Month: March 2024

  • Bakı hava limanı bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

    Heydər Əliyev Beynəlxalq Aeroportu qarşıdan gələn bayram günlərində bütün sərnişinlərin maksimum rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə 2024-cü il martın 20-dən 27-dək gücləndirilmiş iş rejiminə keçir.

    Tətbiq edilən gücləndirilmiş iş qrafiki, həmçinin uçuşların vaxtında yerinə yetirilməsi və xidmətin yüksək səviyyədə təqdim edilməsi məqsədi daşıyır.

    Bahar tətili günlərində gözlənilən sərnişin axınının artması ilə əlaqədar mümkün gecikmələrin qarşısını alınması üçün sərnişinlərin uçuşa 3 saat qalmış hava limanına gəlmələri tövsiyə olunur.

    Sərnişinlərin və ziyarətçilərin əlçatanlığı üçün “Airport Express” ictimai nəqliyyatı Heydər Əliyev Beynəlxalq Aeroportu marşrutu üzrə saat 01:00-dək 30 dəqiqəlik fasilə ilə hərəkət edir. Bundan əlavə, hava limanında xüsusi düşürtmə/götürmə (“drop off”/”pick up”) zolaqları movcuddur və aeroporta daxil olarkən ilk 15 dəqiqə üçün ödəniş tələb olunmur.

    Hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və xoş səyahətlər arzulayırıq!
    //report

  • Azərbaycan klubuna sanksiya tətbiq oluna bilər

    Azərbaycanın I Liqa klubu “İrəvan”a sanksiya tətbiq oluna bilər.

    “Report”un məlumatına görə, buna səbəb komandanın futbolçu Asim Əlizadəyə olan borcunu ödəməməsidir.

    AFFA Oyunçuların Statusu və Transferi Komitəsi yarımmüdafiəçi ilə yanaşı, məşqçi Aleksandr Jidkova olan borcun da ödənilməsini tələb edib. Mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza ilə üzləşə bilər.

    Məsələyə aydınlıq gətirən AFFA-nın mətbuat xidmətindən bildirilib ki, belə hallarda müddət tamamlandıqdan sonra futbolçu növbəti dəfə müraciət ünvanlayır. Bunun ardından məsələyə baxılır. Yekunda isə FIFA qaydalarına uyğun cəza AFFA tərəfindən tətbiq olunur.

    Qeyd edək ki, ötən gün “İrəvan”ın futbolçuları Ege Atlam və Fəhmin Muradbəyli danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıblar. Komandanın digər üzvləri Ramin Məhərrəmovla Kamal Mirzəyev isə danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərindən, 1 il şərti olmaqla 2 illik futbol fəaliyyətindən məhrum ediliblər.

  • В ХАМАС подтвердили гибель полевого командира в Газе

    Палестинское движение ХАМАС подтвердило гибель одного из своих полевых командиров Фаика аль-Мабхуха в больнице “Аш-Шифа” в секторе Газа.

    Соответствующее заявление было опубликовано официальным представителем движения Иззатом ар-Ришком в официальном Telegram-канале.

    “Трусливое убийство в городе Газа Фаика Абдель Рауфа аль-Мабхуха, главы центрального оперативного управления полиции в Газе, является преступлением, совершенным несмотря на все усилия, которые покойный приложил для того, чтобы обеспечить безопасность в анклаве и прибытие туда гуманитарной помощи”, – говорится в сообщении.

    Ранее Армия обороны Израиля (ЦАХАЛ) заявила о начале военной операции в больнице “Аш-Шифа”, расположенной в секторе Газа. В ЦАХАЛ утверждали, что больница якобы используется движением ХАМАС для осуществления “террористической деятельности”.

  • HƏMAS Qəzzada səhra komandirinin ölümünü təsdiqləyib

    Fələstinin HƏMAS hərəkatı səhra komandirlərindən biri Faiq əl-Məbhuhun Qəzza zolağındakı Əl-Şifa xəstəxanasında öldüyünü təsdiqləyib.

    Bu barədə müvafiq bəyanatı hərəkatın rəsmi nümayəndəsi İzzət ər-Rişq rəsmi teleqram kanalında yayıb.

    Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında yerləşən Əl-Şifa xəstəxanasında hərbi əməliyyata başladığını elan etmişdi.

    İsrail ordusu xəstəxananın HƏMAS tərəfindən terror fəaliyyətləri həyata keçirmək üçün istifadə edildiyini iddia edib.

  • Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

    FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series – Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

    “Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

    Qeyd edək ki, millimiz martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

  • Ağdam-Füzuli avtomobil yolunun inşası nə vaxt tamamlanacaq?

    “Ağdam-Füzuli avtomobil yolunun inşasının bu il tamamlanacağı gözlənilir”.

    Bunu “Report”a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.

    Uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

    Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyə qədər, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək.

  • Bakıda çoxmərtəbəli binada yanğın olub

    Bakıda yaşayış binasında yanğın olub.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Külək səbəbindən yanğının qısa zamanda digər mənzillərə də keçdiyi bildirilib.

    Faktla bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ondoqquzmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

    Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində iki nəfər bina sakini təxliyə edilib.

    Hadisə zamanı xəsarət alan olmayıb.

  • Azərbaycan – İngiltərə oyununun hakimləri açıqlanıb

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

    Qitə futbol qurumu görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.

    “Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.

    Qeyd edək ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq. Yığmamız bundan dörd gün sonra eyni məkanda Ukraynanı qəbul edəcək.

  • Oruc tutmaq bədəni yeniləyir və ürəyi belə qoruyur

    Oruc tutmaq ürək sağlamlığına çox faydalıdır.

    Bəzi hallarda orucun ürək sağlamlığına təsiri insandan insana dəyişə bilər və bəzi hallarda diqqətli olmaq lazımdır.

    Xüsusilə ürək xəstəliyi olan şəxslər oruc tutmazdan əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

    Bundan əlavə, oruc tutarkən kifayət qədər maye qəbulu və balanslaşdırılmış pəhriz vacibdir, əks halda ürək sağlamlığına mənfi təsirlər ola bilər.

    Burada bəzi mümkün təsirlər var:

    Qan təzyiqinə nəzarət:

    Oruc tutmaq qan təzyiqini aşağı sala bilər. Uzun müddətli oruclar hipertansiyonlu şəxslərdə qan təzyiqini aşağı salaraq ürək sağlamlığına müsbət təsir göstərə bilər.

    Xolesterol səviyyələri:

    Orucun xolesterol səviyyəsini aşağı sala biləcəyi düşünülür. Xüsusilə, aşağı sıxlıqlı lipoprotein (LDL) xolesterol səviyyələrində azalma müşahidə edilə bilər ki, bu da ürək xəstəliyi riskini azalda bilər.

    Qan şəkərinin yoxlanılması:

    Oruc qan şəkərini nəzarət altında saxlamağa kömək edə bilər. Xüsusilə nizamlı aralıqlarla və balanslaşdırılmış qidalanma ilə oruc tutmaq qan şəkərinin dəyişməsini azalda bilər və beləliklə 2-ci tip diabet riskini azaldır.

    Nəzarət Çəkisi:

    Oruc çəkiyə nəzarət etməyə kömək edə bilər. Xüsusilə müntəzəm oruc tutmaq bədəndəki yağ miqdarını azalda bilər və buna görə də ürək sağlamlığını yaxşılaşdıra bilər.

    İltihabın azaldılması:

    Bəzi araşdırmalar göstərir ki, oruc tutmaq iltihabı azalda bilər. Xroniki iltihab ürək xəstəliyi riskini artıra bilər, buna görə də orucun bu təsiri ürək sağlamlığı üçün faydalı ola bilər.

    Stressin azaldılması:

    Oruc tutmaq stress hormonlarını azalda bilər və buna görə də ürək sağlamlığına müsbət təsir göstərir. Stress ürək xəstəliyi riskini artıra bilər, buna görə də stressi azaltmaq ürək sağlamlığı üçün vacibdir.
    //azxeber.com

  • Bayramdan sonra məktəblərdə dərslər nə vaxt başlayacaq?

    Beş günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart olacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, altı günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir.

    Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart da qeyri-iş günləridir.