Month: Aprel 2024

  • Bakı və Buxarest arasında birbaşa aviareyslərin açılacağı gözlənilir

    Bakı və Buxarest arasında birbaşa aviareyslərin açılması müzakirə edilir.

    Bu açıqlama ilə Bakıda olan Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja çıxış edib.

    “Azərbaycanla Rumıniya arasında birbaşa aviareysin açılmasını səbirsizliklə gözləyirik”, – deyə o qeyd edib.

    Onun fikrincə, bu, təkcə xalqları bir-birinə yaxınlaşdırmayacaq, həm də investorlarla özəl sektor arasında əlaqələr yaradacaq, əməkdaşlığın hərtərəfli inkişafını təmin edəcək.

    Mənbə: Trend

  • “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən şəxsin arvadı xəstəxanaya düşüb – FOTO

    “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin həyat yoldaşı terror aktından xəbər tutanda xəstəxanaya düşüb.

    Bu barədə onun valideynlərinin qonşusu “RIA Novosti”yə müsahibəsində bildirib.

    “Terror aktı ilə bağlı xəbəri eşidəndə qadın dərhal huşunu itirdi və hələ də xəstəxanada reanimasiyada yatır”, – deyə qonşular bildiriblər.

    Həmçinin təqsirləndirilən şəxsin atası qeyd edib ki, Dalerjon Mirzoyev valideynlərinə martın 24-25-də Rusiyadan Tacikistana qayıdacağını deyib. Onun sözlərinə görə, oğlu mütəmadi olaraq Rusiyadan zəng edərək anası, arvadı və bacısı ilə uzun müddət danışırmış, pul göndərirmiş.

    Xatırladaq ki, “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən Dalerjon Mirzoyev günahını tam etiraf edib.


  • Azərbaycanda radio yayımı şəbəkəsi genişləndiriləcək

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi radio yayımı şəbəkəsini genişləndirməyə hazırlaşır.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, bunun üçün ölkədəki Radio-Televiziya Yayım Stansiyaları lazımi İT avadanlıqlarla təmin olunacaq.

  • Həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlanıb

    Polis əməkdaşları həftəsonu Xankəndidə qumbara, avtomat və qumbaraatanlar aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə martın 30-da və 31-də Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, dörd qumbara, iki qumbaraatan, beş süngü bıçaq bir alışdırıcı, 75 patron darağı, 1 870 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

    Həmçinin martın 30 və 31-də polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan bir avtomat silahı, bir tapança, iki patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • Bakıda avtoxuliqanlıq hərəkətləri edən xanım sürücü saxlanılıb

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən (DYPİ) verilən məlumata görə, BMW markalı, 90-XZ-012 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Bakı şəhər DYPİ məlumat yayıb.

    Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə xanım sürücü bir il sürücülük hüququndan məhrum edilməklə 750 manat məbləğində cərimə olunub.

    Həmçinin sürücü avtomobili müvafiq etibarnamə olmadan, eləcə də mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə idarə etdiyinə görə barəsində inzibati tədbir görülməklə avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

  • Sumqayıtda azyaşlı qızın öldürülməsinin təfərrüatı MƏLUM OLDU – YENİLƏNİB (FOTO)

    Sumqayıtda dəniz sahilində 1 yaşlı Zeynəb Yeşilin suda boğularaq qəsdən öldürülməsində onun atası – 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turan şübhəli bilinir.

    Lent.az sözügedən hadisənin bəzi təfərrüatını əldə edib.

    Məlum olub ki, Türkiyə vətəndaşı olan Yeşil Ahmet Turan uşağı gəzməyə aparmaq adı ilə evdən çıxarıb. Sonra isə o, uşağı öldürmək üçün dəniz kənarına gətirib.

    Atası körpəni dənizdə boğmaq məqsədi ilə onun paltarlarına qum və daş dolduraraq suya atıb. Nəticədə uşaq boğularaq ölüb.

    Bütün bunlar ərazidəki təhlükəsizlik kameralarına da düşüb.

    Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

    uşağın atası
    uşağın atası

    * * * * *

    Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

  • FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib, Teymur Rəcəbov geriləyib

    Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

    Median.Az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə iki pillə irəliləyən Şəhriyar Məmmədyarov (2733) 17-ci sıraya yüksəlib.

    Üç mövqe geriləyən Teymur Rəcəbov isə (2723) 28-ci ola bilib.

    Rauf Məmmədov (2651) 85-ci yerdə qalıb. İddiaçılar Turnirində iştirak edəcək Nicat Abasov 100-lükdən kənardadır.

    Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. ABŞ-dən olan Fabiano Karuana (2803) və bu ölkənin digər təmsilçisi Hikaru Nakamura (2789) üçlüyü qapayırlar.

    Qadın qrosmeysterlərdən Günay Məmməzadə (2436) 34-cü, Gövhər Beydullayeva isə (2402) 46-cıdır. Bundan əlavə, Ülviyyə Fətəliyeva (2377) 72-ci, Xanım Balacayeva (2371) 77-ci, Gülnar Məmmədova (2352) 99-cu pillədə qərarlaşıblar.

    Siyahıya çinli Yifan Hou (2632) başçılıq edir. İkinci pillədə Venjun Ju (2559), üçüncü sırada Aleksandra Qoryaçkina (2553) yer alıblar.

  • Gəncədə qeysəriyyə əməliyyatı olunan qadın xəstəxanada ölüb

    Gəncə şəhərində qeysəriyyə əməliyyatı olunan gənc qadın bir neçə gün sonra xəstəxanada ölüb.

    “Report”un Qərb bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Günel Həsənzadə bir neçə gün öncə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində qeysəriyyə əməliyyatı keçirib.

    Vəziyyəti ağır olan qadın bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan sahibkarın ölkədən çıxışına “stop” qoyulur

    Dini təyinatlı ədəbiyyatın satışı ilə məşğul olan sahibkar Cambulat Cavanşir oğlu Salamovun ölkədən çıxışına məhdudiyyət qoyulur.

    Pravda.az-ın xəbərinə görə, sahibkarla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi edib.

    Mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) olan iş hakim Zeynəb Axundovanın icraatındadır. Baxış iclası aprelin 8-də keçiriləcək.

  • Oğuzda minik avtomobili ağaca çırpılıb

    Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 2 radələrində Oğuz rayonu ərazisində baş verib.

    2003-cü il təvəllüdlü Oğuz şəhər sakini Rəvan Rövşən oğlu Camalovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

    Qəza zamanı sürücü R.Camalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Onun müalicəsi Şəki RMX-nin Cərrahiyyə şöbəsində davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.