Month: March 2024

  • “Qarabağ”ın futbolçusu millidən kənarlaşdırıldı

    FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

    “Qarabağ”dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.
     
    Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

  • 2023-cü il ən isti il olub

    2023-cü il hava və iqlim müşahidələri tarixində ən isti il olub.

    “Report” xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Yer kürəsinin iqliminin vəziyyəti ilə bağlı illik hesabatında deyilir.

    ÜMT 2023-cü ilin ən isti illər siyahısında birinci yeri tutacağı ilə bağlı ötən ilin noyabrında verdiyi proqnozunu təsdiqləyib.

    “ÜMT-nin hesabatı təsdiqləyib ki, 2023-cü il tarixdə ən isti il olub. Yer səthində orta temperatur sənayedən əvvəlki ilkin göstəricilərdən 1,45 dərəcə yüksək olub. Bu, ümumiyyətlə tarixdə ən isti onillik dövrü olub”, – təşkilatdan bildirilib.

    Hesabatda göstərilir ki, 2023-cü ildə iyundan dekabra qədər hər ay müvafiq ay üçün rekord istilik qeydə alınıb, iyul, avqust və sentyabr aylarında rekordlar xüsusilə böyük fərqlərlə qırılıb.

    “Qlobal temperaturun uzunmüddətli yüksəlişi atmosferdə istixana qazlarının konsentrasiyasının artması ilə əlaqədardır”, – ÜMT-dən bildirilib. 2023-cü ildə Antarktikada dəniz buzunun həcmi rekord dərəcədə aşağı düşüb, belə ki, qışın sonunda onun maksimal sahəsi əvvəlki rekord ildən 1 milyon kv km az olub.

    “Hələ heç vaxt, müvəqqəti də olsa, iqlim dəyişikliyi üzrə Paris sazişi ilə müəyyən edilmiş istiləşmənin 1,5 dərəcə aşağı həddinə bu qədər yaxın olmamışdıq. ÜTM dünyaya qırmızı siqnal xəbərdarlığı göndərir”, – ÜTM Baş Katibi Andrea Seleste Saulo deyib.

    “İqlim dəyişikliyi yalnız yüksələn temperatur demək deyil. 2023-cü ildə gördüklərimiz – okeanların misli görünməmiş dərəcədə istiləşməsi, buzlaqların əriməsi və Antarktika dəniz buzunun itirilməsi xüsusilə narahatlıq doğurur”, – o deyib.

  • Fransalı partiya rəhbəri: “Makronu devirəcəklər”

    Ukraynada fransız əsgərlərinin ölümü və Fransa Prezidenti Emmanuel Makronun bu ölkəyə hərbi kontingent göndərmək planları haqqında həqiqətlərin üzə çıxması ölkənin hazırkı rəhbərliyi üçün ağır nəticələrə səbəb olacaq və böyük qalmaqal yaradacaq.

    Bunu Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo Rusiya Xarici Kəşfiyyat Xidmətinin Ukraynadakı fransız hərbçiləri ilə bağlı məlumatlarını şərh edərkən deyib.

    “Fransa hərbçilərinin artıq Ukraynada mövcudluğuna və onların arasında ölənlərin olmasına təəccüblənmirəm. Onların hamısını mümkün qədər tez vətənə qaytarmalıyıq. Həqiqət bəlli olanda bu, böyük bir qalmaqal yaradacaq. Makronu devirəcəklər”, – o bildirib.

    Mənbə: TASS

  • Çinin ən böyük developeri fırıldaqçılıqda ittiham edilir

    Çinin ən böyük developeri “Evergrande Group” 2019-2020-ci illərdə gəlirlərini 78 milyard ABŞ dolları həcmində artıq göstərməkdə ittiham olunur ki, bu da Çin tarixində ən böyük korporativ defolta səbəb ola bilər.

    Bu barədə “Bloomberg” agentliyi Çinin Qiymətli Kağızlar Komissiyasının materiallarına istinadən məlumat yayıb.

    Tənzimləyicinin məlumatlarına görə, “Evergrande”nin bölməsi olan “Hengda Real Estate” qəsdən gəlirlərini 2019-cu ildə 214 milyard yuan (29,7 milyard ABŞ dolları), bir il sonra isə daha 350 milyard yuan (48,6 milyard ABŞ dolları) artıq göstərib. Bu, mənfəətin müvafiq olaraq 63% və 87% şişirdilməsi ilə nəticələnib.

    “Qiymətli Kağızlar Komissiyası “Hengda”nı hesabatları saxtalaşdırdığına və 2,89 milyard ABŞ dolları dəyərində qeyri-qanuni istiqraz buraxdığına görə 4,18 milyard yuan (581 milyon ABŞ dolları) cərimələyib”, – agentlik yazıb.

  • Azərbaycan Pakistan vətəndaşları üçün viza müraciətini asanlaşdırır

    Azərbaycanın “ASAN Viza” sistemi Pakistan vətəndaşları üçün viza müraciəti prosesini sadələşdirir.

    Məlumata görə, üç mərhələli proses onlayn müraciəti, təhlükəsiz şəkildə ödəniş edilməsini və elektron vizanın yüklənməsini əhatə edir: “Sistem ərizəçilər üçün səmərəliliyi və rahatlığı artırmaq üçün nəzərdə tutulub.

