Month: March 2024

  • Bakıda DƏHŞƏTLİ OLAY: Qızla dalaşan oğlan qazini öldürdü – VİDEO

    2022-ci il avqustun 15-də Bakının Yasamal rayonu 3-cü Alatava massivi, Salamzadə küçəsində, “Betonpark” adlanan yerüstü piyada keçidin yaxınlığında qətl hadisəsi baş verir. Məlumatla əlaqədar dərhal polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və qətlə yetirilən 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun meyitinə baxış keçirirlər.

    Həmin gecə Bəxtiyar Qarayev Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə gələrək, könüllü təslim olub və cinayəti, təqdim etdiyi qatlanan bıçaqla törətdiyini bildirib. Baxış zamanı, alətin üzərində qan izləri aşkar edilib. Anket məlumatlarına əsasən, Bəxtiyar Qarayev 1999-cu ildə Ağdaş rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.

    Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Məlum olub ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Müharibədə yaralanan N.Muradov “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib.

    AZXEBER.COM Lent.az-a sitinadən qətl hadisəsinin istintaq materiallarını təqdim edir.

    İstintaqla müəyyən edilib ki, Bəxtiyar Qarayev avqustun 14-ü saat 22 radələrində qeyri-rəsmi münasibətdə olduğu Səriyyə Hüseynova ilə aralarında olan mübahisəni həll etmək məqsədilə 3-cü Alatava massivi, Salamzadə küçəsində yerləşən “Beton park” adlanan ərazidə görüşüb. Qadını xəyanət etməkdə günahlandıraraq, ona məxsus, dəyəri 250 manat olan mobil telefonunu sındırıb. Sonra Bəxtiyar Qarayev Səriyyə Hüseynovanın üzünə sillə vurub və silah qismində istifadə etdiyi telefonla başına zərbələr endirib. İctimai qaydanı kobud sürətdə pozan şəxsə yaxınlaşan Niyaməddin Muradov, Vüsal Əhmədov və Nəcməddin Kurtayev qadından əl çəkməsini və səs-küy salmamasını bildirərək, yollarını davam ediblər.

    Bundan hiddətlənən Bəxtiyar Qarayev arxalarınca qaçaraq onlara çatıb və dava zamanı, qisas məqsədi ilə Niyaməddin Muradova bıçaqla zərbələr vuraraq, onu öldürüb.

    İş üzrə dindirilmiş Bəxtiyar Qarayev bildirib ki, bir müddət Səriyyə Hüseynova ilə ər-arvad kimi yaşayıb. Ayrılmalarına baxmayaraq, arada qadının yanına gedib-gəlib:

    “Hadisə baş verən gün işdən sonra Səriyyə ilə görüşəndə, onun telefonuna mesaj gəldiyini görüb əsəbləşdim və əlindən telefonunu alıb sındırdım. Səriyyə ilə mübahisə edərkən, tanımadığım şəxslər küçədə səs-küy salmamağımla bağlı irad bildirdilər. Sonra aramızda başlanan dava zamanı, həmin oğlanlar tərəfindən döyüldüm. Bıçaqdan onları qorxutmaq üçün istifadə etdim, bunlar müşahidə kamerasına da düşüb. Niyaməddinin yerə yıxıldığını görüb hadisə yerindən qaçdım. Sonra marketdən özümə su aldım və taksi ilə polis bölməsinə gedərək, təslim oldum. Üzərimdəki açılıb-qatlanan bıçağı polislərə təqdim etdim”.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Dərşad Muradov ifadəsində göstərib ki, hadisə baş verən gün Salyan rayonunda olub:

    “O biri oğlum zəng edib, Niyaməddinin bıçaqlandığını xəbər verəndən sonra gecə ilə Bakıya qayıtdım. Xəstəxanaya çatanda oğlumun öldüyünü öyrəndim. Niyaməddin Vətən Müharibəsi iştirakçısı idi. Cinayəti törədən şəxsin valideynləri və ya qohumları barışıq üçün yanıma gəlməyiblər”.

