Month: March 2024

  • Şahdağda qarın hündürlüyü 43 santimetrə çatıb – FAKTİKİ HAVA

    Martın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq rayonlarda qar yağıb.

    Qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 32 sm, Daşkəsəndə 24 sm, Ordubadda 6 sm olub.

    Düşən yağıntının miqdarı Zaqatalada 53 mm, Şəkidə 39 mm, Şərurda 38 mm, Oğuzda 33 mm, Balakən, Mingəçevirdə 26 mm, Naxçıvan, Qəbələdə 24 mm, Göyçay, Beyləqan, Sədərəkdə 21 mm, Lənkəran, Gədəbəydə 20 mm, Yevlax, Ağdamda 16 mm, Qubada 15 mm, Astara, Zərdabda 14 mm, Şahbuz, Ordubadda 12 mm, İmişli, Culfa, Qusar, Tərtər, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Naftalan, Neftçalada 11 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 24 mm, Binədə 18 mm, Bakı, Sumqayıtda 16 mm, Pirallahıda 12 mm-dək olub.

    Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-27 m/s-dək güclənib.

    Neft Daşları stansiyanın məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.

    Daşkəsən, Qrız, Naxçıvan, Şahbuz, Göygöl, Balakən, Qəbələ, Şəki, Qax, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7, Naxçıvan MR-da 5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta olub.

  • Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzindəki bəzi yollar bir həftə bağlı qalacaq – SİYAHI

    Bakının mərkəzi küçələri bu gündən bayram günlərinin sonunadək avtomobillərin istifadəsi üçün qadağan edilib və piyadaların ixtiyarına verilib.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda Xaqani bağına yaxın küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə təhlillər aparıb.

    Təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması effektiv olub. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.

    Müsbət nəticələr nəzərə alınaraq, 20-26 mart tarixlərində – Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

    Sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur.

    “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır.

    Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.

    Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.

  • В Баку автобус столкнулся с автомобилем, пострадала женщина

    В Хатаинском районе Баку произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Report, пассажирский автобус регулярной маршрутной линии №104, столкнулся с автомобилем.

    В результате ДТП пострадала пассажирка автобуса Шабнам Аскерова (1988 г.р.).

    Она была госпитализирована.

    По данному факту ведется расследование.

  • Bakıda avtobus avtomobillə toqquşub: Yaralanan var

    Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

    Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Şəbnəm Əsgərova xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • В Азербайджане ввели новые условия для пользователей TikTok?

    Регистрация в TikTok в Азербайджане будет осуществляться по удостоверению личности.

    Видео и прямые трансляции, противоречащие нашим национальным ценностям, будут заблокированы.

    Кроме того, под контроль попадут пользователи, которые ведут себя неадекватно.

    Отмечается, что монеты, зачисленные на аккаунт в TikTok, можно будет вывести в официальном порядке с уплатой налогов, непосредственно из банков страны.
    //milli.az

  • Azərbaycanda “TikTok”la bağlı YENİLİK

    Azərbaycanda “TikTok”a qeydiyyat şəxsiyyət vəsiqəsi ilə olacaq.

    Milli dəyərlərimizə zidd olan videolar, canlı yayımlar bloklanacaq.

    Həmçinin, özünü normal apara bilməyən yayımçılar nəzarətə götürüləcəklər.

    Bundan başqa, hesaba oturan jetonları rəsmi qaydada, vergi ödəməklə birbaşa banklardan çıxarmaq olacaq.
    //milli.az

  • В Баку автомобиль сбил пешехода

    В поселке Локбатан Гарадагского района Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает АПА, на круговой транспортной развязке у данного населенного пункта автомобиль сбил переходившего в неположенном месте дорогу Заура Гаджиева (1983 г.р.).

    Пострадавший был госпитализирован в тяжелом состоянии.

    По данному факту проводится расследование.

  • Bakıda piyadanı avtomobil vurub

    Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

    Belə ki, Lökbatan dairəsində yolu müəyyən edilməmiş hissəsindən keçən 1983-cü il təvəllüdlü Zaur Saday oğlu Hacıyevi avtomobil vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

    Fakt Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

  • Мехрибан Алиева поздравила азербайджанский народ – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией в связи с праздником Новруз.

    “Дорогие соотечественники!

    От всей души поздравляю вас с праздником Новруз, желаю каждому из вас крепкого здоровья, радости, счастья и долгих лет жизни! Благодарю всех за поздравления и добрые пожелания. Спасибо за вашу любовь, искренность, уважение и внимание! Пусть этот праздник, являющийся символом пробуждения и обновления природы, принесет в очаг каждого из вас здравие, взаимопонимание и благополучие! Да упокоит Аллах души всех наших шехидов, погибших во имя Родины. Сил и терпения их родным и близким! Пусть Всевышний всегда будет милосерден к нашему народу!” – говорится в публикации.

  • Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi – FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Mehriban Əliyevanın rəsmi “Instagram” hesabındakı paylaşımda deyilir:

    “Əziz həmvətənlər!

    Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc, səadət və uzun ömür arzulayıram! Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına dözüm və səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”