Avtomobilə maddi ziyan vuran azyaşlı anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, zərərçəkmiş bu barədə sosial şəbəkədə paylaşım edib. Hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, məktəbli ətrafı müşahidə edir və maşına yaxınlaşaraq onu cızır. Daha sonra isə qaçaraq ərazidən uzaqlaşır. Sürücünün iddiasına görə, azyaşlı dəfələrlə bu hərəkəti törədərək avtomobilinə maddi ziyan vurub.
Month: April 2024
-
Avtomobili cızan məktəbli anbaan kameraya düşdü – VİDEO
-
Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?
Son günlərdə avtomobillərin yanacaq çənindən, filtrlərdən qum, su və digər qeyri-standart qarışıqların çıxması geniş müzakirə olunur. Bəs filtrdə belə çöküntülərin toplanması normaldırmı? Bir qədər geriyə qayıdıb tarixə ekskurs edək.
1970-ci ildə VAZ-2101 avtomobilləri satışa çıxarılanda sovet adamları narahat oldular. Volqadan fərqli olaraq bu maşınların yanacaq çəninin altında çöküntünün boşaldılması üçün yer qoyulmamışdı. Yanacaq çənini təmizləmək üçün onu bütövlükdə çıxarmaq lazım gəlirdi.Bu məsələdə FIAT-ın dizaynerləri ilə sovet mühəndislıəri də ciddi mübahisə etmişdilər. İtaliyalılar keyfiyyətli yanacaq olduğu təqdirdə bu prosedura illərlə ehtiyac olmadığı qənaətində idilər. Hadisələrin gedişatı göstərdi ki, sovet adamları haqlı idi. Bu öz yerində.
Sovet texnikasında incə təmizləmə filtri olmadığı üçün xırda çöküntü və ya su ciddi problem yaratmır (xüsusi su buraxmayan filtrlər mövcuddur). Eyni şeyi müasir texnika üçün demək olmur. Ən böyük problem isə Dizel mühərriklərində baş verir. Səbəb sadədir: Dizel yanacağı hiqroskopikdir, yəni rütubəti özündə toplayır. Sovet dövründəki təlimata görə yanacaqdoldurma məntəqələrində (YDM) Dizel yanacağı çənə boşaldıldıqdan azı 2 saat sonra satışa buraxıla bilərdi. Bu 2 saat çökmə üçün kifayət edirdi. Su ağır olduğundan çənin dibinə çökür və özü ilə birgə mexaniki çöküntüləri də çənin dibinə aparır. Təlimata əməl olunmadıqda isə su yanacağa qarışaraq yüksək təzyiqlə avtomobilin çəninə dolur və “işini görür”.
Doğrudur, Avropada hansısa usta 2-3 yaşı olan avtomobilin çənini təmizləməyi təklif etsə ona qəribə baxarlar. Bizdə isə bu prosedurun az qala hər il icra eidlməsinə ehtiyac var. Bu səbəbdən yanacaq çəninin təmizlənməsi tövsiyəsinə ustanın əlavə pul qazanmaq istəyi kimi baxmayın. Xüsusən də istehsal ili köhnə olan, korroziyanın sürətləndiyi avtomobillərdə.
//avtosfer.az -
Gədəbəydə qanunsuz tikili sökülüb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, bu çərçivədə, Gədəbəy şəhəri ərazisində qanunsuz olaraq obyekt tikintisinin aparılması faktı aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.
-
İtkin düşən uşağın meyiti tapıldı
Rusiyanın Buryatiya vilayətində bir gün əvvəl itən 8 yaşlı uşaq ölü tapılıb.
Uşağın meyitinin Biçura çayından tapıldığı qeyd olunur.Xatırladaq ki, aprelin 16-da 8 yaşlı oğlan Krasnopartizanskaya küçəsində yerləşən evdən uşaq meydançasına getmək üçün çıxıb. O vaxtdan bəri uşağı heç kim görməyib.
//lent.az -
Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq
Bəzi evdar qadınlar kotlet hazırlayarkən toyuq ətinə üstünlük vermir.
Mütəxəssislərin fikrincə, toyuq ətindən hazırlanmış kotlet orqanizm üçün çox faydalıdır.Bəs, daha dadlı toyuq kotletini necə bişirmək lazımdır?
Soğan
Bu tərəvəzdən toyuq kotleti reseptlərində tez-tez istifadə olunur, çünki soğan həm də kotleti dadlı və şirəli edir.
