilə əlaqədar yanğın baş verməsi barədə məlumat daxil olmayıb.

    * * * * *

    Nizami rayonu ərazisində qalanan tonqal ağacları yandırıb.

    İlkin məlumatlara görə hadisə “8-ci kilometr” ərazisində baş verib.

    Yaşayış binasının qarşısında yandırılan bayram tonqalından alov küləkli hava səbəbilə ağaclara keçib. Nəticədə əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib.

    Həmin görüntüləri təqdim edirik:
    //oxu.az

  • В Ханкенди за сутки обнаружили 2 автомата и 4 гранаты

    За минувшие сутки в городе Ханкенди обнаружены 3 единицы огнестрельного оружия и 4 гранаты.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел.

    В частности, 19 марта сотрудники полиции обнаружили на территории Ханкенди 2 автомата различных марок, пистолет, 4 гранаты, 10 магазинов для патронов, 190 патронов различных калибров и другие боеприпасы.

  • Xankəndidə silah-sursat aşkarlanıb

    Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 19-da Xankəndi şəhəri ərazisindən 2 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 4 qumbara, 2 qumbara alışdırıcısı, 10 patron darağı, 190 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • МВД: За минувшие сутки задержан 41 подозреваемый в совершении преступления

    В Азербайджане 19 марта задержан 41 подозреваемый в совершении преступления.

    Об этом сообщили в пресс-службе МВД.

    Кроме того, сотрудниками органов внутренних дел было раскрыто 31 преступление, зарегистрированное на территории страны 19 марта, а также 10 преступлений, совершенных ранее.

    “Задержаны 85 человек, объявленных ранее в розыск, в том числе 57 человек, разыскиваемых как должники. Установлены 23 факта преступлений связанных с наркотиками, а также 25 фактов, связанных с изъятием незаконно хранящегося оружия”, – сообщили в МВД.

  • İlaxır çərşənbəsində cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

    Martın 19-da cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata əsasən, ölkə ərazisində qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

    Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

    Qeyd edək ki, dünən Azərbaycanda ilaxır çərşənbəsi idi.

  • Futbolda ofsayd qaydası dəyişdirilə bilər

    Futbolda ofsayd qaydası dəyişdirilə bilər.

    Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) yeni qaydanın sınaqdan keçiriləcəyini təsdiqləyib.

    Yeniliyə əsasən, hücum edən komandanın oyunçusu ötürmə anında bütün bədəni ilə rəqib müdafiəçini qabaqladığı təqdirdə oyundankənar vəziyyət hesab olunacaq.

    Ancaq hazırkı qaydalar 2025-ci ilin fevralına qədər dəyişdirilə bilməz. İFAB həmin vaxta qədər yeni qaydaları sınaqdan keçirəcək. Yeni qaydalar effektli olsa, onların futbola tətbiqi məsələsi 2025-ci ilin fevralında keçiriləcək İFAB-ın növbəti assambleyasında müzakirə ediləcək.
    //report

  • Эрлинг Холанд может пропустить с “Арсеналом”

    Нападающий “Манчестер Сити” и сборной Норвегии Эрлинг Холанд получил повреждение во время тренировки национальной команды и досрочно завершил ее.

    Как передает Median.Az со ссылкой на AS, футболист покинул поле, хромая, и впоследствии не вернулся на занятие.

    Таким образом, форвард может пропустить товарищеские матчи сборной Норвегии с командами Чехии и Словакии. Под вопросом и участие бомбардира в центральном матче 30-го тура с “Арсеналом”, который состоится в воскресенье, 31 марта.

    В нынешнем сезоне Холанд провёл за “Манчестер Сити” 34 матча во всех турнирах, в которых отметился 29 голами и шестью результативными передачами. Контракт игрока с нынешним клубом действует до конца июня 2027 года. Ориентировочная стоимость футболиста, по данным интернет-портала Transfermarkt, – € 180 млн.

    На данный момент “Арсенал” возглавляет турнирную таблицу АПЛ, набрав 64 очка по итогам 28 туров. “Манчестер Сити”, в свою очередь, располагается на третьей строчке, отставая от “канониров” на одно очко.

  • Holann “Arsenal”la oyunu buraxa bilər

    “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının 30-cu turunun mərkəzi qarşılaşmasını buraxa bilər.

    Bu barədə AS nəşri bildirib.

    Məlumata görə, futbolçu milli komandanın məşqində zədələnib. 23 yaşlı idmançı meydanı axsayaraq tərk edib və məşqə qayıtmayıb.

    Beləliklə, forvard Norveçin Çexiya və Slovakiya milliləri ilə oyunlarını buraxmalı olacaq. Eyni zamanda, bombardirin 30-cu turdakı “Arsenal”la qarşılaşması da böyük sual altındadır. “Şəhərlilər” “topçular”ı martın 31-də qəbul edəcək.

    Xatırladaq ki, cari mövsümdə Holann “Mançester Siti”də 34 oyun keçirib və 29 qola imza atıb. Onun aktivində həmçinin altı məhsuldar ötürmə var. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyununadək davam edir.

    Qeyd edək ki, hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Arsenal” başçılıq edir. London təmsilçisinin 28 oyundan sonra 64 xalı var. Onun ən yaxın təqibçiləri eyni xala malik (lakin qol fərqində geri qalan) “Liverpul” və bir xal az toplamış “Mançester Siti”dir.

  • İranda son 5 gündə 177 nəfər yol qəzasının qurbanı olub

    Son beş gündə İranda 177 nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olub, 6 200 nəfər yaralanıb.

    Median.Az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran Yol Polisinin rəisi Teymur Hüseyni Novruz bayramı günlərində qeydə alınmış qəzaları şərh edərkən açıqlayıb.

    O, “ötən ilin eyni dövrü ilə müqayisədə yol hərəkətinin intensivliyində dörd faizlik azalmanın müşahidə olunduğunu” bildirib:

    “Təəssüf ki, bu müddətdə 177 nəfər yol-nəqliyyat hadisəsində ölüb, 6 200 nəfər yaralanıb”.