    Zərərçəkmiş Səriyyə Hüseynova ifadəsində göstərib ki, Bəxtiyar Qarayevlə 3 il birlikdə yaşayıb, ayrılmalarına baxmayaraq arada yenə görüşüblər:

    “Avqustun 14-də onunla görüşəndə, İlqar adlı tanışımdan telefonuma ismarıc gəldi. Bunu görən Bəxtiyar telefonu əlimdən alıb sındırdı və mənə əl qaldırdı. Yaxınlaşan 3 nəfər Bəxtiyardan nəyə görə qadına qarşı belə hərəkət etdiyini soruşanda o, həmin oğlanlara ailə məsələsi olduğunu dedi. Sonra Qarayev yolu keçərək, onlarla mübahisə etməyə başladı və Niyaməddin Muradovu bıçaqladı”.

    Zərərçəkmiş Vüsal Əhmədov bildirib ki, ailəsini dolandırmaq üçün tez-tez Bakıya gələrək, fərdi qaydada fəhlə kimi çalışıb:

    “Niyaməddin Muradovu İkinci Vətən müharibəsində iştirak edən vaxtdan tanıyırdım. Bakıya işləməyə gələndə Niyaməddinlə əlaqə saxlayaraq, bəzən onun Salamzadə küçəsi, 11 ünvanında, kirayədə yaşadığı evdə qalırdım. Həmin ünvanda həmçinin Niyaməddinin atası və Nəcməddin adlı oğlan da yaşayırdı. Avqustun 14-də Niyaməddinlə gəzəndə parkdan səs-küy eşitdik. Keçidin yanında Səriyyə ilə Bəxtiyarın mübahisə etdiklərini gördük. Niyaməddin Bəxtiyardan nə məsələ olduğunu soruşanda, oğlan Səriyyənin yaşadığı qadın olduğunu və söhbətinə qarışmamasını dedi. Səriyyə ağlaya-ağlaya bizə Bəxtiyardan onun telefonunu alıb, qaytarmağımızı söylədi. Buna görə, Niyaməddin Bəxtiyarın arxasınca qaçdı və ona təpik atdı. Bəxtiyar əlində bıçaq əvvəl Niyaməddinin, sonra da mənim üzərimə gəldi. Yerdən daş götürərkən Bəxtiyarın məhlənin içərisinə doğru, Niyaməddinin isə üstünü təmizləyərək, yola tərəf qaçdığını gördüm. Sonra dostum yerə yıxıldı. Sol əlinin qana bulaşdığını görəndə onun yaralandığı anladım. Ətrafımıza xeyli insan toplaşmışdı. Yoldan keçən taksini saxlayaraq Nəcməddin və Səriyyə ilə birlikdə Niyaməddini maşına mindirib Kliniki Tibbi Mərkəzə apardıq. 5-10 dəqiqədən sonra həkim bizə Niyaməddinin öldüyünü dedi. Xəstəxanaya gələn polis əməkdaşları Səriyyədən Bəxtiyarın yaşadığı ünvanın yerini öyrəndilər. Bir müddətdən sonra, öyrəndim ki, Niyaməddini öldürən şəxs könüllü təslim olub”.

    Şahid Nəcməddin Kurtayev bildirib ki, avqustun 14-də baş vermiş davanı uzaqdan izləyib:

    “Tanışım Niyaməddin Muradovla dalaşan Bəxtiyar Qarayevin əlində bıçaq görmədim. Onlar bir-birinə yumuqla və təpiklə zərbələr vururdular. Bəxtiyar hadisə yerindən qaçandan sonra Niyaməddin geri qayıtdı və yolun kənarında yıxıldı. Yaxınlaşıb, nə baş verdiyini soruşanda, o, bıçaqlandığını dedi”.

    Məhkəmə iclasında Bəxtiyar Qarayev ittihamlar üzrə özünü təqsirli bilib. Zərərçəkmişi öldürmək niyyətinin olmadığını və onun kim olduğunu istintaq zamanı bildiyini qeyd edib.