Buz
Toyuq kotletlərini şirəli hazırlamaq üçün buzdan istifadə edin.
Toyuq ətinə buz və ya soyuq su əlavə edib qarışdırın. Bu üsul kotleti daha dadlı edəcək.
-
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
Azərbaycanda azyaşlı qıza əxlaqsız təklif olunub.
Bu barədə “Qadın və Uşaq Sığınacağı” sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, rayonlarında birində valideynləri boşandıqdan sonra Zəhra (ad və soyad şərti) adlı qız anası ilə qalıb. Bir müddət sonra anası onu 40-50 yaşlarında bir kişiyə təhvil verib. Bu zaman ana həmin kişi ilə “onunla nə edərsən, et” deyə razılaşıb.Həmin kişi də 1 ay sonra azyaşlı qıza bədənini satmağı və qazandığı pulları aralarında bölməyi təklif edib. Bunu eşidən qız qollarını kəsərək Bakıya qaçıb. Bakıda onu Abşeron rayon Polis İdarəsinin əməkdaşları xilas edərək, sığınacağa yerləşdiriblər.
Hazırda azyaşlıya sığınacaqda psixoloji yardım göstərilir.
-
Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB
Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: “Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir”. Ancaq çox vaxt bu məxfilik üçün atılan addım deyil.
Bəzən istifadəçilər cihazı zədələməmək üçün telefonu üzü aşağı qoyurlar. Ekranın cızılmaması üçün bu doğru bir addımdır. Bu zaman cihazın arxa qapağında yerləşən kamera zədələnmədən qorunacaq.Bunun başqa bir faydalı cəhəti də var. Smartfonun ekranı aşağı qoyan zaman o həddindən artıq yanmayacaq və şarj səviyyəsi çox tez düşməyəcək.
//lent.az -
2024-cü ilin yazında dəbdə olan mini ətəklər
Mini ətəklər qadın qarderobunun əsas elementi olduğu üçün heç vaxt dəbdən düşmür, amma illər keçdikcə onların da dəbi dəyişir.
2024-cü ilin yazı özü ilə bir çox maraqlı tendensiyalar gətirir, onların arasında mini ətəklər xüsusi yer tutur.Bu il istənilən mini ətək demək olar ki, dəbdədir. Onların arasından xüsusilə qat-qat, düz, asimmetrik, və müxtəlif çaplarla olan ətəkləri vurğulamaq lazımdır.
//Lent.az -
Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
Kartof hər evdə bişirilən yemək növlərindən biridir. Bu yemək həm çox asan, həm də çox dadlıdır. Hər kəs kartofu fərqli üsullarla qızardır. Bəs, kartofu necə mükəmməl şəkildə qızartmaq olar?
Lent.az xəbər verir ki, bir neçə məsləhətlə dadlı kartof qızartmaq olar. Həmin tövsiyələri təqdim edirik:Nişastası az olan kartof tapmağa çalışın
Qızardılmış kartofun keyfiyyətinə qərar verən əsas amil nişastanın konsentrasiyasıdır. Belə ki, o nə qədər az olsa, yeməyin keyfiyyətli olması bir o qədər yüksəkdir. Buna görə düzgün tərəvəz seçməyə çalışın.
Islatmaq
Bəziləri hesab edir ki, yalnız paxlalılar və bir sıra dənli bitkilər bişirilməzdən əvvəl suda saxlanılmalıdır. Ancaq kartof üçün də bu proses lazımdır. Doğranmış və soyulmuş kartofu bir saat soyuq su ilə bir qabda saxlayın.
Salfetlər
Ancaq kartofu yaş halda qızartmaq qətiyyən tövsiyə edilmir. Yeməyin keyfiyyətini yaxşılaşdırmaq üçün dilimlərini əvvəlcə salfetin üzərinə qoyun və qurudun.
Həcmi
Kartofu nə qədər az qızardsanız, keyfiyyəti bir o qədər yüksək olar. Buna görə də, tava maksimum üçdə ikiyə qədər doldurulur.
Yağ
Keyfiyyətli yağ seçimi yeməyinizin tərkibinə çox təsir edir. Yaxşı olar ki, həmişə yaxşı kərə yağından istifadə edəsiniz.
Qarışdırılma
Əgər kartofun parçalanmasını istəmirsinizsə, onları tez-tez qarışdırmayın. Maksimum yemək prosesi zamanı kartofu yalnız üç dəfə çevirin.