    Bu sistemi Azərbaycan hökuməti beynəlxalq turizmi inkişaf etdirmək və mədəni mübadiləni təşviq etmək məqsədi ilə təqdim edib. Adi e-Viza üçün dövlət rüsumunun məbləği 26 ABŞ dolları, təcili elektron viza üçün isə 61 ABŞ dolları təşkil edir. Adi vizanın baxılma müddəti üç iş günü, təcili viza üçün isə üç saatdır. Bu təşəbbüs Pakistan vətəndaşlarına Azərbaycanın zəngin tarixini və müxtəlif mənzərələrini araşdırmaq imkanı verir”.

    Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Pakistandan Azərbaycana gələnlərin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 % artıb.

    Mənbə: samaa.tv

  • Арестован высокопоставленный чиновник Минобороны Азербайджана

    Арестован высокопоставленный чиновник Министерства обороны Азербайджана.

    Как сообщает Qafqazinfo, речь идет о бухгалтере Сухопутных войск Али Алиеве.

    Отмечается, что его обвиняют в организации смены места службы военнослужащих за денежное вознаграждение в сговоре с другими должностными лицами и совершении иных преступных деяний.

    Согласно данным, Следственное управление Военной прокуратуры предъявило А.Алиеву обвинения по различным пунктам статьи 311 УК АР, в его отношении избрана мера пресечения в виде заключения под стражу.

    В Военной прокуратуре подтвердили данную информацию.

    Отметим, что А.Алиев был известен в министерстве под прозвищем “Дядя” (Dayı).

  • Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olundu – YENİLƏNİB

    Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

    Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin mühasibi vəzifəsində qulluq keçmiş Alı İsrayıl oğlu Əliyevin vəzifəli şəxs kimi təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrin icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü və üçüncü şəxslər üçün birbaşa və şəxsən külli miqdarda maddi neməti rüşvət istəməsinə və almasına əsaslı şübhələr olduğundan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham elan olunub və Bakı hərbi məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.

    “Hazırda Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək”, – məlumatda qeyd edilib.

    * * * * *

    Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi həbs olunub.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Quru Qoşunların mühasibi Alı İsrayıl oğlu Əliyevdən gedir.

    Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

    Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    Məlumat Hərbi Prokurorluqdan təsdiq edilib.

    Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.

  • Узбекистан будет углублять сотрудничество с Азербайджаном в сфере энергетики

    Президент Узбекистана Шавкат Мирзиеев подписал постановление “Об утверждении международного договора”.

    Согласно информации, постановлением глава Узбекистана утвердил соглашение о дальнейшем углублении сотрудничества в сфере энергетики между правительствами Узбекистана и Азербайджана.

    Соглашение, подписанное 22 августа 2023 года в городе Баку, будет ориентировано на развитие и совершенствование взаимодействия в сфере энергетики между двумя странами.

    Отмечается, что Министерство энергетики Узбекистана будет ответственным за реализацию данного международного договора. Кроме того, Кабинет министров и руководители соответствующих министерств и ведомств будут обеспечивать контроль за выполнением обязательств, вытекающих из этого договора.

    Источник: uzdaily.uz

  • Özbəkistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı dərinləşdirəcək

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Sazişi təsdiq edib.

    Məlumata görə, 2023-cü il avqustun 22-də Bakıda imzalanan Saziş iki ölkə arasında enerji sektorunda qarşılıqlı fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə yönəldiləcək.

    Bu beynəlxalq müqavilənin icrasına Özbəkistanın Energetika Nazirliyi cavabdeh olacaq.

    Xatırladaq ki, ötən il Bakıda Azərbaycan və Özbəkistan arasında imzalanmış enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi 2023-2025-ci illəri əhatə edir. 14 istiqaməti əhatə edən Yol Xəritəsi hər iki ölkədə karbohidrogen resurslarının geoloji kəşfiyyatı və hasilatı, birgə müəssisələrin yaradılmasına dair əməkdaşlığı nəzərdə tutur.

    Sənədə əsasən, Azərbaycan və Özbəkistan bərpa olunan enerji, enerji sektorunda islahatlar, enerji resurslarından səmərəli istifadə, enerji keçidi, dekarbonizasiya, hidrogen istehsalı ilə bağlı informasiya və təcrübə mübadiləsi üzrə də əməkdaşlıq edəcəklər. Həmçinin 2023-cü ilin 26 iyul tarixində “Özbəkistan Milli Elektrik Şəbəkəsi” SC ilə “Azərenerji” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq hər iki ölkənin sistem operatorları arasında əməkdaşlığın davam etdirilməsi də əsas fəaliyyət istiqamətlərindən biri kimi Yol Xəritəsində əks olunub.

    Mənbə: uzdaily.uz

  • Vasili Utkin vəfat etdi

    Rusiyalı televiziya şərhçisi və idman jurnalisti Vasili Utkin 53 yaşında vəfat edib.

    Bu barədə TASS Agentliyindən bildirilib.

    Qeyd edək ki, 52 yaşlı şərhçi 1989-cu ildən televiziyada işləməyə başlayıb. 1994-cü ildən “NTV” televiziya şirkətində çalışıb. 2004 və 2005-ci illərdə “Ən yaxşı idman şərhçisi” kateqoriyasında TEFI mükafatını qazanıb.