    Zərərçəkmiş şəxsin hüququ varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib. Zərərçəkmiş Səriyyə Hüseynova Bəxtiyar Qarayevə şikayəti olmadığını və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.

    Məhkəmə qənaətə gəlib ki, Bəxtiyar Qarayevin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsi, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyalarla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

    Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Qarayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

  • Google посвятил дудл празднику Новруз

    Компания Google посвятила дудл тюркскому празднику Новруз.

    На главной странице поисковой системы Google пользователи будут видеть изображение c сямяни, кликнув на которое, можно получить всю интересующую информацию о празднике Новруз.

    Напомним, что сегодня в Азербайджане празднуют Илахыр чершенбе, или последний вторник перед Новруз байрамы.

    Отметим, что дудлы – это картинки, анимации и игры на основе логотипа Google, которые появляются на главной странице поиска в честь различных событий, праздников и юбилеев.

  • “Google” Novruz bayramına “doodle” həsr edib

    “Google” Novruz bayramına “doodle” həsr edib.

    Axtarış sisteminin əsas səhifəsində istifadəçilər üçün Novruz bayramı ilə bağlı görüntü var. İstifadəçilər onun üzərinə klikləməklə Novruz bayramı ilə bağlı bütün məlumatları əldə edə bilərlər.

    Qeyd edək ki, ölkəmizdə bu gün İlaxır çərşənbə qeyd olunur.

  • Qaradağda 10 min manatlıq oğurluq olub

    Qaradağda 10 min manatlıq oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) axtarışda olan Ruslan Mahmudlu saxlanılıb.

    Araşdırmalarla onun Sahil qəsəbəsi ərazisində içərisində 2000 manat qiyməti olan təmir alətləri ilə birlikdə 8000 manat dəyərində konteyner oğurlaması da müəyyən edilib.

  • Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

    Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı – red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq.

    N.Paşinyan Tavuş sakinlərinin xəbərdarlıq edib ki, Ermənistan sözügedən kəndləri Azərbaycana qaytarmasa, bunun nəticəsi İrəvan üçün çox ağır olacaq.

    “Müharibə baş versə, nə ilə nəticələnəcəyini də mən yaxşı bilirəm. Sonra siz Respublika meydanında qarşılaşanda mənə deyəcəksiniz ki, yaxşı, deyək ki, biz sadə kəndlilərik, məlumatımız yox idi, amma siz axı hər şeyi bilirdiniz”, – deyə Ermənistan hökumətinin başçısı əlavə edib.

    Mənbə: Sputnik Ermənistan

  • Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? – VİDEO

    Novruz bayramı ilə əlaqədar bazarlarda canlanma müşahidə olunur. Ölkə əhalisi bayram hazırlığı üçün bazarlara, yarmarkalara, mağazalara üz tutur.

    “Report”un əməkdaşı bazara baş çəkib, qiymətlər və ümumi ab-hava ilə maraqlanıb.

    Daha ətraflı videomaterialda:

  • Xankəndidə silah və sursatlar aşkarlanıb

    Ötən gün Xankəndi şəhəri ərazisindən 7 silah və xeyli sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Виновник ДТП, повлекшего смерть директора Мардакянского дендрариума, вновь предстал перед судом

    В Верховном суде завершилось судебное заседание по двум кассационным жалобам и кассационному протесту, поданному государственным обвинителем, на приговор в отношении Рамиля Гусейнова, обвиняемого в совершении дорожно-транспортного происшествия (ДТП), повлекшего смерть директора Института дендрологии (Мардакянского дендрариума) Национальной академии наук Азербайджана (НАНА) Тофига Мамедова.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Видади Джафарова было зачитано решение, согласно которому одна из кассационных жалоб не была удовлетворена, кассационный протест и кассационная жалоба правопреемника потерпевшего были удовлетворены. Решение, вынесенное Сумгайытским апелляционным судом, отменено, по данному уголовному делу назначено новое апелляционное рассмотрение в этом суде.

    Согласно обвинению, инцидент произошел 19 мая 2022 года около 08:50 на 24-м километре дороги Хызы – Гилези, проходящем по территории села Тезекенд Хызынского района.

    Так, автомобиль Daewoo Nexia, которым управлял сотрудник Сиязанского регионального отдела Главного управления охраны МВД старший сержант полиции Рамиль Гусейнов (1987 г.р.), столкнулся с ВАЗ-2121, за рулем которого находился Сахиб Эйвазов. С.Эйвазов потерял контроль над транспортным средством, его автомобиль, вылетев на обочину, наехал на стоявшего Т.Мамедова (1957 г.р.). Мужчина, получивший тяжелые травмы головы, скончался на месте.

    Согласно данным, инцидент произошел, когда сотрудник полиции находился не на службе.

    По данному факту возбуждено уголовное дело, материалы были направлены в Хызынскую районную прокуратуру.

    Районный суд приговорил его к пяти годам лишения свободы. Избранная в отношении Р.Гусейнова мера пресечения в виде подписки о невыезде была заменена на арест. Подсудимого арестовали прямо в зале суда. Ему предписано отбывание наказания в исправительном учреждении участкового типа, начало отбывания наказания было рассчитано с 24 мая 2023 года. Государственный обвинитель, неудовлетворенный приговором, подал апелляционный протест, а обвиняемый и правопреемник потерпевшего подали апелляционные жалобы. Однако Сумгайытский апелляционный суд ходатайства не удовлетворил. Затем они обратились в Верховный суд.

    Отметим, что в 1986 году Тофиг Мамедов был принят на должность заместителя директора Института ботаники НАНА, а с 1996 года назначен директором Института дендрологии.

  • Məhkəmə institut direktorunun ölümü ilə bağlı qərar verdi

    Ali Məhkəmədə Xızıda AMEA-nın Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ramil Hüseynovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub.

    İttihama görə, hadisə 19 may 2022-ci il tarixdə, saat 08:50 radələrində Xızı-Giləzi yolunun 24-cü kilometrliyində Xızı rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, DİN-in Baş Mühafizə İdarəsinin Siyəzən Regional Şöbəsinin əməkdaşı, polis baş serjantı, 1987-ci il təvəllüdlü Ramil Hüseynovun idarə etdiyi “Daewoo Nexia” markalı avtomobillə Sahib Eyvazovun sürdüyü VAZ-2121 toqquşub. Nəticədə S.Eyvazovun sükanı arxasında olduğu avtomobil zərbənin təsirindən idarəetmədən çıxıb və yolun kənarına doğru hərəkət edərək piyada, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Sadıq oğluna çırpılıb. Baş nahiyəsindən ağır xəsarət alan Tofiq Məmmədov hadisə yerində vəfat edib.

    Məlumata görə, hadisə polis baş serjantının istirahətdə olduğu vaxt baş verib.

    Faktla bağlı cinayət işi açılıb və materialları Xızı Rayon Prokurorluğuna göndərilib.

    Xızı Rayon Məhkəməsinin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilib və onun barəsində həbs növündə qətimkan tədbiri seçilərək məhkəmə-iclas zalından həbs olunub. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 may 2023-cü il tarixdən hesablanıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib, təqsirləndirilən şəxs və zərərçəkmişin hüquqi varisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə vəsatəti təmin etməyib. Daha sonra onlar Ali Məhkəməyə müraciət ediblər.

    Qeyd edək ki, Tofiq Məmmədov 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

  • В Азербайджане задержан председатель районного отделения партии

    В соцсетях была распространена информация о задержании председателя Дашкесанского районного отделения партии Народный фронт Азербайджана Сахиба Мамедзаде.

    Как сообщили в пресс-службе Министерства внутренних дел (МВД), сотрудники Главного управления по борьбе с наркотиками МВД задержали его по подозрению в незаконном обороте наркотиков.

    По данному факту возбуждено уголовное дело, следственные действия продолжаются.